Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Sidikdə şəkərin miqdarını təyin etmək hansı sidik toplanır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə23/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

82. Sidikdə şəkərin miqdarını təyin etmək hansı sidik toplanır? 
A) Yalnız gecə saat 22
00
-dan səhərə qədər ifraz etdiyi sidik 
B) Səhər yuxudan durduqdan sonra ifraz etdiyi 100-200 ml sidik
C) Gecə ifraz etdiyi sidik 
D) Acqarına 1,5 l maye içdikdən sonra ilk 4saat ərzində ifraz etdiyi sidik 
E) Bir sutka ərzində ifraz etdiyi sidik 
Sidiyi şəkərə yoxlamaq üşün xəstə səhər saat 8-də sidik ifraz edib, bu sidiyi tullayır, 
sonra səhəri gün səhər saat 8-ə kimi ifraz etdiyi sidiyi bir qaba toplayır, sonra tibb 
bacısı sidiyin ümumi miqdarını ölçür, qabı çalxalayıb, ondan 100-150 ml sidiyi təmiz, 
quru qaba töküb, laboratoriyaya göndərir.Ədəbiyyat: C.N. Hacıyev; R.Y. Əliyev. 
Xəstələrə qulluq. Səh.225. “Təhsil”. Bakı 1998. 
83. Zimnitski sınağı aparmaq üçün sidik neçə porsiyada yığılır? 
A) 2 
B) 6 
C) 4 
D) 8
E) 3
Zimnitski sınağı böyrəklərin orqanizmin müxtəlif patoloji və fizioloji vəziyyətlərinə 
uyğunlaşma qabiliyyətini müəyyən etməyə imkan verir. Bu sınaq zamanı xəstənin 
sutka ərzində hər 3 saatdan bir ifraz etdiyi sidik 8 porsiyada toplanaraq 
laboratoriyaya göndərilir. Zimnitski sınağının köməyi ilə sutkalıq, gündüz və gecə 
ifraz olunan sidiyin miqdarını, hər porsiyadakı sidiyin miqdarını və xüsusi çəkisi 
təyin edilir.
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 228 “Təhsil” Bakı
1998. 
84. Sidik kisəsinin kateterizasiyası nə zaman aparılır?
A) Sidik kisəsini antiseptik məhlullarla yumaq üçün 
B) Sidik kisəsindəki sidiyi boşaltmaq üçün 
C) Sidik kisəsinə müxtəlif dərmanlar yeritmək üçün 
D) Sidik kisəsinə rentgenokontrast maddə yeritmək üçün 
E) Sadalanan bütün hallarda
Sidik kisəsindən sidiyi boşaltmaq, ona müxtəlif dərmanlar yeritmək, sidik kisəsini 
rivanol, kalium - permanqanat və s. məhlullarla yumaq üçün kateterizasiyadan- sidik 
kisəsinə uretral kateterin salınmasından istifadə edirlər. Sidik kisəsinə yeridilmiş 
kateterdən rentgenokontrast maddə yeritməklə, onun rentgen şəklini də çəkmək 


25 
mümkündür. Ədəbiyyat: C.N. Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səhə 229. 
“Təhsil ” Bakı 1998 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə