Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Stasionarda xəstənin vəziyyəti qəfildən dəyişib. Psixomotor oyanıqlıq qeyd



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə266/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   262   263   264   265   266   267   268   269   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

986. Stasionarda xəstənin vəziyyəti qəfildən dəyişib. Psixomotor oyanıqlıq qeyd 
olunur. Ünsiyyətə daxil olmur, ətrafdakılara və özünə zərər yetirir. Tibb bacısı 
nə etməlidir
?
A) Təmiz havaya çıxarmalı 
B) Xəstənin vəziyyətindəki dəyişiklik barədə həkimə xəbər verməli
C) Xəstəni qaranlıq otağa qapatmalı 
D) Təyin olunan dərmanların dozasını artırmalı 
E) Təkidlə ünsiyyətə daxil olmağa çalışmalı 
Psixomotor oyanıqlıq - bir çox psixi xəstəliklər çərçivəsində inkişaf edərək 
təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan kəskin cərəyan edən xəstəlikdir. Bu 
həyəcanlı reaksiya zamanı onlar özləri və ətrafdakı şəxslər üçün təhlükəli ola bilər. 
Əlavə müalicə tədbirlərinin görülməsi üçün tibb bacısı xəstənin vəziyyətindəki 
dəyişiklik barədə həkimə xəbər verməlidir 
Ədəbiyyat:N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. 
Səh.453 
987. Afaziya nədir?
A) Yuxu pozuntusu 
B) Yaddaş pozuntusu 
C) Diqqət pozuntusu 
D) Nitq pozuntusu
E) Düşüncə pozuntusu 
Beyin qabığı ilə əlaqədar nitq pozuntusu afaziya adlanır.
Ədəbiyyat:R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 103 
988.İsterik tutma zamanı tibb işçisinin taktikası necə olmalıdır?
A) Başa buz qoymalı 
B) Xəstəni yumşaq bir yerə uzatmalı, kənar şəxsləri uzaqlaşdırmalı
C) Başa hündür vəziyyət verməli 
D) Oksigen verməli 
E) Xəstəyə yarıoturaq vəziyyət verməli 
İsteriya psixikanın, hissiyyat və hərəki sferanın psixi travma nəticəsində baş verən 
keçici pozuntusudur. İsterik tutma xəstənin arzu və istəyini əks etdirən məzmunda 
olur, nümayiş xarakteri daşıyır. Tutma zamanı yıxıldıqda heç bir zədə almır. İsterik 


277 
tutma zamanı xəstəni yumşaq bir yerə uzatmalı, kənar şəxsləri uzaqlaşdırmaq 
lazımdır.
Ədəbiyyat:N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. 
Səh.458 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə