Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə19/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   15   16   17   18   19   20   21   22   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

84

Böyü, sülhə dayaq ol,



Sərhədlərdə oyaq ol.

Mehdi kimi layiq ol

Min-min alqışa, oğlum.

Dünya, əzizdir bu ad,

Düşünmə, demə heyhat.

Yaşadığın bu həyat 

Deyil tamaşa, oğlum.

Ad almaq deyil asan,

Ölümdən qorxmaz insan.

Çəkilsin zaman-zaman

Adınız qoşa, oğlum!».

Tofiq  Hüseynzadənin  sevimli  oğlu  Mehdi  Hüseynzadə  də  

atasinin arzularini yerinə yetirərək, ikiqat məsuliyyəti – Azər-

baycan xalqinin qəhrəman oğlu «Mixaylo»nun adini, həmçinin  

ulu babasi Miskin Abdaldan, babalarindan və atasindan ötürülən 

genetik varisliyi ləyaqətlə daşimaği, yaşatmaği, bu adi yüksək-

lərdə saxlamaği bacardi.                



Xəyal cığırı – I cı̇ld

85

Tofiq Hüseynzadənin şeir (nəzm) yaradıcılığı

Tofiq  Hüseynzadənin  zəngin  ədəbi  irsinin  –  çoxsayli  şe-

irlərinin    toplanilib,  nəşr  olunmasi  istiqamətində  oğlu  Mehdi 

Hüseyn zadənin  zəhməti  çox  təqdirəlayiqdir.  O,  2017-ci  ilin 

sentyabr ayinda atasinin «Aşiq deyişmələrinin poetikasi» möv-

zusunda dissertasiya işi monoqrafiya qismində nəşr olunduqdan 

sonra, atasinin hələ gənclik illərindən qələmə aldiği, gənc yaş-

larinda  və  sonradan  qəzetlərdə,  jurnallarda  və  kitablarda  nəşr 

olunmuş,  həmçinin  nəşr  olunmasa  da,  müəllifin  əlyazmalari 

şəklində ayri-ayri dəftərlərində saxlanilan şeirlərini toplayib, bir 

araya gətirərək, onlarin bir kitab şəklində nəşr olunmasi məqsə-

dilə ədəbiyyatşünas kimi oxuyub, rəyimi bildirməyim üçün on-

lari mənə təqdim etdi.

 Mən bu müddət ərzində Tofiq Hüseynzadənin bütün şeirlə-

rini diqqətlə və böyük həvəslə oxudum. Açiğini deyim ki, çox 

zəngin, böyük və əsrarəngiz bir şeriyyət dünyasina qapilmişdim. 

Onun şeirlərinin hər biri Azərbaycan ədəbi dilinin bütün incəlik-

lərini, ülviyyətini özündə xüsusi məharətlə əks etdirməklə yana-

şi, ən əsasi, bədii, fəlsəfi ideya məzmunu ilə çox fərqli, seçilən 

nəzm  nümunələri  kimi  dəyərlidir.  Şeirlərinin  yüksək  ümum-

bəşəri ideallara – mənəvi, ədəbi, əxlaqi, həmçinin vətənpərvər-

lik, milli, dini dəyərlərə tabe olmaqla vahid süjet xətti təşkil et-

məsi – vahid ideya məzmununa malik olmasi hər bir ədibə, şairə 

xas olan xüsusiyyət deyildir.

Heç şübhəsiz, Göyçə mahali ta qədimdən şifahi xalq ədəbiy-

yatinin beşiyi kimi bu sahədə öncül yerini qoruyub,  saxlamişdir. 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

86

Göyçə bəşəriyyətin ən qədim yaşayiş məskənlərindən biri ola-



raq sivilizasiyalarin qovuşduğu, boy göstərib artdiği, dünyaya 

səpələndiyi məkandir. Tövrat (Bibliya), habelə digər tarixi səl-

namələrə və faktlara əsasən, Nuh zamaninda baş vermiş Böyük 

Daşqindan sonra Nuhun gəmisi Göyçənin ətrafinda Ağri daği-

nin zirvəsinə toxunub dayanmiş, bəşəriyyətin yeni sivilizasiyasi 

məhz bu torpaqlardan dünyaya yayilmişdir. Deməli, bəşəriyyə-

tin yeni beşiyi məhz Göyçə və ətraf əraziləri olmuşdur. Nuhun 

oğullari, nəvə-nəticələrindən törəyən dünyanin indiki xalqlari-

nin  ululari  da  bu  torpaqlarda  artib-çoxalmiş,  tədricən  sonraki 

dövrlərdə ətrafa səpələnmişlər. Təsadüfi deyildir ki, norveçlilə-

rin, qədim vikinqlərin və başqa xalqlarin məhz Azərbaycan əra-

zilərindən həmin ölkələrə yayilmasina dair təkzibedilməz tarixi 

faktlar həmin xalqlarin öz tarixçi alimlərinin, o cümlədən dün-

yaca məşhur norveçli səyyah, dünya şöhrətli alim Tur Heyerda-

lin tədqiqat əsərləri ilə də təsdiq olunmuşdur.  

Dərin  qatlarinda  Göyçə  və  onun  müqəddəs  torpaği  özün-

də tarixin çox sirrlərini yaşatmaqdadir. «Kitabi Dədə Qorqud» 

dastanlarinda  Göyçə  Türk  boylarinin  qədim  yurd  yeri  kimi 

vəsf olunur. Göyçə Nuhun oğlu Yafəsin və onun oğlu Türkün 

Ata yurdu, Oğuz Xanin vətəni olmaqla özündə Türkün və bü-

tün bəşərin mənəviyyatini, əxlaqini, saz-söz sənətinin ən dərin 

sirrlərini yaşatmişdir. Göyçə məşhur ozanlar: Ozan Cəlil, Ozan 

Heydər, Ozan İbrahim, ozanliqdan aşiqliğa keçidin ən görkəmli 

nümayəndəsi, Tofiq Hüseynzadənin ulu babasi Miskin Abdal, 

həmçinin məşhur aşiqlar: Ağ Aşiq, Aşiq Ali, Aşiq Ələsgər kimi 

onlarla digər ustad sənətkarlarin vətənidir. Göyçə Türk mədə-

niyyətinin beşiyi – Ocaği kimi Azərbaycana, Türk dünyasina və 

bütün dünya mədəniyyətinə dəyərli töhfələr vermişdir. 




Xəyal cığırı – I cı̇ld

87

Miskin Abdal  nəslinin,  şəcərəsinin  taninmiş  nümayəndəsi 



Tofiq Hüseynzadə də bu böyük Ocağin nümayəndəsi kimi ulu 

babalari kimi sözlə, sənətlə yaşamişdir. O, irsi olaraq ulu babasi 

Miskin Abdaldan ötürülən övliyaliq, sufilik, pirlik, şairlik infor-

masiyasinin daşiyicisi, həm də yaşadiği Göyçə ədəbi mühitinin 

zəngin ruhi aləminin fəal nümayəndəsi kimi bu böyük ədəbiyyat 

ənənəsini davam etdirməyə «borclu» idi. 

Tofiq  Hüseynzadənin  şeir  yaradiciliğina  dair  qalaq-qalaq 

dəftərləri  və  materiallari  təhlil  etdikcə,  qarşimda  bir-birindən 

maraqli yeni-yeni səhifələr açilirdi. Onun gənc yaşlarinda mət-

buatda işiq üzü görmüş şeirləri ilə taniş oluram. Tofiq Hüsey-

nzadə  hələ  gənc  yaşlarindan,  tələbə  olduğu  vaxtlarda  –  Baki 

şəhərində yaşadiği illərdə qələmə aldiği şeirlərinin nəşr olunma-

si və gələcək yaradiciliq istiqamətlərinin müzakirə edilməsi ilə 

bağli Azərbaycanin xalq şairi Rəsul Rza ilə dəfələrlə görüşüb, 

fikir mübadiləsi aparmişdir. «Ədəbiyyat və İncəsənət» qəzeti-

nin 15.02.1969-cu il tarixli sayinda «Gənc yaziçilarin Ümumit-

tifaq müşavirəsi ərəfəsində» bölməsində xalq şairi Rəsul Rza, 

məqaləsində  digər  gənc  şairlərlə  yanaşi Tofiq  Hüseynzadənin 

«Mən insanam» adli şeirini də çoxsayli şairlərin şeirləri içərisin-

dən bəyənib, seçərək onu lirik şeir kimi yüksək qiymətləndirmiş, 

rəy vermiş və həmin bölmədə adi çəkilən şeir dərc olunmuşdur. 

Tofiq Hüseynzadənin, ədəbi fəaliyyəti çərçivəsində həmin 

dövrün şairlərindən, xüsusilə, eyni ruhlu vətənpərvər şair Xə-

lil Rza ilə çox yaxin, dostluq münasibətləri yaranmiş, dəfələrlə 

Xəlil Rzanin yaşadiği mənzildə də şeir məclisləri təşkil etmiş-

lər. Xəlil Rzanin Tofiq Hüseynzadəyə bağişladiği kitablari onun 

şəxsi kitabxanasinda indi də saxlanilir. O, Tofiq Hüseynzadəyə 

özünün və başqa şair və yaziçilarin bir neçə kitabini, o cümlə-

dən 1971-ci ildə Bakida nəşr olunmuş «Yeni zirvələrə»,  1967-ci 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə