Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə23/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   19   20   21   22   23   24   25   26   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

106


– deyərək, həm şimalda – SSRİ-nin tərkibində olan Şimali 

Azərbaycanin, həm də İranin tərkibində olan Cənubi Azərbay-

canin azadliğinin xalqin mübarizəsi ilə əldə ediləcəyini bəyan 

etmişdir.

 Yaxud, 15.09.1978-ci il tarixdə yazdiği, Bakinin ingilislər-

dən və daşnak-sovetlərdən 1918-ci ilin sentyabrin 15-də azad 

edilməsinin 60 illiyinə həsr etdiyi «Bizim Ordu» adli şeirində:

 

«...Hanı «sovet», «daşnak» hanı?



Axdı nahaq insan qanı.

Daşnaklardan dağılanı

Ağ günlərə tikdi, qurdu

Bizim Ordu!..» 

– deyərək ürəyinin dərin qatlarinda yaşatdiği milli istiqlalçi-

liq məfkurəsini bir vulkan kimi püskürtmüşdür. 

Elə şairlər var ki, şeirə məxsus formal ölçüləri – janr, qa-

fiyə və sair parametrləri baximindan, ayri-ayriliqda gözəl şeir 

nümünələri yaratsalar da,  onun iki və ya bir neçə şeirini tədqiq 

etdikdə,  eyni  şəxs  tərəfindən  yazilmiş  həmin  şeirlərin,  sanki 

tamamilə fərqli şəxslər tərəfindən, qeyri-səlis, pərakəndə fikir 

və təxəyyüllərin təsiri altinda yazilmasi qənaətinə gəlinir, yəni 

həmin şeirlər vahid ideya məzmunundan, süjet xəttindən məh-

rum qalir. Bu da həmin şəxsin sadəcə, şeir xatirinə şeir yazdiğini 

göstərir. Tofiq Hüseynzadənin şeirlərini oxuduqda isə, onlarin 

müxtəlif tarixi şərait və ya şəxsi tale və hadisələrin təsiri altinda 

yazilmasindan asili olmayaraq, eyni fəlsəfi, əxlaqi, ədəbi-bədii 

süjet xəttini gözləməklə, məhz vahid ilham mənbəyindən qay-

naqlandiğini,  yazildiğini,  hamisinin  bütövlükdə,  vahid  tamin 

hissələri  olduğunu,  bütöv  nəsnə  yaratdiğini,  birmənali  olaraq 

qəbul etməli olursan. 




Xəyal cığırı – I cı̇ld

107


Tofiq Hüseynzadə ailəlikcə 1964-1972-ci illərdə Qazax ra-

yonunun Barxudarli kəndində yaşamişdir. Həmin dövrdə, 1965-

1971-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil 

almişdir. 1972-ci ildən yenidən ailəlikcə Vətəni – Qərbi Azər-

baycanin (Ermənistanin)  Basarkeçər (Vardenis) rayonunun Sa-

riyaqub kəndinə köçmüşlər. İlk şeirlərini də 20 yaşinda – 1966-

ci ilin aprel ayinda məhz Qazax rayonunda yaşadiği və tələbə 

olduğu vaxtda qələmə almişdir.   



 Tofiq Hüseynzadə 1968-ci ilin iyul ayinda yazdiği «Mənim 

ünvanim» adli şeirində də bunu qeyd edir:



«O, Vurğun nəfəsli Qazaxda ki, mən,

Almışam əlimə ilk dəfə qələm».

Onun bütün şeirlərində Vətəni – Böyük Azərbaycanin hər 

qarişi, tarixlərdən soraq verən hər kəndi, şəhəri, eli, obasi, ma-

hali, bölgəsi ən dərin məhəbbətlə vəsf olunur, el-obasina, mən-

sub olduğu Azərbaycan xalqina sonsuz sevgisi ən ülvi hisslərlə 

tərənnüm olunur. Şair, 1967-ci ilin iyun ayinda qələmə aldiği 

«Qazaxdadir»  adli  şeirində  Qazağin  yetirdiyi  böyük  mütəfək-

kirləri belə vəsf edir: 



«Əyləşsəm də yorğun kimi

Dinir qəlbim oğrun kimi, 

Vaqif kimi, Vurğun kimi 

Çox sənətkar Qazaxdadır».

Müəllif bir müddət Sumqayit şəhərində də yaşamiş və 16 

sayli orta məktəbdə oxumuşdur. Onun «Vurğunam sənə» adli 

şeiri də (1967 oktyabr) ilk nəşr şeiri kimi, Sumqayit şəhərinə 




Tofiq Məhəmməd oğlu Hüseynzadə

108


həsr  olunub,  «Sosialist  Sumqayiti»  qəzetinin  29.10.1967-ci  il 

tarixli sayinda dərc olunmuşdur:

 

«Sən, ey nur şəhərim, gənclik şəhərim,

Mənim zəhmət yurdum, dinclik şəhərim.

...Onunçün bu qədər vurğunam sənə, –

Böyük gələcəyə yüksəlişimsən…».

«Bağliyam» adli şeirində (1967 dekabr) Azərbaycan adla-

nan böyük Vətəninə, elinə-obasina qirilmaz tellərlə bağli oldu-

ğunu bəyan edir:



«Göylərə sığmayan şöhrətim, şanım,

Olmuş əzəl gündən Azərbaycanım.

Getmərəm bu yerdən; üzülər canım,

Ayrıla bilmərəm, elə bağlıyam».

«Könül vermişəm» adli şeirində (24.10.1968) onun Vətən 

sevgisi ən yüksək ucaliqlari fəth edir, bütün dəyərlərin fövqündə 

müqəddəs Ana məfhumu ilə birgə dayanir:



«Ana – bir anadır, Vətən – bir ana,

Kim açıq gözünü qapamış buna?..

Əli qələm tutub, Vətən yurduna

Dastanlar yazana könül vermişəm».

«Mahalim  mənim»  adli  şeirində  (28.10.1968)  Vətənə  bir 

oğul tək arxa olduğunu, hər yerdə Vətəninin namini qoruduğu-

nu, həqiqətə qul olduğunu, ucuz şöhrətə nifrət bəslədiyini, fani 

dünyada ən böyük cah-cəlalinin isə «can»i – ruhu olduğunu çox 

gözəl tərənnüm etmişdir:




Xəyal cığırı – I cı̇ld

109


«Vətənə arxayam, həm də ki, oğul,

Həqiqət sözünə yaranmışam qul,

Qananlar eylədi sözümü qəbul,

Qanmaza xoş gəlməz mənim sualım.

Parlayıb Günəş tək, yandısa şöhrət,

Əzəldən şöhrətə etmişəm nifrət.

Bu gün yaşayırıq, sabah yox, fəqət ...

Canımdır ən böyük cahım, cəlalım.

Satmadım yadlara elin namını,

Çürüdüb, yerlərdə qoydum canımı.

Qəmliyəm, sorsanız ilk məkanımı, 

Ələsgər eşqili Göyçə mahalım!».

«Vətən  eşqi»  adli  şeirində  (

24.12.1968

)  o,  «harada  günü 

xoş keçirsə, orani Vətən sayanlari» kəskin dillə qinayir, Vətənin 

daşidiği böyük və ali mənəvi mənalari açiqlayir: 



«...Görəsən, nə üçün nadanlar deyir:

«Harda gün xoş keçsə, ora vətəndir?»  

...Vətən! Nə böyükdür onun mənası,

Ordan kainata, ordan həyata

Açılmış ömrümün qoşa aynası,

Boy atdım vətəndən mən tuta-tuta.

...Ey vətən, ey vətən! Qurbanam sənə,

Nə qədər müqəddəs yaranmısan sən».

Eyni adli («Vətən eşqi») başqa bir şeirində (1968 mart) isə 

yazir:



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə