Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Dərialtı inyeksiya hansı bucaq altında aparılır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə32/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

113. Dərialtı inyeksiya hansı bucaq altında aparılır? 
A) 35
0
B) 90
0
C) 60
0
D) 45
0
E) 70
0
 
Dəri altı inyeksiya 45 dərəcəli bucaq altında aparılır,çünki bu bucaq altında
yeridilən iynə bilavasitə dəri altı nahiyyəyə düşür. Ədəbiyyat: N.R. Paleyevin 
redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.57 “Azərnəşr” Bakı 1984 
114. Vena daxili inyeksiyadan əvvəl turnanın düzgün qoyulmasının göstəricisi 
nədir? 
A) Turnadan aşağı hissədə dəri örtüyünün avazıması
B) Mil arteriyasında nəbzin olmaması
C) Turnadan aşağı hissədə dərinin qızarması
D) Turnadan aşağı hissədə dərinin göyərməsi
E) Turna qoyulan nahiyədə qansızmaların olması
Vena daxili inyeksiyadan əvvəl turna düzgün qoyulmalıdır. Yalnız səthi venalar 
sıxılmalı, arteriyada qan axını pozulmamalı, nəbz hiss olunmalıdır. Turna düzgün 
qoyulduqda turnadan aşağı hissədə qanın venoz axını ləngidiyinə görə dəri göyərir. 
Ədəbiyyat:В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . 
Səh. 86 
115. Meteorizm zamanı qaz çıxarıcı borunun yeridilmə dərinliyi nə qədər 
olmalıdır (sm-lə)? 
A) 10-12 
B) 20-30
C) 2-4 
D) 50 
E) 10-15 
Meteorizm zamanı əgər digər tədbirlər effekt vermirsə qaz çıxarıcı borudan istifadə 
olunur. Bu rezin boru olub, 50-sm uzunluğunda və diametri 1 sm-dir. Bir ucu
vazelin sürtüldükdən sonra 20-30 sm dərinlikdə düz bağırsağa yeridilir. Ədəbiyyat: 
В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 114 
116. Yağ imaləsini aparmaq üçün bitki yağının miqdarı (ml-lə) nə qədər 
olmalıdır? 


34 
A) 500 
B) 100
C) 10 
D) 1000 
E) 50 
Yağ imaləsini qəbizlik zamanı qoyurlar. Bunun üçün bitki yağları: günəbaxan, 
zeytun, vazilin yağları istifadə olunur. Bir imalə üçün 37-38 dərəcəyə qədər 
qızdırılmış 100 ml yağ götürülür. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb 
bacısının məlumat kitabı”. Səh.50 “Azərnəşr” Bakı 1984 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə