Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə18/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   14   15   16   17   18   19   20   21   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

80

obyektiv  elmi-tədqiqat əsəridir – desəm, yanilmaram. O, Miskin 



və Abdal anlayişlarinin tarixin müxtəlif mərhələlərində, fərqli 

aspektlərdə daşidiqlari bütün məna çalarlari ilə bağli ən xirda 

incəlikləri də tədqiq etmiş və hər iki anlayişin Sufizm nəzəriy-

yəsində, Təsəvvüfün anlayişlar (Sufizm mərhələləri, dərəcələ-

ri,  səviyyələri,  məqam  və  hallari)  iyerarxiyasinda  ən  yüksək 

mövqedə dayandiqlarini elmi dəlillərlə sübuta yetirmişdir. 

Mən  Mehdi  Hüseynzadə  ilə  atasi  Tofiq  Hüseynzadənin 

«Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri» əsərinin də oxu-

cular və tədqiqatçilar, folklorşünasliğimiz, ədəbiyyat tariximiz 

üçün son dərəcə dəyərli və maraqli olacağini nəzərə alib, mər-

humun nəşr ediləcək «Xəyal ciğiri» adli 3 cildlik şeirlər kita-

bina daxil edilməsinin, bu kitabda işiq üzü görməsinin gərək-

liyini təklif etdim və o mənimlə razilaşdi. Mən mərhum Tofiq 

Hüseyn zadənin  bu  elmi-tədqiqat  əsərinin  də  Miskin  Abdalin 

həyati, fəaliyyəti və yaradiciliğini məhz təsəvvüf – sufilik nəzə-

riyyəsi kontekstində araşdirmali olan tədqiqatçilar üçün bir lo-

komativ olacağina əminəm.   

 



Xəyal cığırı – I cı̇ld

81

Tofiq Hüseynzadənin jurnalist kimi  



ictimai-siyasi fəaliyyəti

Tofiq Hüseynzadənin elmi-ədəbi yaradiciliği bununla məh-

dudlaşmir. Onun jurnalist kimi çoxşaxəli fəaliyyəti də ayrica bir 

istiqamətdir.

Onun hələ orta məktəbdə oxuduğu illərdən başlayaraq mət-

buat səhifələrində dərc olunmuş, o cümlədən Basarkeçər rayon 

partiya komitəsinin qəzeti, Ermənistanda nəşr olunan cəmi 4 qə-

zetdən biri olan, həm Azərbaycan, həm də erməni dillərində nəşr 

olunan, ilk adi «Qirmizi Basarkeçər», sonra dəyişdirilərək «Bol-

luq uğrunda», daha sonra isə «Vardenis» adlanan qəzetdə həm 

ədəbi işçi, həm də sonradan şöbə müdiri vəzifələrində çalişarkən 

nəşr olunmuş saysiz-hesabsiz məqalələri, habelə Ermənistan SSR-

də ən nüfuzlu dövlət qəzeti olan, yenə də həm Azərbaycan, həm 

də erməni dillərində nəşr olunan «Sovet Ermənistani» qəzetində 

ictimai xadim kimi dərin məzmunlu məqalələrlə çixişlari – dövlə-

tin ictimai-siyasi həyatinda fəal iştiraki xüsusilə vurğulanmalidir. 

Təsadüfi deyildir ki, T.Hüseynzadə 1987-ci ildə SSRİ Jurnalistlər 

Birliyi kimi mötəbər quruma üzv qəbul olunmuşdu.

Həmin dövrdə o, 1982-ci ildən hakim Kommunist Partiyasi-

nin üzvü olmuş, 1990-ci ilin yanvar ayinda Baki şəhərində SSRİ 

qoşunlari tərəfindən mülki –  dinc əhaliyə qarşi çoxsayli ölüm-

lərlə nəticələnən vəhşilik akti törədiləndən dərhal sonra partiya 

üzvlüyündən xaric edilmək barədə müraciət edərək, üzvlükdən 

çixmişdir.  Bundan sonraki ictimai fəaliyyətində Tofiq Hüseyn-

zadə heç bir siyasi partiyaya üzv olmasa da, bir vətəndaş kimi 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

82

Azərbaycan  dövlətçiliyinin  möhkəmləndirilməsi  üçün  folk-



lorşünas, jurnalist və pedaqoq kimi – öz gücü daxilində səylə 

 çalişmişdir. 

Belə ki, 1988-ci ilin məlum hadisələrindən sonra o, Azər-

baycana köçdükdən sonra Qazax rayonunda yaşayarkən həmin 

rayon qəzeti olan «Qalibiyyət bayraği»nda məqalələrlə çixiş et-

miş, 1989-cu ildə Baki şəhərinə köçdükdən sonra isə pedaqo-

ji,  elmi-tədqiqat  fəaliyyətləri  ilə  yanaşi,  «Yeni  Azərbaycan», 

«Haqq yolu» və «Millət» qəzetlərində jurnalist kimi fəaliyyət 

göstərərək  dövrünün  ictimai-siyasi  hadisələrinə  dərin  təhlil-

lər vermiş, ictimai rəyin dövlətçilik, müstəqillik və ədalətlilik 

prinsipləri  üzərində  formalaşmasi  istiqamətində  faydali  işlər 

görmüşdür. O, həmçinin digər mətbuat orqanlarinda, o cümlə-

dən  «Azərbaycan»,  «Xalq  qəzeti»,  «Respublika»,  «Ulu  Göy-

çə»,  «Palitra»,  «Paritet»,  «Ədalət»,  «Ekspress»,  «Günaydin» 

və  digər  qəzetlərdə,  habelə  «Dirçəliş»  və  sair  jurnallarda  da 

ictimai-siyasi  mövzularda  çoxsayli  məqalələrlə,  mərkəzi  döv-

lət radio və televiziyasinda, folklorşünasliqla bağli, xüsusilə ulu 

babasi Miskin Abdalla bağli təşkil olunan verilişlərdə çixişlar 

etmişdir.  

Tofiq  Hüseynzadənin  tədqiqatçi  ziyali  kimi  araşdirma  is-

tiqamətlərindən biri də II Dünya müharibəsində misilsiz rəşadət-

lər göstərmiş Azərbaycan xalqinin qəhrəman oğlu, Sovet İttifaqi 

Qəhrəmani  Mehdi  Hüseynzadənin  döyüş  yolu  haqqinda  onun 

bilavasitə cəbhə yoldaşlarinin, hər hansi təhriflərə, saxtaliğa yol 

vermədən, ilk mənbədən səhih məlumatlarin toplanilaraq, mət-

buatda geniş işiqlandirilmasi olmuşdur. Tofiq Hüseynzadə tərə-

findən mətbuatda dərc edilmiş silsilə məqalələrdə «Mixaylo»-

nun silahdaşi olmuş və ondan rəssamliq sənətini öyrənmiş Qər-

bi Azərbaycanin Zəngibasar (Masis rayonu) bölgəsindən olan, 



Xəyal cığırı – I cı̇ld

83

Miskin  Abdalin  portretinin  müəllifi,  əməkdar  rəssam  Cabbar 



Quliyevin  Mehdi  Hüseynzadənin  saysiz-hesabsiz  və  əfsanəvi 

qəhrəmanliqlari ilə bağli, həmin vaxtadək ictimaiyyətə məlum 

olmayan xatirələri, xüsusilə dəyərlidir.  

Təsadüfi deyildir ki, Tofiq Hüseynzadə oğullarindan birinə 

də  məhz  əfsanəvi  partizan  «Mixaylo»nun  –  Mehdi  Hüseyn-

zadənin  şərəfinə,  onun  adini  qoymuş,  oğlu  Mehdi  Hüseynza-

dəyə  həsr  etdiyi  «Oğluma»  adli  şeirində  (09.02.1979)  ona  da 

vətənpərvərlikdə, igidlik və şücaətdə «Mixaylo»ya bənzəməyi 

arzulamişdir:

«Qurban olum adına,

Adınla yaşa, oğlum.

Həyat çatsın dadına,

Ömrü vur başa, oğlum.

Hər elmi öyrən dərin,

Ulduzu ol səhərin.

Oxu, çalış günlərin,

Keçməsin boşa, oğlum.

Yaratmağa hazır ol,

Nə tənbəlləş, nə yorul,

Vətənində sən, vurul

Torpağa-daşa, oğlum.

Bağça sal çətir-çətir,

Əməlin saçsın ətir.

Bir yeni bahar gətir

Hər gələn qışa, oğlum.



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə