Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


  Təmizləyici imaləyə əks- göstəriş hansıdır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə2/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

4. 
Təmizləyici imaləyə əks- göstəriş hansıdır? 
A) Dərman imaləsindən əvvəl 
B) Doğuşdan əvvəl 
C) Qanayan babasil olduqda
D)Qarın boşluğundakı əməliyyatlardan əvvəl 
E) Bağırsaq xəstəliyi 
İmalə zamanı 8-10 sm uzunluğunda ucluq düz bağırsağa yeridilir, qanayan babasil 
olduqda bu ucluq travmatik təsir göstərib, qanaxmanı daha artıra bilər, ona görə bu 
zaman təmizləyici imalə əks-göstəriş sayılır. 
Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.203 “Təhsil” Bakı 1998 

5
. Sidikdə qanın olması necə adlanır? 
A) Albuminuriya 
B) Nikturiya
C) Piuriya
D) Hematuriya
E) Qlükozuriya 
Sidikdə qanın olması hematuriya adlanır və 3 növü mövcuddur: qan sidik aktının 
əvvəlində, sonunda və total hematuriya şəklində olur, yəni sidik başdan-başa qana 
boyanır. 
Ədəbiyyat: C.N. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 224 “Təhsil” Bakı1998 

6
. Qazçıxarıcı borunu bağırsaqda maksimum nə qədər saxlamaq olar? 
A) 1,5 saat 
B) 3 saat 
C) 30 dəqiqə 
D) 1 saat
E) 45 dəqiqə 
Qazçıxarıcı borudan qarın boşluğu əməliyyatlarından sonra, körpə uşaqlarda isə köp 
olan zaman istifadə olunur. Qazçıxarıcı borunu bağırsaqda 1 saatdan çox saxlamaq 
olmaz, çünki bağırsağın divarı zədələnə bilər. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.27
“Çıraq” 2008. 
7. 
Onikibarmaq bağırsaq xorasında ağrılar nə vaxt müşahidə edilir? 
A) Qida qəbulundan 2-3 saat sonra 
B) Qida qəbulundan 15-30 dəq. sonra 
C) Qida qəbulundan dərhal sonra 
D) Gecə və acqarına
E) Qida qəbulu zamanı 



Mədə boş olduqda turş mühitli mədə şirəsi 12 barmaq bağırsağa keçir, orada olan 
xoranı qıcıqlandırır və ağrıya səbəb olur. 
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.147 
“Çıraq” 2008 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə