|
Tibb bacısı Pediatriya Üzrə Test Tapşiriqlar 1 Skarlatina zamanı İlk əsas klinik əlamət hansıdır?) Talassemiya xəstəliyi zamanı qanda hansı dəyişiklik baş verir?
|
səhifə | 8/137 | tarix | 22.03.2024 | ölçüsü | 1,45 Mb. | | #183534 |
| Tibb bacısı2021-160) Talassemiya xəstəliyi zamanı qanda hansı dəyişiklik baş verir?
A) Hiperqlikemiya
B) Hiperazotemiya
C) Hemoqlobin sintezinin pozulması-hemoqlobinopatiyalar +
D) Laxtalanmanın pozulması
E) Hiperbilirubinemiya
61) Talassemiya xəstəliyi zamanı qanda hansı elementin miqdarı artır?
A) Xlor
B) Natrium
C) Kalium
D) Dəmir +
E) Kalsium
62) Talassemiya hansı xəstəliklər qrupuna aiddir?
A) Endokrin xəstəliklər
B) Allergik xəstəliklər
C) Onkoloji xəstəliklər
D) Genetik xəstəliklər +
E) İnfeksion xəstəliklər
63) Aşağıdakılardan hansı Talassemiya xəstəliyinin əlaməti deyil?
A) Dalaq və qaraciyərin böyüməsi
B) Üst çənənin ölçülərinin böyüməsi
C) Monqoloid göz yarığı
D) Əlin ovuc səthində köndələn xəttin olması +
E) Kvadrat formalı kəllə
64) Dölün ölüdoğulma hallarında aşağıdakılardan hansı ola bilər?
A) Göbək ciyəsinin pulsasiyası +
B) Tənəffüsün olması
C) Ürək döyüntülərinin olması
D) Əzələ tonusunun olması
E) Dərinin çəhrayı rəngi
65) PkV vaksini uşağı hansı xəstəlikdən qoruyur?
A) Suçiçəyi
B) Skarlatina
C) Pnevmoniya +
D) Vərəm
E) Poliomielit
66) Fizioloji olaraq yenidoğulmuşa xarakterk deyil?
A) Ürək döyüntülərinin dəqiqədə 140 olması
B) Çəhrayı dəri örtüyü
C) Əzələ hipotoniyası +
D) Əzələ hipertoniyası
E) Əmmə-udma refleksinin olması
67) Hansı çəkidə doğulmuş yenidoğulmuş uşağa peyvənd etmək olmaz?
A) Çəkisi 1800q-dan aşağı olan +
B) Çəkisi 3000q-dan aşağı
C) Çəkisi 2500q-dan aşağı
D) Çəkisi 2000q-dan aşağı
E) Çəkisi 2700q-dan aşağı
68) Yenidoğulmuş uşaqlarda fototerapiya hansı məqsədlə aparılır?
A) Qanda bilirubinin səviyyəsinin aşağı salınması +
B) Bədən temperaturunun tənzimlənməsi
C) Qanda hemoqlobinin səviyyəsinə nəzarət
D) Çəki itkisinin qarşısının alınması
E) Qanda şəkərin səviyyəsinin tənzimlənməsi
Dostları ilə paylaş: |
|
|