Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Rektoromanoskopiya hansı orqanın müayinə üsuludur?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə19/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

67. Rektoromanoskopiya hansı orqanın müayinə üsuludur? 
A) 
Mədənin
B) Qida borusunun 
C) 12 barmaq bağırsağın 
D)
Düz bağırsağın


20 
E) Öd yollarının
Düz və siqmavari bağırsağın rektoskop adlanan cihazla müayinəsinə 
rektoromanoskopiya deyilir. Latınca “rekto”, yəni düz bağırsaq sözündən götürülüb. 
Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.215. “Təhsil” Bakı 
1998. 
68. Anafilaktik şok dərman preparatlarının ən çox hansı yolla yeridilməsi 
zamanı baş verir? 
A) Sublinqval (dilaltına) 
B) Daxilə
C) İnhalyasion
D) Parenteral
E) Xaricə (məlhəm şəklində)
Dərman maddələri parenteral yolla yeridildikdə qana daha tez daxil olur. Buna görə 
də anafilaktik şok dərman preparatlarını ən çox bu yolla yeridilməsi zamanı baş 
verir. Ədəbiyyat:
 
Г.П.Матвейков «Справочник терапевта». Минск «Беларусь». 
Səh. 735
69.
Kolonoskopiya hansı orqanın müayinə üsuludur? 
A) Qida borusunun 
B) Düz bağırsağın
C) 12 barmaq bağırsağın
D) Yoğun bağırsağın
E) Öd yollarının 
 
Yoğun bağırsağların kolonoskop vasitəsilə müayinəsi kolonoskopiya adlanır. 
“Kolon” latınca yoğun bağırsaq deməkdir. Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. 
Xəstələrə qulluq . Səh.214. “Təhsil” Bakı 1998. 
70.Yağ imaləsini nə vaxt aparılır?
A) Qarın boşluğunda aparılacaq əməliyyatdan qabaq 
B) Uzun sürən qəbizlikdə
C) Zəhərlənmələrdə 
D) Doğuşdan qabaq 
E) Ağır xəstələri qidalandırmaq üçün 
Yağlı imalələr aparıldıqda xəstədə defekasiya 10-12 saatdan sonra baş verir. 
İsidilmiş 50- 100 ml yağ bağırsağa yeridilir, yağ bağırsağın divarı ilə axıb, nəcisi 
bürüyür, bağırsaq əzələlərini boşaldır və nəcisin çıxmasına kömək edir, ona görə 
nəcis kütlələrinin yaxşı yumşalması üçün yağ imaləsini axşam aparmaq lazımdır. 
Göstərilən digər hallarda isə təmizləyici və dərman imaləsindən istifadə edilir. 
Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.205 “Təhsil” Bakı 1998.


21 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə