Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Hansı halda masaj etmək olmaz?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə11/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

38. Hansı halda masaj etmək olmaz? 
A) Piylənmə zamanı 
B) Oynaq xəstəlikləri zamanı 
C) Limfa düyünləri şişdikdə
D) Bağların dartınması zamanı 
E) Spastik iflicdə 
Limfanın mühafizə rolunu nəzərə alaraq, bədənə keçən mikroorqanizmləri tutub 
özündə saxlaması nəticəsində şişmiş limfa düyünlərinin massajı əks-göstərişdir. 
Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.272. “Maarif” Bakı 1980 
39.Bunlardan hansı masajın əsas metodu deyil? 
A) Kəsmələmə 
B) Sürtmə 
C) Sığallama 
D) Basmalama
E) Döyəcləmə 


12 
Basmalama masajın əsas metodlarından biri olan kəsmələmə masajının bir növüdür. 
Əlin masajı zamanı ağrı və ödem olduqda basmalama tətbiq edilir. 
 Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya .Səh.274 “Maarif” Bakı 1980
40. Tənəffüsün xüsusiyyətlərinə hansılar aiddir? 
A) Yüksəklik 
B) Tonus 
C) Dolğunluq 
D) Gərginlik
E) Tezlik
Ədəbiyyat: Tənəffüs sərbəst nəfəsalma və nəfəsvermə hərəkətlərinin ritmik 
növbələşməsidir. Normada bir dəqiqə ərzində böyüklərdə 16-20 tənəffüs hərəkəti 
qeydə alınır. Bu göstəricinin artıb-azalması tənəffüsün tezliyinin dəyişməsi deməkdir. 
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 190. “Maarif” 1974 
41. Hirudoterapiya nədir? 
A) Zəli ilə müalicə 
B) Su ilə müalicə 
C) İqlimlə müalicə 
D) İşıqla müalicə 
E) Qanburaxma
 
Latınca zəli “Hirudenia “ adlanır və zəlinin tüpürcəyinin tərkibində hirudin 
adlanan, laxtalanmanı azaldan maddə vardır, ona görə də zəli ilə müalicə 
hirudoterapiya adlanır. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.39
“Çıraq” 2008 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə