Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Yataq yaralarının yaranmaması üçün ağır xəstələrin vəziyyətini neçə



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə7/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

24. Yataq yaralarının yaranmaması üçün ağır xəstələrin vəziyyətini neçə 
saatdan bir dəyişmək lazımdır?
 
A) 1,5 
B) 3
C) 2
D) 2,5
E) 1
Ağır xəstə eyni vəziyyətdə uzun müddət yatdıqda mikrosirkulyasiya pozulur, dəri, 
dərialtı və digər yumşaq toxumalarda nekroz əmələ gəlir. Bu hal baş verməsin deyə 
hər 2 saatdan bir xəstəni müxtəlif böyrü üstə çevirərək müəyyən müddət bu vəziyyətdə 
saxlamaq lazımdır. 
Ədəbiyyat: C.N. Hacıyev. R .Y. Əlyev. Xəstələrə qulluq. Səh.63 “Təhsil” Bakı 1998. 
 
25. Qara ciyər sirrozu olan xəstəyə tibb bacısı hansı yeməyi qadağan etməlidir? 
A) Kefir, qatıq 
B) Qızardılmış ət
C) Suda bişmiş ət 
D) Buxarda bişmış balıq 
E) Yulaf yarmasından bişmiş sıyıq 



Sirroz zamanı qaraciyərin bir çox funksiyaları, o cümlədən öd sintezi pozulur, ödün 
əsas funksiyası da yağları həll etmək olduğu üçün, bu baxımdan yağlı qidaların, 
qızardılmış ətin qəbulu əks-göstəriş sayılır. 
Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh. 151. 
“Çıraq” 2008. 
26. Qastroskopiya müayinəsinin aparılması üçün xəstə müayinəyə necə 
gəlməlidir? 
A) Kontrol yemək yedikdən sonra 
B) Yeməkdən 1 saat sonra 
C) Yeməkdən dərhal sonra
D) Acqarına
E) “Almagel” qəbul etdikdən sonra 
Qastroskopiya mədənin selikli qişasının qastroskop adlanan cihazla müayinə 
metodudur. Mədədə yemək olduqda və ya “Almagel” içdikdən sonra selikli qişanın 
üzəri örtüldüyünə görə dəqiq diaqnoz qoymaq mümkün olmur. Eyni zamanda dolu 
mədəyə qastroskopun zondu yeridildikdə dərhal qusma baş verir. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 28 
“Çıraq” 2008. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə