Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə25/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   21   22   23   24   25   26   27   28   ...   143

Xəyal cığırı – I cı̇ld

115


 məhdudlaşmir.  Sevgi  şeirlərində  də  digər  mövzularda  yazdiği 

şeirləri kimi, fəlsəfi  mahiyyəti – Vahid ilahi yaradanin varli-

ği  və  qüdrəti,  mənəvi,  əxlaqi  dəyərlər,  vicdanliliq,  dürüstlük, 

ədalətlilik, həqiqəti söyləmək, vətənpərvərlik, qəhrəmanliq, cə-

sarətlilik, mərdlik, şücaət, azadliqsevərlik, vətəni, anani, millə-

tini bütün dəyərləri ilə sevmək və qorumaği bacarmaq, sosial 

mövzular, insanlara, valideynlərə, uşaqlara, qadinlara hörmət və 

sevgi, təbiəti sevmək, gözəlliklərini vəsf etmək və sair mövzular 

da sevgi mövzusu ilə yanaşi, iç-içə, xüsusi harmoniyada yüksək 

məharət və istedadla nəzmə çəkilmişdir. «Vurulmuşam» adli şe-

irində (1967 noyabr) o, sevgisini belə tərənnüm edir:

«Günəş mənim öz həyatım,

Kainat da hissiyatım.

Hər bir şeydən doğru, əzəl,

Bir dilbərə vurulmuşam».

1966-ci ilin aprel ayinda yazdiği ilk – «Eşqimin yollarinda» 

adli şeirində, şair bu ülvi hisslərini belə ifadə edir:

 

«Əzəldən ki sevmişəm, saf ürəklə səni mən



Eşqimin yollarında,

Təkcə sənin Ay üzlü surətinlə hər bir an 

Yaşamışam dünyada.

Sənin hüsnündə, gözəl, bənövşənin ətri var,

Elə bil ki, baharsan.

O,  müqəddəs eşqinlə gizli-gizli, a dildar, 

Qəlbimə yol tapırsan».


Tofiq Məhəmməd oğlu Hüseynzadə

116


Onun sevgi şeirlərindən bəzi parçalara diqqət yetirək. Şair, 

1966-ci ilin noyabr ayinda qələmə aldiği «Ayriliq nə yamandir» 

adli qəzəlində: 

«Mən bilmirdim, dilbərim, ayrılıq nə yamandır...

Bir də məni buraxma gözlərindən, amandır!..»;

1966 oktyabr ayinda yazdiği «Mənə dedilər» adli şeirində:



«Dedilər: can alır bir gözəl canan,

Dedim: o qılınca mənəm toxunan.

Dedilər: bəxtini eyləmə qara,

Dedim: can onundur, getsəm də hara.

Dedilər: bu nazı çəkən sağalmaz,

Dedim: aşiqlərə can şirin olmaz.

Dedilər: yazıqsan, bu işdən əl çək!

Dedim: yaraşıqdır ömrə o çiçək.

Dedilər: qəm çəkmə, sən hədər yerə,

Dedim: bəlkə, insaf gəldi dilbərə...

Dedilər: yoxdurmu başqa bir afət? 

Dedim: həyatımdır o, ilk məhəbbət.

Dedilər: insafı yox o mələyin,

Dedim: vurğunuyam belə ölməyin!»; 


Xəyal cığırı – I cı̇ld

117


1967-ci ilin noyabr ayinda yazdiği «Durma, gəl» adli  şeirində:

«Aman dilbər, bu gün yaman günümdü,

Göz yaşını silə-silə, durma, gəl.

Xəstə düşdüm. Tək dərmanım ünümdü,

Bu dərdimi bilə-bilə, durma, gəl.»;

1967-ci ilin noyabr ayinda yazdiği «A qizlar» adli şeirində isə:



«Qəlbimə od salır hər axşam, səhər,

Adını deməyə çatırmı hünər?

Mən onu sevirəm. O, gözəl dilbər

Durmasın baxışla savaşa, qızlar»

– deyə, Allah tərəfindən hər bir insana həyatin mənasi kimi 

bəxş edilmiş, ən  yüksək ülvi hiss olan təbii məhəbbəti, sevgini 

yüksək peşəkarliqla tərənnüm etmişdir.

T.Hüseynzadənin «Gənc müəllim» qəzetinin 08.01.1970-ci 

il tarixli sayinda çap olunmuş «Arzu» adli şeiri (1968 aprel) də 

çox maraqlidir:

«Dilbər gülüşlümü görsəydim əgər,

Qara saçlarını hörsəydim əgər,

Yenə eşitsəydim şirin sözünü,

Görsəydim sevdiyim şəhla gözünü,

Dinləsəydim onun o, şux səsini,

Yenə də duysaydım qəhqəhəsini...

Nə dərdim...

Qara torpaqları o gün öpərdim.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

118


Eşqini eşqimə ad eyləsəydim,

Dünyanı onunla gəzə bilsəydim

Yar deyib, əlinə dəysəydi əlim,

O vaxt varlığımı yıxsaydı ölüm...

Nə dərdim...

Dünyadan lap, dərdsiz köçüb gedərdim».

Şairin «Təsvir» adli şeiri (1968 may) də son dərəcə gözəl 

poetik təsvir yaradir, oxucunun gözləri qarşisinda real məhəbbət 

mənzərisini canlandirir:



«Bəzəkli bir otaq, bir yay axşamı,

Sevgilim – o, dilbər üfürdü şamı...

Bunu eyləyirdi o, bilə-bilə,

Düşdü camalından min yeni şölə.

Günəşdən çox təmiz bir nur saçıldı,

Dodağım söylədi bir xoş pıçıltı:

A gözəl, sən bunu etmə ki, güman,

Mən səni şam kimi sanmırdım yanan.

O gün ki, eşqimiz oldu bəyanə

Sən – şamsan, mən də ki – yanar pərvanə».

«Məhəbbət» adli şeirində (1968 aprel) məhəbbətin hüdud-

suz gücünü, sonsuz məkanini vəsf edir:

«Dünyada hər şeyə olsa da sərhədd,

Sərhədsiz yarandı sevgi, məhəbbət.

Andı pozulmazdır saf məhəbbətin,

Onu ayırmadı nə qanun, nə din».



Xəyal cığırı – I cı̇ld

119


Şairin  «101  müxtəlif  sevgi  nəğmələri»  adli  101  bənddən 

ibarət  şeiri,  ayrica  bir  məhəbbət  dünyasini,  xəzinəsini  təşkil 

edir, mükəmməl, ilahi bir sevgi aləmini xatirladir:

«Çay söylədi səhralara,

Yol gedirəm, bilməm hara?

Düşdüm qəmə, intizara...

Yurdum olmuş dağlar mənim,

Eşqim orda çağlar mənim.

Bir sahildə durub yalqız,

Hörüyünü açdı bir qız.

Tamaşaya min-min ulduz,

Bir də, durdu o – nurlu Ay.

Dedi: ona deyilik tay!

Deyirlər ki, yolumu sən,

Min həsrətlə gözləyirsən...

Ağ kağıza inci düzən,

Unudarmı öz yarını?

Unudarmı ilqarını?..

Gördüm bu gün şirin yuxu,

Tutdu məni ətir, qoxu...

Yar tuşladı mənə oxu,

Bədənimdə oxu yandı,

Peşman oldu, özü yandı.

Səhər çıxıb yaşıl döşə,

Ordan üzdüm ağ bənövşə,

Qanadlandım tez görüşə.



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə