Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə15/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   11   12   13   14   15   16   17   18   ...   143

Xəyal cığırı – I cı̇ld

71

Həmçinin,  Tofiq  Hüseynzadə  2003-cü  ildən  Milli  Elmlər 



Akademiyasinin Folklor İnstitutunun dissertanti olaraq, həmin 

dövrə  qədər  ümumiyyətlə  tədqiq  olunmamiş,  ədəbiyyatşünas-

liğimiz üçün çox ciddi problematik mövzunun ağir yükünü öz 

çiyinlərinə götürərək, «Aşiq deyişmələrinin poetikasi» mövzu-

sunda dissertasiya işini yazmağa başlamişdir. Tofiq Hüseynzadə 

kimi ciddi üslubu, zəngin təcrübəsi olan bir ziyalimizin bu prob-

lemə  maraq  göstərməsi  təsadüfi  deyildi.  Yaxindan  tanidiğim 

üçün  belə  düşünürdüm.  Folklorşünas  alimimiz,  mərhum  pro-

fessor Mürsəl Həkimovla aşiq yaradiciliği, deyişmələr ətrafinda 

aparilan fikir mübadilələri, təhlillər, ustad sənətkarlarin yaradi-

ciliğindan gətirilən nümunələr bu problemin bir daha işlənmə 

gərəkliyini ortaya qoyurdu. Çoxlu söhbətlərdən sonra mərhum 

professorumuzun məsləhəti ilə aşiq deyişmələrinin dissertasiya 

səviyyəsində işlənməsi qərarlaşdirildi. Azərbaycan Milli Elmlər 

Akademiyasinin Folklor İnstitutu bu problem mövzunu folklor-

şünas tədqiqatçi Tofiq Hüseynzadənin adina təsdiqlədi. Daxilən 

alqişladim  və  gərəkli  problemin  işlənməsi  ilə  bağli  sevindim. 

Yadimdadir,  mənbələrdə,  ayri-ayri  kitablarda  verilən  fikir  və 

mülahizələri Tofiq müəllim nə qədər böyük sevgi və maraqla iz-

ləyirdi. Hətta tez-tez zəngləşib görüşlərimiz, diskussiyalarimiz 

da olurdu. Onun elmimizə, xalq ədəbiyyatimiza bələdliyinə, bir 

ziyali kimi vətəndaşliq mövqeyinə həmişə rəğbətlə yanaşmiş və 

sevinmişdim. Böyük sufi şairi və mütəfəkkiri Mövlanə Cəlaləd-

din Ruminin bir sözünü xatirlatmaq yerinə düşər: «Unutmamaq 

lazimdir  ki,  kim  özünü  necə  göstərirsə  göstərsin,  onun  könül 

kuzəsində nə varsa, çölünə də töküləcək odur. Elə xas qullar var-

dir ki, təvazökarliq içində gizlənib xaricdən boş bir kuzə zənn 

edilsə də, könüllərindəki damlalarin içərisində dibsiz və sahil-

siz ümman olmuşlar. Allah onlari yanib, susamiş olan aşiqlərə 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

72

bir Kövsər suyu kimi ikram etmişdir». Tofiq Hüseynzadə xalq 



ruhunun, milli-mənəvi yaddaşin ifadəsi və daşinişi anlaminda 

əvəzsiz idi. Elə, ruhunda, varliğinda da bunlari daşiyirdi. Tofiq 

Hüseynzadə həmin mövzunu 2 il ərzində müvəffəqiyyətlə araş-

diraraq, 2005-ci ildə başa çatdirmişdi. Lakin ömrünün zirvəsin-

də, 60 yaşinda – 13.11.2006-ci ildə vaxtsiz vəfati onu həmin dis-

sertasiya işinin müdafiəsini başa çatdirmağa, habelə zəngin elmi 

yaradiciliğini davam etdirməyə imkan vermədi. Tofiq Hüseyn-

zadənin vaxtsiz vəfatindan sonra, mənim təşəbbüsüm ilə mər-

humun «Aşiq deyişmələrinin poetikasi» mövzusunda disserta-

siya işi «Gənclik» nəşriyyati tərəfindən 22.09.2017-ci il tarixdə 

monoqrafiya qismində nəşr olunmuş, elm ictimaiyyətinə təqdim 

olunmuş, «Xalq qəzeti»nin 15.10.2017-ci il tarixli 226-ci sayin-

da bu barədə məqalə verilmiş, «Azərbaycan dövlət radio su»nun 

«Xeyirə qənşər» verilişinin 20.02.2018 və 27.02.2018-ci il ta-

rixli buraxilişlari da həmin kitaba həsr olunmuşdur. Həmin əsər 

aşiq  deyişmələrinin tarixi təşəkkülünü, mətn  sistemini,  poetik 

mahiyyətini bütün tərəfləri ilə tədqiq edərək, Azərbaycan ədə-

biyyatşünasliği tarixində həmin mövzuda ilk və mükəmməl el-

mi-tədqiqat əsəri olmaqla, geniş ictimaiyyət, xüsusilə bu sahədə 

elmi-tədqiqat  işləri  aparan  elmi  işçilər,  filologiya,  folklorşü-

nasliq və aşiq sənəti sahəsində çalişan müəllimlər, magistrant, 

aspirant, doktorant və tələbələr (bakalavrlar) üçün dəyərli elmi 

vəsaitdir. Həmin əsər Respublikamizda olan bütün əsas kitabxa-

nalarda,  həmçinin  «İnternet»  saytinda  («anl.az»  (kitab-2017) 

saytinda  «Tofiq Huseynzade---Asiq deyişmelerinin poetikasi.

indd» başliği ilə) oxucularin istifadəsindədir. 

Tofiq  müəllimin  ayri-ayri  vaxtlarda  mətbuat  səhifələrində 

nəşr olunan şeirləri və məqalələrini oxumuşdum. Sistemli şəkildə 

izlədiyim ziyalilarimizdan idi. Xüsusilə, onun  folklorşünasliğa, 



Xəyal cığırı – I cı̇ld

73

xalq  ədəbiyyatinin  ayri-ayri  problemlərinə  həsr  olunmuş  təh-



lil  yazilari  böyük  əhəmiyyət  daşiyirdi.  Tofiq  Hüseynzadənin 

XV-XVI əsrlərdə yaşamiş ulu babasi –  Səfəvilərin dövlət xadi-

mi və böyük övliyasi, Səfəvi hökmdari I Şah İsmayil Xətainin 

yaxin silahdaşi olmuş, Səfəvilərin apardiği müharibələrdə güc-

lü sərkərdə kimi ad çixarmiş, böyük sufi şairi, diplomat, Səfə-

vilərin vahid ideologiyasina çevrilmiş böyük sufi cərəyani olan 

«Səfəviyyə» təriqətinin mürşidi və mütəfəkkiri, böyük övliya, 

Pir, «Ocaq sahibi» (Miskin Ocaği) kimi məşhurlaşmiş, həmçi-

nin, aşiq (musiqi) sənətinə, təsəvvüfün məqam və hallarini sim-

volizə edən çoxsayli Haqq aşiqi musiqi bəstələrinin – sonraki adi 

ilə aşiq havalarinin («Baş divani», «Osmanli divanisi» («Ayaq 

divani»)  və  sair)  yaradicisi  kimi  daxil  olaraq,  həmin  dövrün 

Azərbaycan (Səfəvilər) mühitində ozan sənətindən Haqq aşiqli-

yi – aşiq sənətinə keçidin əsasini qoyaraq, aşiq sənətinin banisi 

kimi tarixə düşən Miskin Abdalla əlaqədar apardiği təqdirəlayiq 

tədqiqatlar folklorşünasliğimiz üçün daha çox önəm daşiyirdi. 

Demək olar ki, onun bütün araşdirmalarinin, düşüncəsinin mü-

hüm bir hissəsini XV-XVI əsr Azərbaycan ədəbi-mədəni fikri-

nin əvəzsiz istedadlarindan biri sayilan Miskin Abdalin həyati 

və yaradiciliği ilə bağli olanlar təşkil edirdi. «Miskin Abdalin 

qisa tərcümeyi-hali», «Səfəvilərin böyük övliyasi – Miskin Ab-

dal», «Miskin Abdalin sənət dünyasi», «Miskin Abdal və onunla 

bağli həqiqətlər», «Seyyid Miskin Abdal mənəm, söz mənim, 

meydan mənim» və sair çoxsayli məqalələrini oxumuşdum. XVI 

əsrin böyük tarixi şəxsiyyətlərindən, dövlət xadimlərindən olan 

Miskin Abdalla bağli elmi-nəzəri fikrimizdə bir informasiya ka-

sadliği həmişə özünü göstərmişdi. Miskin Abdalin dövlətçilik, 

diplomatik, fəlsəfi, təsəvvüf-təriqətçilik, ədəbi yaradiciliq, hər-

bi-sərkərdəlik və sair çoxşaxəli fəaliyyətləri içərisində, sadəcə 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə