Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Xəstəliyin ağırlıq dərəcəsindən və gedışındən asılı olaraq xəstəxanada xəstəyə



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə26/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

93. Xəstəliyin ağırlıq dərəcəsindən və gedışındən asılı olaraq xəstəxanada xəstəyə 
hansı rejim təyin edilir? 
A) Ciddi yataq rejimi 
B) Sadalanan bütün rejimlər
C) Yataq və yarımyataq rejimi 
D) Ümumi rejim 
E) Sərbəst rejim 
Xəstəliyin ağırlıq dərəcəsindən və gedişindən asılı olaraq xəstələrə həkim tərəfindən 
5 rejim təyin edilir: ciddi yataq rejimində xəstəyə hətta yataqda belə hərəkətə icazə 
verilmir; yataq rejimində xəstə yataqdan qalxa bilməz, yalnız yataqda hərəkət edə 
bilər; yarımyataq rejimində xəstəyə yalnız ayaqyoluna getməyə icazə verilir; ümumi 
rejimdə xəstəyə şöbədə, sərbəst rejimdə isə xəstəxananın həyətində gəzməyə icazə 
verilir. 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 31 “ Təhsil ” 
Bakı 1998 
94. Kəskin damar çatışmazlığı olan xəstə xərəkdə hansı vəziyyətdə nəql 
edilməlidir?
A) Sağ tərəfi üstə 
B) Yarımoturaq vəziyyətdə 
C) Oturaq vəziyyətdə
D) Başın səviyyəsi aşağı vəziyyətdə
E) İstənilən vəziyyətdə 
Kəskin damar çatışmazlığı zamanı beyinə gedən qanın miqdarı kəskin azaldığı üçün 
xəstədə bayılma, kollaps baş verir.Ona görə də beyinə gedən qanın həcmini artırmaq 
üçün xəstəni xərəkdə, başı aşağı vəziyyətdə nəql edirlər.Ədəbiyyat: C.N.Hacıyev ; 
R.Y.Əliyev. Xəstələrə qulluq .Səh. 43. “ Təhsil”Bakı 1998. 
95. Götərilənlərdən hansı palata tibb bacısının səlahiyyətinə aid deyil? 
A) Sutkalıq sidiyi və bəlğəmi ölçmək 


28 
B) Səhər və axşam xəstənin temperaturunu ölçmək 
C) Nəbzi saymaq 
D) Tənəffüsü saymaq 
E) Həkimin təyinatına dəyişiklik etmək
Palata tibb bacısı həkimin müalicə və gigiyena təyinatlarını yazır və dəqiq yerinə 
yetirir, həkim xəstəni müayinə etdikdə bu prosesdə iştirak edir, xəstənin vəziyyəti 
haqqında ona məlumat verir, bundan sonra xəstələrə nə kimi qulluq edilməsi barədə 
həkimdən göstərişlər alır, lakin həkimin xəstəyə verdiyi təyinatı dəyişməyə tibb 
bacısının ixtiyarı yoxdur. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bcısının 
məlumat kitabı ”. Səh. 87, “ Çıraq ” 2008 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə