Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Biokimyəvi müayinə üçün qan nə vaxt götürülür?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə17/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

60. Biokimyəvi müayinə üçün qan nə vaxt götürülür? 
A) Qida qəbulundan 15 dəqiqə sonra 
B) Qida qəbulundan 45 dəqiqə sonra 


18 
C) Qida qəbulundan asılı olmayaraq 
D) Ac qarına, səhər
E) Qida qəbulundan 30 dəqiqə sonra 
Biokimyəvi müayinə üçün qan səhər saat 7-9 arasında acqarına götürülür, analizə 
təsir göstərə biləcək dərmanlar analiz götürməkdən 2-3 gün əvvəl saxlanılır, çünki 
qəbul edilən qida və dərman analizin göstəricisini dəyişə bilər. Ədəbiyyat:
N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.27 “Çıraq” 2008 
61. QİÇS-in (qazanılmış immun çatışmazlıq sidromu) mümkün olan yoluxma 
yolu hansıdır? 
A) Hava damcı yolu 
B) Eyni qabdan qida qəbulu
C) Əl ilə təmas
D) Həşəratların dişləməsi
E) Yoluxmuş qanın köçürülməsi
QİÇS xəstəliyinin törədicisi xəstə insanın qanında olur.Həmin virusla infeksiyalaşmış 
qan və onun fraksiyaları sağlam adama köçürüldükdə, infeksiyalaşmış alətlər 
vasitəsilə, xəstə anadan körpəyə və cinsi yolla yoluxma baş verir. Ədəbiyyat:
 
«Справочник терапевта». Г.П.Матвейков. Минск «Беларусь» 2000. Səh. 672
62. BCJ vaksininin yararlılıq müddəti nə qədərdir? 
A) 
3 ay
B) 6 ay 
C) 1 il
D) 
2 il
E) 1 il 6 ay 
Vaksinin yararlılıq müddəti control nömrə vurulduqdan sonrakı gündən başlayaraq 
2 ildir. Vaksini işıq düşməyən yerdə +8 dərəcə Selsi temperaturda saxlamaq 
lazımdır. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısınn məlumat kitabı”. 
Səh. 167 “ Çıraq” 2008. 
63. Plevral punksiya üçün tibb bacısı nəyi hazırlamalıdır? 
A) Uzunluğu 8-10 sm olan iynə 
B) Troakar 
C) Kassirski iynəsi 
D) Mikuliç sıxıcısı 
E) Arterial sıxıcı 
Uzunluğu 8-10 sm olan iynə əksər hallarda bu manipulyasiyalarda (punksiyalarda) 
istifadə olunur. Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 199. 
“Maarif” 1974 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə