Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə21/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   17   18   19   20   21   22   23   24   ...   143

Xəyal cığırı – I cı̇ld

97

aid əsas əsərləri, habelə, dini-ilahi kitablarin hamisini – Bibliya-



ni (Tövrati, Zəburu, İncili və sair) və Qurani, çoxsayli dini ədə-

biyyatlari,  fəlsəfi  əsərləri  mütamadi  olaraq  mütaliə  etdiyinin, 

dünyanin ən görkəmli filosoflarinin, dünyaca taninmiş yaradici 

şair və nasirlərinin dünya ədəbiyyatinin inciləri sayilan nəzm və 

nəsr əsərlərini, Azərbaycan və dünya ədəbiyyatini, tarixini, coğ-

rafiyasini, psixologiya, sosiologiya və sair elmlərə aid sanballi 

əsərləri, demək olar ki, bütün humanitar və texniki elmləri zəruri 

və dərin səviyyədə yaxşi mənimsədiyinin şahidi olursan. Onun 

fərdi kitabxanasinda öz dövrünün ən dəyərli əsərləri – kitablari 

olmuş, o, babalarindan genetik olaraq ötürülən fitri, irsi daxili 

dünyasini öz zəhməti, istedadi ilə də daha da kamilləşdirmişdir. 

Məhz bunun nəticəsidir ki, onun şeirlərində hər cür xirda hiss və 

duyğulardan, yarimçiq, qərəzli prinsiplərdən, dağidici, bölücü 

niyyət və məramlardan çox uzaq, ümumbəşəri dəyərlər sistemi 

bütöv insani, fövqəl-insani əxlaq kodeksi təşəkkül tapmişdir. 

Tofiq Hüseynzadə şeirlərində, dəfələrlə, Göyçədən və Mis-

kin Abdalin nəslindən olduğunu böyük fəxarətlə qeyd edərək, 

şeriyyət ilhamini, əsasən, aşiq ədəbiyyatinin zirvəsi sayilan, ulu 

babasi Miskin Abdalin ruhani varislərindən olan Göyçəli Aşiq 

Ələsgərin  yaradiciliğindan  aldiğini  göstərir.  Onun Aşiq  Ələs-

gərə həsr etdiyi bir neçə böyük həcmli şeirləri də bunu sübüt 

etməkdədir. 

Tofiq  Hüseynzadə  13.11.1993-cü  il  tarixdə  yazdiği  «İn-

cimə» adli şeirində yazir:



«Mən Tofiqəm, Miskin Abdal nəsliyəm,

Həqiqətin, ədalətin əsliyəm,

Nəğməkaram, ulu Göyçə səsliyəm,

Şübhə etməz buna heç kəs, incimə».


Tofiq Məhəmməd oğlu Hüseynzadə

98

Şair, «Mən səndən ilham aldim» adli şeirində (20.12.1968), 



şeriyyət ilhamini həmyerlisi, Göyçəli Aşiq Ələsgərdən aldiğini, 

birmənali olaraq təsdiq edir:



«Əlimə aldım qələm, 

Hər xəyalım bir aləm.

Yüyürüb, yıxılanda,

Yıxılanda, qalxanda, 

Ey Aşıq Ələsgərim, 

Mən səndən ilham aldım».

1967-ci ilin iyul ayinda qələmə aldiği, Aşiq Ələsgərə həsr et-

diyi «Sənət ustasina» adli şeirində A.Ələsgərə müraciətlə deyir:

«Ey, mənim qəlbimin sirli dastanı,

Şairlik eşqinin böyük sultanı.

Doğuldun, zamanda yaratdın nələr,

Dil açdı önündə lal qərinələr.

Qələmsiz söz açdın neçə əsrdən,

Sən nələr demədin eşqi-hünərdən...»

«Yaxşidi» adli şeirində (16.07.1968) Ələsgərin bir misrasi-

nin çox əsərdən dəyərli olduğunu bildirir:

«Yazıq Qəmli dilə gəldi, alışdı,

Həqiqəti söyləməyə çalışdı.

Şair, küsmə! Ələsgərin, nə işdi,

Bir misrası çox əsərdən yaxşıdı?..»

 



Xəyal cığırı – I cı̇ld

99

Tofiq Hüseynzadə «Sənət ustasina» adli şeirində (1967-ci il 



iyul) Aşiq Ələsgərin daim çağlayan şeriyyət ruhunun onun fiziki 

yoxluğundan sonra da əbədi var olaraq, özündə təcəlla etdiyini, 

«özünün ömrünə calandiğini», onun mənəvi, şeriyyət dünyasi-

nin layiqli davamçisi, xələfi olduğunu, onun tarixi missiyasini 

davam etdirəcəyini bildirir:

«Qələm nitqə gəldi: «Gör neçə dastan, 

Qələmsiz yaratdı o, böyük insan,

Ölmədi, yaşayır. O, ölən zaman,

Qəmlinin ömrünə calandı, getdi».

                                                   

 «Məndədir» adli şeirində (14.09.1969) də qəlbində doğma 

yurdunun sönməz od-alovunu, Aşiq Ələsgərin sözünü yaşatma-

sini bəyan edir:  



«Vətənim, Vətənim – Azərbaycanın 

Sönməz, od-alovlu közü məndədir.

...Eşitsin dünyada hər qardaş elim,

Aşıq Ələsgərin sözü məndədir.

...Yazıram, sətirlər düzülür çin-çin,

Hər sadə kəlməmdən bir məna seçin,

Yaxşı bilirsiniz niyə, nə üçün,

Neçə sənətkarın gözü məndədir!?.»

T.Hüseynzadə, «Hardasan?» adli şeirində (27.04.1971) də 

«hər adi misrasinin da Aşiq Ələsgərin eşqi ilə qanadlanacağini» 

vurğulayir: 




Tofiq Məhəmməd oğlu Hüseynzadə

100


«Mənim əməllərim, mənim varlığım, 

Gələcək, ən böyük bəxtiyarlığım, 

Hər adi misram da, ancaq və ancaq 

Sənin eşqin ilə qanadlanacaq!».

 

1968-ci ilin iyul ayinda yazdiği «Mənim ünvanim» adli şei-



rində şair bunu açiq qeyd edir:

«Mənim ünvanımı soruşan dostlar,

Eşidin, nə böyük hekayətim var.

Mənim ilk nəfəsim, mənim ilk səsim,

Uşaqlıq illərim, gənclik həvəsim, 

Aşıq Ələsgərin ömrü, iqbalı,

Göyçə mahalıdır – Göyçə mahalı». 

T.Hüseynzadə 1968-ci ilin fevralinda qələmə aldiği «Dura 

bilmərəm» adli şerində şeriyyətə bağliliğini belə tərənnüm edir:

«Qoymaram həsrətdə şeri, sənəti,

Vermişəm mən ona ilk məhəbbəti.

Dostlar! Qınamayın, deyirəm qəti,

Şeirsiz bircə an dura bilmərəm».

 «Məcnunam» adli şeirində (07.07.1970) də şeiri Leyliyə, 

özünü Məcnuna bənzədərək, bu müqayisədə şeriyyətə olan öl-

məz və sonsuz sevgisindən söz açir:



«Mən ki Məcnunuyam dövrün, zamanın,

Sənətin yolları biyabanımdır.

Var olsun şeriyyət Azərbaycanım,

Leyli tək sevgilim ilk dastanımdır».


Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə