Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Şəkərli diabet zamanı qanda nə müşahidə edilir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə6/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

20. Şəkərli diabet zamanı qanda nə müşahidə edilir? 
A) Hipoqlikemiya 
B) Hiperproteinemiya 
C) Hipoproteinemiya 
D) Hiperqlikemiya
E) Hiperbilirubinemiya 
“Hiper” latınca çox, “emiya” qan deməkdir, “qlik” şəkilçisi isə şəkər sözünü 
bildirir. Şəkərli diabet zamanı insulin hormonu çatışmadığına görə qlükoza qlikogenə 
cevrilə bilmir və nəticədə qanda hiperqlikemiya olur. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilı “Tibb bacısının məlumat kitabı” .Səh. 158 “ 
Çıraq” 2008. 
 
21. Şəkərli diabet daha çox hansı ağırlaşmanı törədə bilər? 
A) Metabolik alkaloz 
B) Hiperqlikemik koma
C) Ürək çatışmazlığı 
D) Böyrək çatışmazlığı 
E) Hipertonik kriz 
Şəkərli diabet zamanı turşu-qələvi müvazinəti turşu tərəfə pozulur, ketoasidoz 
olur,keton cisimcikləri MSS-nə (mərkəzi sinir sisteminə) toksik təsir edir, nəticədə 
xəstə hiperqlikemik komaya düşür. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.159 
“Çıraq” 2008 



 
22. Hiperqlikemik koma zamanı xəstənin nəfəsində hansı iy hiss olunur? 
A) Alkoqol iyi 
B) Aseton iyi
C) Tütün iyi
D) Ammonyak iyi 
E) Lax yumurta iyi
Şəkərli diabet zamanı qanda və sidikdə çoxlu miqdarda aseton cisimcikləri əmələ 
gəlir, nəticədə xəstədə asetonuriya olur və nəfəsindən kəskin aseton qoxusu gəlir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.159 
“Cıraq” 2008. 
 
23. Dərman maddələrinin vena daxilinə yeridilməsinin əsas üstünlüyü nədən 
ibarətdir? 
A) Asan olması 
B ) Müxtəlif dərman preparatlarının yeridilə bilməsi 
C ) Qaraciyərin baryer rolunun kənarda qalması 
D ) Allegik reaksiyanın olmaması 
E ) Təxirəsalınmaz yardım zamanı effektin tez əldə edilməsi
Orqanizmə yeridilmə yollarından asılı olmayaraq bütün dərman preparatları 
toxumalara qan vasitəsilə təsir göstərir. Dərman maddəsinin venadaxilinə 
yeridilməsi birbaşa toxumalara çatdığı üçün daha tez təsir göstərir.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 182-186. “Maarif” 1974 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə