Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Böyrək daşı sancısı zamanı ilk yardım göstərərkən tibb bacısı xəstəyə hansı



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə24/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

85. Böyrək daşı sancısı zamanı ilk yardım göstərərkən tibb bacısı xəstəyə hansı 
vanna tətbiq edə bilər? 
A) Naftalan vannası
B) Sərin vanna
C) Soyuq vanna 
D) İsti vanna
E) İndifferent vanna 
Böyrək daşı sancısı zamanı ilk yardım kimi isti vanna tətbiq edilə bilər.İsti vannanın 
təsirindən sidik axarlarının spazmı aradan götürülür və daşın xaric olması 
asanlaşır,xəstənin vəziyyəti yaxşılaşır. Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “Tibb 
bacısının məlumat kitabı”. Səh.158. “ Çıraq ” 2008 
86. Qəbizlik zamanı xəstəyə hansı qidadan istifadə etmək məsləhət görülür? 
A) Ağ çörək 
B) Kartof 
C) Pendir 
D) Çuğundur
E) Yumurta
Qəbizlik-müxtəlif səbəblərdən bağırsağın boşalmasının ləngiməsidir. Qəbizliyi 
aradan götürmək üçün xəstəyə bitki mənşəli (çuğundur, kələm, qara gavalı və s.) qida 
qəbulu məsləhət görülür. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının 
məlumat kitabı”. Səh.40 “Azərnəşr” Bakı 1984 
87. 
Stasionarda terapiya şöbəsində aşağıda göstərilən otaqlardan hansı olmur? 
A) Sanitariya qovşağı 
B) Xəstələr üçün palata 
C) Yeməkxana və bufet 
D) Prosedur otağı 
E) Gips otağı
Sadalanan bütün otaqlar hər bir stasionar şöbədə olan əsas otaqlardır, cərrahi 
şöbədə isə bunlardan əlavə gips otağı, sarğı otağı, əməliyyat otağı olur. 
Ədəbiyyat: C.N.Hacıyev,R.Y.Əliyev. Xəstələrə qulluq. Səh 46 “Təhsil ” Bakı 1998 
88. Tibb bacısı zəliləri bankadan nə ilə götürməlidir? 
A) Pinsetlə 
B) Kornsanq ilə 
C) Şpatellə
D) Əllə
E) Çubuqla


26 
Bütün zəliləri bankadan götürüb həcmi 50-100 ml olan kiçik qaba qoyurlar. Zəliləri 
əl ilə götürüb qoymaq lazımdır ki, onlar həm zədələnməsin, həm də ən yaxşısını 
seçmək mümkün olsun. Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 
141-142. “Maarif” 1974 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə