Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə22/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   18   19   20   21   22   23   24   25   ...   143

Xəyal cığırı – I cı̇ld

101


1967-ci ilin may ayinda qələmə aldiği «Söz və mən» adli 

şeirində,  şeriyyət  aləmi  ilə  özünü  qarşilaşdiraraq  ədəbi  təsvir 

yaradir:

«Söz insan hökmünün sirli yarıdır,

Mənsə bu sözləri uyduran şair».

 

«Dostuma giley» adli şeirində (11.12.1968) şeriyyətə gəlişi-



nin səbəblərini İlahi ilhamla bağlayir, «şöhrət və ad üçün deyil, 

tarixin, taleyin hökmü ilə İlahi ilhamla» şeirə gəlişini belə təsvir 

edir:

«Mən qələm almadım şöhrət, ad üçün,

Yaşadım, yaratdım bir, həyat üçün.

İlhamsız yazmadım bircə kəlmə də,

Hər sadə xəyala cummadım, həm də.

Nə vaxt ki, mən girdim şeir donuna,

Baxıb təbiətin sonsuzluğuna,

Dedim:

– Tarix hökm eləsin, alım qələmi,

Orda nəzmə çəkim gözəl aləmi».

«Mən nələr görmədim» adli şeirində (1967 noyabr) şeriyyət 

dünyasina  könlünün  ilhami  ilə  gəldiyini,  həyatinin  onunla  da 

sona çatacağini bildirir:



«Bilirəm, bu günlər coşan qələmi,

Mən yox. Götürmüşdür əlinə könlüm.

Onunla başlamış ömrümün dəmi,

Onla qurtaracaq sonuncu günüm».


Tofiq Məhəmməd oğlu Hüseynzadə

102


«Qələm» adli şeirində (1967 dekabr) isə qələmin qüdrəti, gücü 

ilə yaşadiğini, qələmin qəlbinə sevinc bəxş etdiyini  vurğulayir:



«Bəzən, düşünəndə mən aram-aram,

Üşüyür, ağrıyır sinəmdə yaram.

Sənin qüdrətinə, gücünə varam,

Könlümə sən, sevinc qatırsan, qələm!»

«Şair  xəyalim»  adli  şeirində  (14.07.1970)  özündən  sonra 

həyatda  xatirə  kimi  şeriyyət  dünyasinin  daim  yaşayacağindan 

söz açir:



«Yazıram,

              hey yazıram,

Ulduzlu, Aylı gecə...

Xəyalımdan bir fikir

Bu an keçir səssizcə: 

– Yazsam sənətkar kimi,

Mən vurulsam bu ada,

Məndən də bir xatirə,

Məndən də bir yadigar 

Qalacaqdır dünyada».

T.Hüseynzadənin  «Şairlər  ölməz»  adli  şeirindən  (1968 

iyun), «ürəkdən yazanlarin ölməzlik qazandiqlarina» dair ma-

raqli bir parçaya diqqət yetirək:



«Dostlar! Tələsməyin, gələr bir zaman,

Mən də dastan olub gəzərəm dildə.

Yaxşı bilərsiniz, ürəkdən yazan

Hələ, ölməmişdir bizim bu eldə».


Xəyal cığırı – I cı̇ld

103


«Sözüm  var  mənim»  adli  şeirində  (21.07.1968)  şeriyyət 

dünyasi  ilə  özündən  sonra  «alaq  basmayacaq  iz»  qoyduğunu 

dilə gətirir:

«Belədir, dünyada tək qalsa-qalsa,

Yadigar qalacaq insandan əsla,

Həyatda böyük yox, kiçik də olsa,

Bir, alaq basmayan izim var mənim».

«Mənim  müasirlərim»  adli  şeirində  (09.04.1971)  isə  şair, 

«himayədarlari» və tutduqlari vəzifə mövqeləri sayəsində şeriy-

yət dünyasina ayaq açmiş mənasiz, məzmunsuz «şeirlər» yazan, 

«şair»  adlanan  qeyri-peşəkarlarin  gec-tez  layiq  olduqlari  yerə 

qoyulacaqlarina inanir: 



«Bəli! O gün gələcək!

Siz də, vəzifəniz də,

O, mənasız və iyrənc

Qalaq-qalaq kitablar

Şeir sayılan şeirdə,

Bəli! O, son hədəfdə 

Birdəfəlik öləcək!»

«Şairlər»  adli  şeirində  də  (03.02.1972)  dünyada  şairlərin 

müxtəlif olduğunu, hər birinin «xalqin gözündə və tarixdə la-

yiqli yerlərini tutduqlarini» belə sətirlərlə anladir:



«Şair var, bir kitabla

Tarixlərdən silinmir,

Şair var, on kitabla

Nə olduğu bilinmir.


Tofiq Məhəmməd oğlu Hüseynzadə

104


Şair var, haqq gələndə

Tezcə çəkilər qına,

Şair var, haqsızlığı

Çatdırıbdır haqqına.

Şair var... Şair də var

Nə olduğu bilinmir,

Şair var... Şair də var

Tarixlərdən silinmir!!!»

«Sözün gücü (03.02.1972) adli şeirində, şairlərə, tarixi də-

rindən bilib, şeriyyət ilhamini xalqdan almalarini, bütün varliq-

lari ilə xalqa itaətkar və minnətdar olmalarini tövsiyə edir: 



«Bəli! Bilməliyik biz

Tarixi varaq-varaq,

Şerimizin bəzəyi,

Gücü olmalıdır xalq!

Bəli! Gücü, ilhamı

Biz xalqdan almalıyıq,

Ona səcdə qılaraq,

Minnətdar olmalıyıq».

Şairlər  azad  doğulur.  Zamanin,  dövrün  qayda-qanunlari 

nə  qədər  amansiz,  qəddar  və  kəskin  olursa-olsun,  şairin  ruhu 

çağlayir,  onun  coşan  ruhu  hər  hansi  qəlibə,  çərçivəyə  siğmir. 

Şairin  qəlbində  bəsləyib,  böyütdüyü,  yaşatdiği  ideallari  gec-

tez, gizlin-aşkar pərvəriş tapir, cücərir, əsərlərinə yansiyir. Onu 

zamanin ən ağir «cəza aparati»nin hədə-qorxulari, məhrumiy-

yətləri, məhdudiyyətləri, zülmləri də qorxutmur. Onlarin ruhu 




Xəyal cığırı – I cı̇ld

105


 Yaradandan başqa heç nəyin və heç kimin qarşisinda baş əymir, 

xalqin danişan mübariz dili olur. 

Şairin  «Hər  şey  azadliq  sevir»  adli  şeiri  (14.11.1968)  də 

onun  daxilində  yaşatdiği  «milli  azadliq»  idealinin  qaynar  bir 

bulaq kimi daim çağlamasinin təzahürüdür:

«Düşünürəm: «Dünyada

Hər şey azadlıq istər!»

İstəməz canlı, cansız

Sıxıla yumruqlarda.

...Nə vaxt ki, sıxılanlar

Çatacaq son səbrinə, 

Baxmayacaq azadlıq

Şahın, xanın əmrinə,

Milyonerin əmrinə!!!».

Tofiq  Hüseynzadə  SSRİ  dövründə  qələmə  aldiği  bir  sira 

şeirlərində  Azərbaycançiliq  ideallari əsasinda milli məfkurə-

mizin  qati  tərəfdari  və  ifadəsi  kimi  müstəqil,  şimalli-cənublu 

bütöv Azərbaycan  idealini  yaşatmiş,  xalqi    tarixi  ədalətsizlik 

olan, Azərbaycanin ikiyə bölünməsi fakti ilə barişmamağa, mü-

barizəyə səsləmişdir. Hələ 12.10.1969-cu ildə yazdiği «Küsmə, 

Araz» adli şerində o, – 



«...Deyirlər, bir torpağı 

Araz bölüb ikiyə…  

Araz, 

         küsmə hər sözdən.

Doğub mübarizədən

Azadlıq hər ölkəyə»  


Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə