Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Xəstənin nəbzi bir dəqiqədə 118 vurğudur , bunu aşağıdakı hansı terminlə



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə14/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

49. Xəstənin nəbzi bir dəqiqədə 118 vurğudur , bunu aşağıdakı hansı terminlə 
ifadə etmək olar? 
A) Aritmiya 
B) Taxipnoe 
C) Bradikardiya 
D) Bradipnoe 
E) Taxikardiya
Normada nəbz vurğularının sayı 60-90-dır. 60 vurğudan az olduqda bradikardiya, 90 
vurğudan çox olduqda taxikardiya adlanır. Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə 
ümumi qulluq”. Səh 223. “Maarif” 1974 
50. Yağlı məhlulun hansı üsulla yeridilməsi yağ emboliyasına səbəb olur? 
A) Daxilə qəbulu 


15 
B) Dərialtı 
C) Əzələdaxili
D) Dəriiçi
E) Venadaxili
Yağlı məhlulun səhvən venaya yeridilməsi zamanı yağ emboliyası baş verir. Bu 
zaman qəflətən ürək nahiyəsində ağrı, boğulma, dərinin göyərməsi olur. Ədəbiyyat: 
C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160 “Təhsil” Bakı 1998 
51. Havanın məhlulla birgə ………. yeridilməsi hava emboliyasına səbəb ola 
bilər. Nöqtələrin yerinə uyğun cavabı seçin. 
A) Bronx daxili 
B) Əzələ daxili 
C) Dəri içi 
D) Dəri altina
E) Vena daxili 
 
Şprisdən və ya qanköçürmə sistemindən havanın venaya keçməsi nəticəsində hava 
emboliyası baş verir. Ədəbiyyat: C.N.Hacıyev. R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 
160 “Təhsil” Bakı 1998 
52. Xəstənin ağız boşluğuna qulluq zamanı hansı məhluldan istifadə olunur? 
1.
2%-li natrium – bikarbonat turşusu 
2.
5%-li borat turşusundan 
3. 0,25%-li novakain məhlulundan 
4. Furasillin məhlulundan 
5. 3%-li hidrogen – peroksid məhlulundan 
6. 0,9%-li natrium-xlorid məhlulundan 
A)1,2
B)1,4
C)2,5
D)3,6
E) 3,5 
Ağız boşluğunun mühiti qələvidir. 2 %-li natrium –bikarbonat və 5%-li borat turşusu 
məhlulları bu mühit ücün neytral məhlullar sayılır. Ədəbiyyat: C.N. Hacıyev. R.Y. 
Əliyev . Xəstələrə qulluq. Səh.56. “Təhsil” Bakı 1998 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə