Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Tənəffüsün olması necə təyin edilir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə3/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

8.Tənəffüsün olması necə təyin edilir? 
A) Döş qəfəsinin hərəkətinə nəzarət, tənəffüs küylərinə qulaq asmaqla 
B) Xəstənin ağzına güzgü yaxınlaşdırmaqla
C) Ətrafların hərəkətlərinə nəzarət etməklə
D) Ağız boşluğuna nəzarət etməklə
E) Xəstənin rənginə nəzarət etməklə 
Tənəffüs zamanı (nəfəs alma və nəfəs vermə) qabırğaarası əzələlər yığılıb-açıldığı 
üçün döş qəfəsi hərəkətli olur və fonendoskopla qulaq asdıqda tənəffüs küyləri asan 
eşidilir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh. 5 
“Çıraq” 2008 
9. Duodenal zondlama zamanı neçə porsiya öd götürülür? 
A) 4 
B) 1
C) 2
D) 3
E) 5 
Duodenal zondsalma zamanı 3 porsiya öd götürülür: A- porsiyası 12 barmaq 
bağırsaqdan götürülür, açıq-sarı rəngdə olur; B porsiyası öd kisəsindən götürülür
tünd zeytun rəngdə olur; S porsiyası qaraciyər ödü olub, öd axacaqlarından 
götürülür, daha şəffafdır və sarı-qızılı rəngdədir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”.Səh.36 
“Çıraq” 2008. 
10. Aşağıdakılardan hansı instrumental müayinəyə aid deyil? 
A) Kompyuter tomoqrafiyası 
B) ExoKQ (exokardioqrafiya)
C) EKQ (elektrokardioqrafiya) 
D) Palpasiya
E) Ultrasəs müayinəsi 
Palpasiya sözü latın dilindən tərcümədə “əlləmək” deməkdir, bu zaman müayinə 
yalnız əllə aparıldığı üçün bu müayinə instrumental müayinə hesab edilə bilməz. 
Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. Стр. 24 
«Медицина» Москва 1989 
11.Qızdırmanın I dövründə sadalananlardan hansını tətbiq etmək olar? 



A) Yaş bürümə 
B) Soyuq kompress 
C) Isidici kompress 
D) Sərin vanna 
E) İsitqac
Qızdırmanın I dövründə periferik damarlarda spazma olur, bu zaman xəstə üşüyür, 
titrəyir. Ona görə bu dövrdə xəstənin ayaqlarına isitqac qoyulur. 
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 105 “Təhsil” Bakı 1998 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə