Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə30/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   26   27   28   29   30   31   32   33   ...   143

Xəyal cığırı – I cı̇ld

139


Şair, 1968-ci ilin fevralinda yazdiği «Dura bilmərəm» adli 

şerində  «nə  yolla  olursa-olsun  ancaq  vəzifə  pillələrində  irə-

liləmək naminə» şəxsi keyfiyyətlərini bir kənara atanlari «poz-

ğun həyat» yaşayanlar kimi, kəskin dillə qinamişdir:



«Namussuz, qeyrətsiz ucalım deyə,

Baş əyə bilmərəm hər vəzifəyə.

Əriyib, hər zaman dönsəm də iyə,

Belə pozğun həyat qura bilmərəm».

«Qeyrət» adli şeiri (17.02.1969) bu baximdan daha maraqli 

məzmuna və süjet xəttinə malikdir:

«Şüşəni sındırdılar,

Neçə yerdən qırdılar,

Yenə də itirmədi 

Rəngini, saflığını,

Öz mavi varlığını.

Nə qədər kiçilsə də, 

Nə ah çəkdi, ağladı,

Şüşəliyini saxladı.

Bəzi kişilər, nədən, 

Vəzifədə sınanda

Qul olub vara, ada,

Düşürlər kişilikdən?..» 

«Kişiləri qadin gördüm» adli şeirindəki (1968 iyul) misralar 

cəmiyyətdə bəzi kişilərin qeyri-əxlaqi meyllərini, əməllərini və 

həyat  tərzlərini  aci  və  kəskin  sözlərlə  qilinclayir,  çox  yüksək 




Tofiq Məhəmməd oğlu Hüseynzadə

140


bədii təsir gücü vasitəsilə indiki günümüzlə də səsləşir və aktu-

alliğini qoruyub-saxlayir: 



«Kişiləri qadın gördüm qadınların kölgəsində,

Zərif məxluqlar izində sürünərək itmək üçün.

Kişiləri qadın gördüm, öz sözündə, öz səsində,

Üzdə kişi simasında, qadın yaşar için-için».

...Kişiləri qadın gördüm. Qadınlaşıb bu cığırda,

Neçə qeyrət, neçə namus, neçə ismət itirdilər...

Ruhən köçüb yaşadılar ceyran, maral, ya sığırda,

Neçə insan ömürlərin hədər yerə zay etdilər».

Tofiq Hüseynzadə ulu babasi Miskin Abdal kimi sufi fəl-

səfəsinə, dünyagörüşünə, mənəviyyatina malik şəxsiyyət kimi 

dünyanin  keçiciliyini,  faniliyini,  maddi  nəsnələrin  sonunun 

torpaq  olduğunu  yaxşi  dərk  edir,  dünya  malinin  da  yalniz  bu 

dünyaya malik sinaq olduğunu gözəl anlayir. 23.04.1967-ci ildə 

yazdiği «Torpaq» adli şeirində dünya malinin faniliyi, puçluğu 

ideyasini belə nəzmə çəkir:



«Baldan şirin bir niyyət də,

Olsa yenə var-dövlətdə,

Bilirəm ki, axır gündə,

Dövrəmizdə qalır torpaq».

«Oynatmasin» adli şeirində (03.10.1969) o, var-dövlət hə-

rislərini dünyanin faniliyi ilə xəbərdar edərək, doğru yoldan az-

mamağa çağirir:




Xəyal cığırı – I cı̇ld

141


«Dünyanın malıdır qaş-daş və almaz,

Şahlara qalmadı, bizə də qalmaz.

Sağ başı aparıb, qəbirə salmaz,

Çoxunun başını var oynatmasın».

«Alişma, dilim» adli şeirində (1967 oktyabr) doğru sözün 

yüksək  dəyərini,  yalanin,  düşünmədən  və  yersiz  danişmağin 

zərərlərini belə anladir: 



«Mənim bu sözümü saxla yadigar,

Sakit dur, hər sözü danışma, dilim.

Nə lazım yersiz söz? Duyub, sonralar,

Od tutub, od tutub, alışma, dilim.

Hər nə ki, söyləsən, doğrunu danış,

Sevsin xatirini hər dost, hər tanış.

Heç kəsə gülməyib hələ aldanış,

Yalan danışmağa alışma, dilim».

T.Hüseynzadənin «Yaxşidi» adli şeiri (16.07.1968) ulu ba-

basi Miskin Abdal və şeirlərindən ilham aldiği Aşiq Ələsgərin 

etik-əxlaqi dünyagörüşü, mənəviyyat meyarlari ilə eyniyyət təş-

kil edir: 

«Məclislərdə ağır otur, az danış,

Sevsin səni qəlbən hər kəs, hər tanış.

Boşboğazlıq, söylə, kimi ucaltmış?..

Gülüşlər də hərdən-hərdən yaxşıdı».



Tofiq Məhəmməd oğlu Hüseynzadə

142


Şair, cəmiyyətdə hər bir insanin həyatda birgəyaşayiş, əxlaq 

normalari əsasinda, kamil yaşamağinin gözəlliyini vəsf edir, bu 

normalari  gözləməyənləri  şeirin  dili  ilə  kəskin  qinayir.  Onun, 

«Tapa bilməz» adli şerinə (31.07.1968) nəzər salaq:



«Fitnələr ürəyin gah qırağında,

Oynaşar gah solu, gah da sağında.

Qonşu istəməyən, öz ocağında

Ocaq qalamağa köz tapa bilməz.

Həyatda yaşayıb arsız, bir təhər,

Dayanıb bayquş tək hər axşam-səhər,

Hamının malına göz yetirənlər

İtirər gözünü, göz tapa bilməz».

«Gedər»  adli  şeirində  (09.10.1968)  cəmiyyətdə  qanunçu-

luğun hər şeydən üstün olmasini, əks təqdirdə «şərin ayaq aç-

masini», vəzifə qarşisinda qul kimi əyilən, «müftə alib, müftə 

yeyən» boşboğazlarin əxlaqi çatişmazliqlarini, onlarin əsl sima-

sini açib, göstərir: 



«Çox danışıb, az qananlar

Yarpaq kimi düşər, gedər.

...Yaxşı olar, desəm bir də,

Qanunsuzluq olan yerdə

Ayna kimi həqiqətə

Min şər gələr, min şər gedər.


Xəyal cığırı – I cı̇ld

143


Vəzifəyə boyun əyən,

Müftə alan, müftə yeyən,

Bir ürəyə can deməyən

Min könülü deşər, gedər».

«Gözləməz» adli şeiri (10.10.1968),  şairin zəngin  mənəvi 

dünyasinin  son  dərəcə  hikmətli  dərinliklərindən,  o  cümlədən 

dostluğun təməl əsaslari, ancaq «zati düz olanlarin» dost seçil-

məsi, dostluğun yüksək məziyyətləri, övlad tərbiyəsi, namus, ar, 

qeyrət kimi təməl insani dəyərlərin ölçüyəgəlməz üstünlüklərin-

dən söz açir:

«Dost var, uca tutar dostdan adını,

Dost var ki, quyuda kəsir çatını.

Dost tapsaq, öyrənək onun zatını,

Zatı düz olmayan arı gözləməz.

...İnsana qiymətdir namus, qeyrət, ad,

Can sevən, qiymətdə varı gözləməz.

Övladı pis olan, etmə gileyi,

Qınama o yerdə «qara» taleyi,

O kəs ki, dərindən bilir hər şeyi,

Alma ağacında narı gözləməz».

 «Yaxşidi» adli şeiri (16.07.1968) də dostluğun insani mü-

nasibətlərdəki hüdudsuz dəyərinin çox gözəl təsviridir:



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə