Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Stasionarın qəbul şöbəsinin tibb bacısı hansı sənədi doldurmalıdır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə30/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

106. Stasionarın qəbul şöbəsinin tibb bacısı hansı sənədi doldurmalıdır? 
A) Xəstəlik tarixini 
B) Temperatur vərəqini 
C) Əmək qabiliyyətini itirmə vərəqini 
D) Həkim təyinat vərəqini
E) Xəstəlik tarixinin titul vərəqini
Xəstə stasionara qəbul zamanı qəbul şöbəsində qeydiyyatdan, həkim müayinəsindən 
və sanitar işləmədən keçir. Burada tibb bacısı xəstəlik tarixinin titul 
vərəqini(passport hissəsini) doldurur. Buraya aiddir: xəstənin adı, soyadı, atasının 
adı, yaşı, ünvanı, peşəsi və qəbul şöbəsinə daxil olduğu tarix və saat. Digər sənədləri 
palata tibb bacısı və şöbənin baş tibb bacısı doldurur.
Ədəbiyyat:
 
В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . 
Səh. 23-24
 
107. Sidik qəbulediciləri,ifrazat qablarını boşaltdıqdan sonra onları hansı 
məhlulda saxlamaq lazımdır? 
A) 15 dəq 1%-li xloramin məhlulunda
B) 60 dəq 3%-li xloramin məhlulunda
C) 30 dəq 3%-li xloramin məhlulunda
D) 120 dəq 1%-li xloramin məhlulunda
E) 1%-li xloramin məhlulu ilə 2 dəfə silinir.
Xəsətnin altına qoyulan ifrazat qabları əvvəlcə boşaldılır, sonra qaynar su ilə 
yaxalanır və dezinfeksiya üçün 15 dəq 1%-li xlormin məhlulunda saxlanılır.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.215
“Azərnəşr” Bakı 1984 
 
108. Ağır xəstələrin dərisini silmək üçün hansı məhlul istifadə olunur? 
A) 10%-li naşatır spirti
B) 10%-li kamfora spirti
C) 10%-li kalium-permanqanat məhlulu
D) Furasillin məhlulu
E) 0,05%-li kalium-permanqanat məhlulu
10%-li kamfora spirti yataq yaralarının profilaktikası üçün istifadə olunur.Yataq 
yaraları yataqla daha sıx təmasda olan büzdüm, kürək, daban və dirsək 
nahiyyələrində yerli qan dövranı pozulduğuna görə yaranır. 10%-li kamfora spirti 


32 
yerli qan dövranını yaxşılaşdırıcı və dezinfeksiya edici təsirə malikdir. Ədəbiyyat: 
В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 32-33

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə