Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Xardal yaxmasının dəri üzərində qalma müddəti nə qədərdir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə16/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

56. Xardal yaxmasının dəri üzərində qalma müddəti nə qədərdir? 
A) 10 – 15 dəqiqə 
B) 15 – 20 dəqiqə 
C) 20 – 25 dəqiqə 
D) 20 – 30 dəqiqə 
E) 3 – 5 dəqiqə 
Əgər xardal yaxması birbaşa dərinin üzərinə qoyularsa 10-15 dəqiqəyə hiperemiya 
əmələ gəlir, bu müddətdən artıq qaldıqda dəridə yanıq əmələ gələ bilər. Yanığın 
qarşısını almaq üçün xardal yaxmasını vaxtından artıq saxlamaq olmaz.


17 
Ədəbiyyat: C.H. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 115. “Təhsil”, Bakı 
1998 
57. Sifon imaləsi üçün neçə litr su götürülməlidir? 
A) 1- 2 l 
B) 6 – 8 l 
C) 5 – 7 l 
D) 10 – 12 l
E) 4 – 6 l 
Sifon imaləsi əsasən alimentar qəbul edilmiş zəhərli maddələri kənar etmək üçün 
istifadə edilir, zəhərli maddələri tamamilə kənar etmək üçün bağırsaq yaxşı 
yuyulmalıdaır, bunun üçün sifon imaləsi zamanı digər imalələrdən fərqli olraq daha 
çox - 10-12 l su götürülür.
Ədəbiyyat: C.N.Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.206. “Təhsil” Bakı 
1998. 
58. Spastik qəbizlik zamanı təmizləyici imalənin temperaturu necə dərəcə 
olmalıdır? 
A) 45° - 50° 
B) 30° - 32° 
C) 15° – 20°
D) 20° – 25°
E) 38° – 40°
Spasitik qəbizliyə səbəb adından məlum olduğu kimi bağırsaqların spazmıdır, spazmı
aradan qaldırmaq üçün temperaturu, 38 -40 dərəcəli su götürülür. 
Ədəbiyyat: C.H. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.203“Təhsil”, Bakı 1998 
59. Arterial hipertenziya nədir? 
A) Mərkəzi venoz təzyiqin artması 
B) Arterial təzyiqin azalması 
C) Damar tonusunun azalması 
D) Arterial təzyiqin artması
E) Mərkəzi venoz təzyiqin azalması 
Hipertenziya müxtəlif səbəblərdən ( məs:endokrin, böyrək,MSS ,travmatik və s.) 
damar tonusunun artmasıdır , bunun da nəticəsində arterial təzyiq artır.Hiper-latın 
dilində cox,tenzion-təzyiq deməkdir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 138
“Çıraq” 2008 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə