Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Alimentar yolla orqanizmə daxil olan zəhərli maddələri çıxarmaq üçün hansı



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə5/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

16. Alimentar yolla orqanizmə daxil olan zəhərli maddələri çıxarmaq üçün hansı 
imalədən isitfadə olunur?

A) Yağlı 
B) Sifon
C) Təmizləyici 
D) Dərman 
E) Qidalandırıcı 
Ağızdan qəbul edilmiş zəhərli maddələri bağırsaqdan sürətlə kənar etmək üçün sifon 
imaləsindən istifadə olunur. Sifon imaləsi üçün 10-12 litr 38 dərəcədə qızdırılmış su 
götürülür.Bu miqdarda su orqanizmə daxil olmuş zəhərli maddələrin tam 
təmizlənməsini təmin edir. 
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.203 “Təhsil” Bakı 1998 
 
17. Ağciyər qanaxması zamanı tibb bacısının sərbəst müdaxiləsi nədən 
ibarətdir?
 
A) Döş qəfəsinə isitqac qoymaq 
B) Döş qəfəsinə soyuq kompress qoymaq
C) Vena daxilinə kalsium-xlorid məhlulu yeritmək 
D) Vena daxilinə natrium-xlorid məhlulu yeritmək 
E) Vena daxilinə aminokapron turşusu məhlulu yeritmək 
Ağciyər qanaxması ağır fəsad olduğundan tibb bacısı həkim gələnə qədər yalnız buz 
qovuğundan istifadə etmək səlahiyyətinə malikdir. Digər müdaxilələr yalnız həkimin 
səlahiyyətinə aiddir. 
Ədəbiyyat: QaqunovaY.Y “Xəstələrə ümumi qulluq”. Səh 197. “Maarif” 1974 
18. 1 ml–də neçə vahid insulin vardır? 
A) 20 vahid 
B) 40 vahid



C) 10 vahid 
D) 30 vahid 
E) 25 vahid 
İnsulinin dozaları vahidlə göstərilir. Şüşədəki 5 ml – də 200 vahid, başqa sözlə 1 ml- 
də 40 vahid insulin vardır. İnsulini birqramlıq şprisə yığarkən yadda saxlamaq 
lazımdır ki, şprisin hər bölgüsü 4 vahid insulin deməkdir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “. Səh.159 
“Çıraq” 2008. 
19. Tibbi bankaları hansı nahiyəyə qoymaq olmaz? 
A) Onurğaya
B) Döş qəfəsinin aşağı hissəsinə 
C) Kürəkaltı nahiyəyə 
D) Döş qəfəsinin yan tərəflərinə
E) Onurğa ətrafı nahiyəyə 
Bankalar əzələ və dərialtı piy qatı yaxşı inkişaf etmiş, sümük hündürlükləri olmayan 
nahiyələrə qoyulur. Onurğaya banka qoyulduqda banka onurğa beyni mayesinin 
hərəkətinə mənfi təsir etdiyindən bu nahiyəyə banka qoymaq məqsədə uyğun deyil. 
Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.113. “Təhsil”. Bakı 1998 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə