Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə27/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   23   24   25   26   27   28   29   30   ...   143

Xəyal cığırı – I cı̇ld

125


T.Hüseynzadənin «Anamin nəsihəti» adli şeiri (1968 iyul) 

ana nəsihətinin övlad tərbiyəsindəki güclü təsirinin təcəssümü 

baximindan çox dəyərlidir: 

«Duyanda dünyanı biz,

Anam dedi: «Ay bala,

Yaşayın qəlbi təmiz,

Yar olun insanlara!».

Analar hər övlada

Belə dərs versə nə var?..

Yer kürəsi üstündə

Min millət qardaş olar!».

O, şeirlərində, ulu babasi Miskin Abdalin malik olduğu İla-

hi hikmət və fəzilətlərdən qaynaqlanan, insanin bütün yaradil-

mişlar içərisində ən dəyərli varliq, insan həyatinin, ömrünün isə 

ən şirin nemət olduğunu bəyan edərək, «kamil insan» obrazini 

tərənnüm etməklə, qeyrət və namusla yaşamaği, halal zəhmə-

ti, təmizliyi, safliği, pakliği, sədaqəti, mərdliyi tərənnüm etmiş, 

tüfeyli həyati, fani dünyaya – dünyanin bər-bəzəyinə aldanan-

lari, dünyəviliyə qapananlari, var-dövlət hərislərini, çürük, fay-

dasiz işlərə mübtəla olub, düzgün yoldan azanlari, namərdləri, 

naxələfləri, xainləri, paxillari qamçilamiş, insanlari oturub-dur-

maqda, danişmaqda, gülməkdə – bütün hərəkətlərində hər şeyi 

yerli-yatağinda, həddində, ölçüsündə, çərçivəsində və vaxtinda 

etməyin, cəmiyyətdə ümumi taninmiş əxlaq və sosial normala-

rin gözlənilməli olduğunun vacibliyini vurğulamişdir. 

Şairin dəfələrlə, kitab və qəzetlərdə nəşr olunan, sevilən li-

rik şeirlərindən biri də «Mən insanam» şeiridir (1968 oktyabr). 

Həmin  şeir  həmçinin,  «Ədəbiyyat  və  incəsənət»  qəzetində 




Tofiq Məhəmməd oğlu Hüseynzadə

126


 Azərbaycanin xalq şairi Rəsul Rzanin müsbət rəyi ilə dərc olun-

muşdur. Həmin şeirdən bir parçaya diqqət yetirək:



«Mən ki insan oğluyam,

Güc-qüvvətlə doluyam.

Mənə səhra göstərin

Çəmənzara döndərim.

Bir, dəli çay göstərin 

Səhralara göndərim.

...Qərəz, hər nədir çətin – 

Onu mənə göstərin.

Qollarım mətin-mətin,

Kamalım dərin-dərin,

Güc-qüvvətlə doluyam,

Axı, insan oğluyam!»

«Axi,  insan  oğluyam»  adli  şeirində  (1967  sentyabr),  şair 

insanin  bütün  yaradilmişlar  içində  ən  dəyərli  varliq  olduğunu 

göstərir: 



«Qoy dil açsın bu dünyam,

Ən qiymətli canlıyam.

Soruşmayın, mən kiməm?

Hər bir şeyə hakiməm!

Tarix keçmiş uluyam.

Axı, insan oğluyam!..»

«İnsana  bax,  insana!»  adli  şeirində  (1968  aprel)  o,  insanin 

mənəvi dünyasinin zəngin xəzinəsindən, insan əməyinin qüdrə-

tindən, daim çağlayan, yaşamaq və yaratmaq həvəsindən söz açir:




Xəyal cığırı – I cı̇ld

127


«Zülmətlərdə doğulan yollar çıraq-çıraqdır,

Nur çilənir aləmə, Günəş kimi, Ay kimi.

Gəlin, edin tamaşa, görün nə təm-təraqdır,

İnsan zehni, zəkası aşıb-daşır çay kimi.

Mən edirəm hər zaman ilhamımı bəyana,

Həyat eşqli-həvəsli insana bax, insana».

Şair,  «Nəyə  gərəkdir?!»  adli  şeirində  (09.12.1968)  bütün 

yaradilişlar  içərisində  insanin  dəyərinin  ən  yüksək  məqamda, 

fövqdə dayandiği, insansiz dünyanin mənasiz olduğu, «özünün 

bu  dünyadan  köçüb-getdikdən  sonra  dünya  gözəlliyinin  nəyə 

yarayacaği» barədə dərin fəlsəfi mətləblərə baş vurur:



«Dağlar bəzənsə də gül qönçəsindən,

Baharın ətirli, xoş nəfəsindən,

O yer ki, məhrumdur insan səsindən,

Ah... belə çiçəklik nəyə gərəkdir?!

Dərd düşür ürəyimə qara xal kimi,

Baxıram cahana min sual kimi,

Qəmli ölüb, getsə bir xəyal kimi,

Bu, sonsuz gözəllik nəyə gərəkdir?!».

«Siz Lenini düşünün!» adli şeirində (11.12.1968) o, fiziki 

cəhətdən mövcud olsalar da, yoxsul mənəviyyat sahibi olduqla-

rindan, canli ikən varliqlari bilinməyənləri –  «yaşayib ölənlər», 

lakin, hətta cismani yoxluqlarindan sonra da öz mənəvi dünya-

lari, xatirələri və yaxşi əməlləri ilə daim var olan əməlisaleh in-

sanlari – «ölüb yaşayanlar» kimi qiymətləndirərək, kiçik həcmli 

sətirlərdə böyük fəlsəfi mahiyyət daşiyan dahiyanə fikirləri ilə, 




Tofiq Məhəmməd oğlu Hüseynzadə

128


əslində,  insanin  fiziki  cəsəddən  deyil,  mənəvi-ruhi  nəsnədən 

ibarət olmasini bəyan etmişdir:



«Deyirlər, orda, burda:

«Ölüm haqqdır dünyada!».

Yaşayıb ölmək ayrı,

Ölüb yaşamaq ayrı».

«Şəkil, insan və zaman» adli şeirində (22.12.1968) o, insa-

nin sonsuzluğa «bir nağilçi olaraq», xəyal kimi gəlib-keçdiyini, 

insanin surətini əks etdirən kağiz parçasinin, şəklin isə, insan 

ömründən və zamandan daha «vəfali» olduğunu son dərəcə də-

rin fəlsəfi ideyalar kontekstində gözəl təşbehlərlə bəzəmişdir:  



«Ömrümüzə məna qatdı

Hər bir şeydən böyük zaman,

Əbədi yox, sonsuzluğa

Bir nağılçı oldu insan.

Beşcə günlük ömür tapdı 

Əfsanəvi xəyal kimi,

Köçüb, getdi bu dünyadan

Dil açmayan bir lal kimi.

...İnsan öldü, surətini

Bəxşiş verdi nəsillərə,

Şəkil qaldı təbiətdə

Nəhs aylara, nəhs illərə.

...Ölüm nədir? Bilmədi o,

Yarandısa, ölmədi o.

...Ürəyimin təbiətlə

Vardır böyük bir davası – 

Zamana bax! Kağız qədər 

Qalıbdımı gör vəfası?..».


Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə