Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Hansı vitamin suda həll olur?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə21/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

75. Hansı vitamin suda həll olur? 
A) K 
B) A 
C) D 
D) C
E) E 
Vitaminlər 2 qrupa bölünür: suda həll olanlar və yağda həll olanlar. A,D,E,K 
vitaminləri yağda, C, B qrup, PP vtaminləri isə suda həll olan vitaminlərə aiddir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.113. “ 
Çıraq 2008 
 
 
76. Hansı vitamin çatışmadıqda xəstədə gecə və ya toyuq korluğu olur? 
A) E 
B) D 
C) C 
D) A
E) K 
A vitamini süddə, qaymaqda, xamada, kərə yağında, yumurtanın sarısında, 
qaraciyərdə və s. olur. A hipovitaminozunun erkən əlaməti gecə korluğu, selikli 
qişanın və dərinin quruluğudur.Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb 
bacısının məlumat kitabı ”. Səh. 116 “ Çıraq ”2008 
77. Sümüklərin normal inkişafı üçün ilk növbədə hansı duzlar vacibdir? 
A) Maqnezium 
B) Natrium
C) Kalsium
D) Kalium
E) Barium
Kalsium duzları orqanizmə sümüklərin normal böyüməsi üçün, bundan başqa qanın 
laxtalanması üçün, damar keçiriciliyini azaltmaq üçün lazımdır. Kalsiumun əsas 
mənbəyi süd, kəsmik, soya və göyərtidir. Kalsiuma gündəlik tələbat 1qr-dır. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.117.
“Çıraq 2008” 

78. Kəskin sol mədəcik çatışmazlığı (ürək astması) tutması zamanı ətraflara 
turna qoyarkən tibb bacısı nəyə fikir verməlidir? 
A) Turna qoyulan ətraflar qaralmasın 
B) Turna ancaq venaları sıxsın 


23 
C) Arteriyalarda nəbz yaxşı palpasiya edilsin 
D) Turnalar ətrafların hamısından eyni vaxtda açılmasın 
E) Sadalananların hamısına
Kəskin sol mədəcik çatışmazlığı( ürək astması) zamanı çox vaxt ətraflara turna 
qoyulur. Bu zaman tibb bacisi mütləq aşağıda göstərilənlərə əməl etməlidir. Turna 
ancaq venaları sıxaraq, ürəyə gedən qanın miqdarını azaltmalıdır; turna arteriyaları 
sıxarsa müvafiq ətrafın qanla təchizatı pozular; ətraflardan turnaların hamısı eyni 
vaxtda açılsa xəstə kollapsa düşə bilər; arteriyalarda nəbz əllənməsə bu venayla 
birgə arteriyanın da sıxılmasını göstərir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh.505 “ 
Çıraq ” 2008 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə