Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Xəstənin dərman preparatına həsaslığını yoxlamaq üçün iynə hansı



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə28/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

99. Xəstənin dərman preparatına həsaslığını yoxlamaq üçün iynə hansı 
nahiyəyə vurulur? 
A) Əzələ daxilinə 
B) Dəri altına 
C) Dəri içinə
D) Vena daxilinə 
E) Göstərilən bütün nahiyələrə
İnyeksiya zamanı orqanizmin dərmana,əsasən də antibiotiklərə reaksiyasını 
yoxlamaq üçün 0,01 ml dərman 15mm uzunluqlu iynə ilə dəri içinə yeridilir. Əgər 
xəstənin orqanizmi dərmana reaksiya verərsə həmin yer qızarır, şişir, hərarəti digər 
nahiyələrdən yüksək olur.Bu yerli reaksiya olduğundan ağır allergik fəsada səbəb 
olmur.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.48 “ 
Çıraq”2008. 
100. Dərialtı inyeksiyadan sonra inyeksiya yeri bərkidikdə aşağıda sadalanan 
tədbirlərdən hansı əks- göstəriş sayılır? 
A) Bərkiyən nahiyəyə buz qovuğu qoymaq 
B) Bərkiyən nahiyəyə isitqac qoymaq 
C) Bərkiyən nahiyəyə 40 %-li spirtlə isidici kompres qoymaq 
D) Bərkiyən nahiyəyə yod sürtmək 
E) Bərkiyən nahiyəyə isti kompres qoymaq 
İnyeksiyadan sonra həmin nahiyənin bərkiməsi və qızarması yeridilən dərmanın pis 
sorulması nəticəsində olur, isti proseduraların təsirindən orada olan qan damarları 
genişlənir və dərmanın tez sorulmasına kömək edir. Bu zaman buz qovuğunun tətbiqi 
damarların daralmasına və dərmanın daha da çətin sorulmasına səbəb olar, ona 
görə bu zaman buz qovuğu işlətmək əks-göstəriş sayılır. Ədəbiyyat: N.R.Paleyevin 
redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 48,“ Çıraq ”2008. 
 
101. Tibb bacısının işinin məqsədi nədən ibarətdir? 
A) Xəstənin sağalmasına zəmanət vermək 
B) Xəstəliyin diaqnostikası və müalicəsi
C) Xəstə ilə aktiv əməkdaşlıq etmək
D) Xəstəlik zamanı mümkün keyfiyyəti təmin etmək
E) Xəstəyə qulluq tədbirlərinin ardıcıllığını təmin etmək


30 
Tibb bacısının vəzifələrindən biri də həkimin göstərişinə əsasən xəstəyə qulluq 
tədbirlərinin ardıcıllığını təmin etməkdir. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə 
“Tibb bacısının məlumat kitabı”. Səh.6-8, “Azərnəşr” Bakı 1984 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə