Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə29/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   25   26   27   28   29   30   31   32   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

134


«Vaxt gələndə dünyada qalmayacaq çox insan,

Nə yanan, nə yandıran.

Nə də ki, qalmayacaq başlarına qoyan tac,

Ayaqyalın, qarnı ac.

Köç edəcək dünyadan varlı da, kasıb da bir,

Fərqi qoymayır qəbir.

Yol yaxın, ömür gödək, hər insan gül yarpağı,

Bu dünyanın qonağı.

Ən nəhayət, deyirəm, qəlbimdə fırtınalar,

Başımda qasırğalar:

«İnsan! bu günkü işin, hadisənin carçısı,

Tarixin nağılçısı!».

Hətta,  o,  21  yaşinda,  1967-ci  ilin  dekabr  ayinda  yazdiği 

«Söz qalacaqdir» adli şeirində son dərəcə hikmətli fikirləri ilə 

həyat  fəlsəfəsinin  əsl  mahiyyətini,  ömrünün  faniliyini,  lakin 

özündən sonra onu yaşadacaq «söz» – ədəbi irs qoyub getdiyini 

ifadə edir:



«Qızıldan, gümüşdən qururuq hasar,

Şöhrəti sevirik, ağlayıb zar-zar,

Dünyada insana, bir, soyuq məzar,

Bir də ki, beş metir bez qalacaqdır.

Təsliməm ölümə. Durmuşam sayda,

Ölən öləcəkdir – belədir qayda!

Zaman öz hökmünü verdi, nə fayda?

Yaşamaq eşqində göz qalacaqdır.


Xəyal cığırı – I cı̇ld

135


Hər dəni yaşadır hər yaşıl sünbül,

Ətri quruyarmı, qurusa da gül?..

Qanundur. Həyatdan küsmə, ey könül, 

Səni də yaşadan söz qalacaqdır!».

T.Hüseynzadənin  17.07.1970-ci  il  tarixdə  qələmə  aldiği 

rübailəri son dərəcə yüksək fəlsəfi hikmətlərlə zəngin olmaqla, 

İlahi kitablardaki hökmlərlə, təməl prinsiplərlə səsləşir:



«Deyildir heç nəyin ömrü əbədi,

Çıxart ürəyindən kədəri, dərdi,

Hər gələn baharın qışdır sabahı, 

Ömür dediyimiz bir gül qədərdi.

Hansı cilddə isən – mələk, ya cani,

Keçmişdən qayıdan vardırmı, hanı?..

Yoxluqdan yaranmış bütün varlıqlar,

Kainat da fani, həyat da fani.

Bir sözlə var oldu sonsuz kainat,

Əldə nə qalacaq, az eylə inad,

Aləmdə hər bir şey göründü, itdi,

Əbədi olacaq yenə də bir Zat.

Hökm etdi: «Ol!» – dedi, var oldu aləm,

Günahla tərk etdi, cənnəti Adəm,

Mənim nə təqsirim, Yer üzündəyəm?..

Cavabsız sualdır, bu, ahu-naləm.


Tofiq Məhəmməd oğlu Hüseynzadə

136


Bədəni yaradıb, can verən də O,

Damara sirr dolu qan verən də O,

İqbalı Lövheyi-Məhfuzdan yazıb,

Məhşərdə imtahan götürən də, O.

Rəbbin əmri ilə ruh cana doldu,

Gül kimi açıldı, vaxt gəldi, soldu,

Öz verdiyini O, geri alanda,

Üsyan etdi insan, imandan oldu.

Ey saqi, şərabla tez doldur camı,

Dərdli adamlara şirindir tamı.

Dünyanın malıdır zər də, ziba da,

Sonuncu mənzilə bir gedir hamı».

«Vurğunam» adli şeirində (01.02.1979) də ulu babasi Mis-

kin Abdal kimi, şöhrətpərəstliyə və acgözlüyə, xəbis fikirliliyə 

dərin nifrətini izhar edərək, bütün insanlari fani dünyanin keçi-

ci maddi, heyvani nemət və zövqlərindən uzaq durmağa çaği-

rir, onlari insan həyatina tələ sayir, hamini «könlü tox» olmağa 

 çağirir:

«Mən ki meyl etmədim şöhrətə, ada,

Bu yolda çox ömür gedibdir bada.

Çox yeyən azdan da olub dünyada,

Çoxu istəməyib, aza vurğunam».

Şair,  1967  sentyabr  ayinda  yazdiği  «Yaşama,  yaşat!»  adli 

şeirində  insan  həyatinin  yalniz  vətəninə  olan  sədaqəti,  sevgi-

si  ilə,  həmçinin  namus  və  mərd  yaşam  tərzi  ilə  məna  qazana 




Xəyal cığırı – I cı̇ld

137


 biləcəyini, bu dünyada insana, yalniz «namusla doğulmuş bir ad 

qalacağini» göstərir: 



«Gəlmisən həyata, ey insan oğlu!

Namusla, hörmətlə ömrü başa vur.

Yaşamaq istəsən yüz illər boyu,

Vətənçün addımla, vətənçün yaşa. 

Qafil, bulandırma dupduru suyu,

Bulanmaz o, özü, dəysə də daşa.»;

Can tək əziz olan hər doğma vətən,

Unutmaz heç zaman qəhrəmanını.

Nə də ki, dünyada mərd gəlib-gedən,

Xalqıçün yaşayan bir insanını.

Bilirəm, dünyada insana, ancaq

Namusla doğulmuş bir ad qalacaq».

«Görəndə-eşidəndə»  («Bunlari  da  sevirəm»)  adli  şeiri  də 

(24.12.1968) də eyni ruhludur:

 «Görəndə ki, adamlar

Namusdan, ardan kənar...

Kor olmaq istəyirəm.

Eşidəndə ağ yalan,

Fırıldaq, əski böhtan...

Kar olmaq istəyirəm».

 «Verməmişəm» adli şeirində (25.06.1969) o, ikiüzlülüəri, 

xainləri, namərdləri, mənsəb düşkünlərini qamçilamiş, yüksək 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

138


əxlaqi dəyərlərə malik insanlari, mərdləri, həqiqət tərəfdarlarini 

böyük məharətlə tərənnüm etmişdir:



«Dostlar, dünyamızda ikiüzlüyə

Mən salam versəm də, üz verməmişəm,

Təmiz ürəklərə kor baxanlara

Mən işıq vermişəm, göz verməmişəm.

Həqiqət heç zaman toxunmaz daşa,

Toxunsa daşı da keçər birbaşa,

Vəzifə başında dosta-yoldaşa

Pul ilə söz alıb, söz verməmişəm.

Yazıb, yazmasam da bu şeri hökmən,

Xoşdur təbiətim, təmizəm qəlbən,

Mərdin hər sözünə «can» deyəndə mən,

Namərd ocağına köz verməmişəm».

 T.Hüseynzadənin «İnsan və vicdan» adli şeiri (31.07.1968), 

Allahin bəndəsində təcəllasinin əlaməti sayilan daxili mənliyi, 

özünü dəyərləndirmə, özünə hesabat, özünü mühakimə hisslə-

rini ehtiva edən vicdan anlayişinin tərənnümü baximindan çox 

dəyərlidir:



«Vicdan – insanlığın ilk mənasıdır,

Vicdan – insanlığın saf dünyasıdır.

...İnsan – insanlığını xalqa göstərən,

Bütün dərinliyi tər-təmiz görən

Vicdandır! İnsanın bu gözəl adı.

Çoxları vicdansız yıxdı həyatı».


Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə