Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Göstərilən inyeksiyalardan hansını tibb bacısı apara bilməz ?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə33/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

 
117. Göstərilən inyeksiyalardan hansını tibb bacısı apara bilməz ? 
A) Dəri altı 
B) Vena daxili 
C) Əzələ daxili 
D) Arteriya daxili
E) Dəri içi
 
Bir sıra inyeksiyalar mürəkkəb olduğundan onları həkim aparır. Məsələn: arteriya 
daxilinə , ürək daxilinə, limfa damarlarına, onurğa kanalına və s. Lakin tibb bacısı 
bu əməliyyatlarda iştirak edir ,lazımi alətləri hazırlayır , ona görə də tibb bacısı bu 
sahədə minimum biliyə malik olmalıdır. Ədəbiyyat: C.N. Hacıyev ; R.Y. Əliyev .
Xəstələrə qulluq. Səh. 137. “ Təhsil ”, Bakı 1998. 
118. Xəstəyə O
2
 (oksigen) verilməsi üçün ən çox hansı üsul istifadə olunur? 
A) Mədə zondu 
B) Burun kateteri
C) Duodenal zond 
D) Burun kanyulası 
E) O

(oksigen) yastığının qıfı 
Burun xarici tənəffüs orq
anı olduğundan xəstəyə burun kateteri ilə oksigen verilir. Bu 
proses xəstədə sərbəst tənəffüs aktı oduğu zaman mümkündür. Əks hallarda (uzunsov 
beyin zədələnmələri, Kvinke ödemi (qırtlaq əzələlərinin spazmı), endotraxeal 
anesteziya və s.) həkim tərəfindən köməkçi tənəffüs tətbiq olunur. Bu üsul xəstədə 
narahatlıq yaratmır.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”.
Səh 223. “Maarif” 1974. 
119. Xəstənin hərarəti yüksək olduqda( qızdırmanın II dövründə )tibb bacısı 
ona aşağıda sadalanan yardımlardan hansını göstərməlidir? 
A) Xəstənin alnına soyuq kompres qoyub, içməyə maye verməlidir 
B) Xəstənin ayaqlarına isitqac qoymalıdır 
C) Xəstənin üstünü yorğanla örtməlidir 
D) Xəstəyə isti çay verməlidir 
E) Ayaqlarına isti vanna etməlidir 


35 
Xəstənin hərarəti çox yüksək olduqda ağzı quruyur, dodaqları çatlayır, halsız olur 
Ona görə verilən maye xəstəyə müsbət təsir göstərir,soyuq kompres isə genəlmiş 
damarlara büzücü təsir göstərərək istilik verməni azaldır. Ədəbiyyat: C.N. Hacıyev; 
R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 105. “ Təhsil ” Bakı 1998. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə