Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə18/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

64. Qanhayxırma nədir? 


19 
A) Bəlğəmdə nöqtələr və saplar şəklində qanın olması 
B) Qan lifləri olan köpüklü bəlğəm 
C) Paslı bəlğəm ifrazı 
D) Öskürək zamanı al qan və ya qanlı bəlğəm ifrazı
E) “Qəhvə xıltı ” şəklində qusma 
Müxtəlif xəstəliklər, məsələn ağ ciyərin kavernoz vərəmi, ağ ciyər xərçəngi zamanı 
damarlar zədələnir , bu zaman xəstə öskürdükdə al qırmızı rəngdə qan və ya qanlı 
bəlğəm ifraz edir - buna qanhayxırma deyilir. Bəzən burundan və diş ətindən 
qanaxma nəticəsində qanhayxırma baş verir ki, buna yalançı qanhayxırma deyilir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.511
“Çıraq” 2008 
65. Qanhayxırma zamanı tibb bacısı sərbəst olaraq xəstəyə hansı yardımı 
göstərə bilməz? 
A) Həkim çağırar 
B) Xəstəni sakitləşdirər 
C) Xəstəyə yarımoturaq vəziyyət verər 
D) Xəstəyə danışmağı qadağan edər 
E) Qansaxlayıcı preparatlar yeridər
Qanhayxırma zamanı tibb bacısı xəstəyə yalnız həkimin təyinatından sonra 
qansaxlayıcı terapiya apara bilər, göstərilən digər yardımlar isə birbaşa tibb 
bacısının funksiyasına aiddir. O, xəstəyə başa salmalıdır ki, həyəcanlanma və fiziki 
gərginlik qanhayxırmanı artıra bilər. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 512 
“Çıraq” 2008 
 
66. Xəstə civəli termometri sındırdıqda tibb bacısı nə etməlidir? 
A) Qalıqları hermetik qaba yığmalı və sanitar- epidemioloji stansiyaya (SES-ə) xəbər 
verməli
B) Qaqlıqları yaş tamponla yığıb, zibil qutusuna atmalı
C) Qalıqları su ilə axıtmalı
D) Qalıqları tozsoran ilə yığmalı
E) Civə dağılan yeri furasilin məhlulu ilə silməli
Civə zəhərli maddə olduğu üçün onun ətrafa yayılması insanlar və ətraf mühit üçün 
çox təhlükəlidir. Ona görədə tibb bacısı sınmış termometrin qalıqlarını hermetik 
qaba yığıb SES-ə məlumat verməlidir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.96
“Azərnəşr” Bakı 1984 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə