Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Süni aktiv immunitet necə əmələ gəlir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə268/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   264   265   266   267   268   269   270   271   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

992.Süni aktiv immunitet necə əmələ gəlir? 
A) Yoluxucu xəstəlik keçirdikdən sonra 
B) Tərkibində anticism olan zərdabların və qammaqlobulinlərin yeridilməsi 
nəticəsində
C) Ana südü ilə immunoqlobulinlərin alınması nəticəsində 
D) Vaksinlərin yeridilməsi nəticəsində 
E) Zərdablar yeridilməsi nəticəsində 
Vaksinlər vasitəsilə zəiflədilmiş və öldürülmüş mikroorqanizmlər yeritməklə süni 
aktiv immunitet yaradılır və bu immunitet davamlı olur.
Ədəbiyyat: В.И.Покровский. К.М. Лова «Руководство по инфекционные 
болезням» 1986 
 
993. Süni passiv immunitet necə əmələ gəlir? 
A) Anticism tərkibli qan zərdabı və qamma-qlobulinlərin yeridilməsi zamanı 
B) Vaksinlər yeridilməsi zamanı 
C) Nəsildən-nəsilə irsi yolla keçmə zamanı 
D) Yoluxucu xəstəlik keçirdikdən sonra 
E) Anadangəlmə 
Anticism tərkibli qan zərdabı və qamma-qlobulinlərin yeritməklə davamsız süni 
passiv immunitet yaratmaq olar. 
Ədəbiyyat: И.Г.Булкин. В.И.Покровский «Инфекционные болезни с основами 
эпидемиологи» 1979 
994.Residiv nədir? 
A) Törədicinin yenidən yoluxdurulması 
B) Bir neçə əlamətin birlikdə təzahürü 
C) Əlamətlərin geriyə qayıtması
D) Simptomsuz, subklinik formada cərəyan edən proses 
E) Periodik olaraq kəskinləşən xəstəlik 
Residiv latın dilindən tərcümədə - qayıdış deməkdir.Ona görə də əlamətlərin geriyə 
qayıtması residiv hesab edilir. 
Ədəbiyyat: Э.П.Шувалова «Инфекционные болезни» 1999 стр. 9-12 
995. Dizenteriyada infeksiya mənbəyi aşağıdakılardan hansıdır? 
A) İri və xırda buynuzlu mal-qara 
B) Xəstə insan, rekonvalessentlər, bakteriya gəzdirənlər 
C) Vəhşi və ev quşları 
D) Qansorucular 
E) Bit,birə,gənə 
Dizenteriya antroponoz xəstəlik olduğu üçün yalnız insanlar arasında yayılır və 
xəstəlik mənbəyi də yalnız xəstə insan, rekonvalessentlər, bakteriya gəzdirənlərdir. 
Ədəbiyyat: Ə.H.Vəliyev “İnfeksion xəstəliklər” 2009 səh 152 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə