Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə24/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   20   21   22   23   24   25   26   27   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

110


«Vətəni sevməyən alçaqdır, alçaq!

Min il yaşasa da, gülməyəcəkdir.

Vətənçün yaradan hünərə bir bax,

Vətənlə yaşayıb, ölməyəcəkdir!».

«Vətənimdir» adli qəzəlində (17.07.1968) doğma Azərbay-

canini  Günəşə  bənzədərək  onun  bütün  aləmə  «nur  saçmasin-

dan» qürur duyur:



«Günəş kimi aləmə nur saçır Azərbaycanım,

Odların nişanəsi, xoş diyarım – vətənimdir».

«Olmaram»  adli  şeirində  (1968  mart)  da  hətta  «ömrünün 

üstünü əcəl alsa belə, Vətən andini poza bilməyəcəyini», vətən 

sevgisinin ən yüksək zirvədə dayandiğini belə təsvir edir:



«Qəlbimin, soruşma ilk andını, gəl,

Yaşa Vətən üçün, Vətən tək yüksəl!

Ömrümün üstünü alsa da əcəl,

Bu, təmiz andımı pozan olmaram».

Şair, «Yaxşidi» adli şeirində (16.07.1968) vətənə olan hüdud - 

suz məhəbbətini dilə gətirir:

«Ana Vətən! Doğma Vətən! Can Vətən!

Nə böyüksən, nə əzizsən, söylə sən...

Vətənini candan artıq, hər sevən,

Arsız-gorsuz min nəfərdən yaxşıdı».

«Yanar ürəyim» adli şeirində (1968 may) ilhamini Vətəndən 

aldiğini bildirir, doğma Vətənini – şərəfi hesab edir:



Xəyal cığırı – I cı̇ld

111


«Gəl, Vətən deyəndə, düşün bir həyat,

Layiqdir insana bu şərəf, bu ad.

İlhamı Vətəndən almasam, heyhat,

Axışan şam kimi sönər ürəyim».

«Bülbül və çoban» (əfsanə) adli, çox maraqli süjet xəttinə 

malik  şeirində  (04.06.1968)  Vətən  xəyanətini  namussuzluq 

kimi qiymətləndirir:

 

«Adam var, baxmayıb namusa, ara,

Doğma vətənini satır yadlara».

Şairin «Biz kimik?..» adli şeiri (09.11.1968) vahid Vətəni-

mizin ayri-ayri bölgələrə bölünməsi, yerlibazliq və sair mənfi 

təzahürlərin  qətiyyətlə  pislənilməsi  baximindan  çox  ibrəta-

mizdir:

«Xəritədə yurdumuz

Bircə yumruq boydadı,

Bütün xalqın adından

Yazılmış gözəl adı.

Bir ürəyi min yerə

Bölmək, nəyə gərəkdir?

Hamımızın qəlbində

Döyünən – bir ürəkdir».

«Vətən sevgisi» adli şeirində (02.01.1970) də eyni ülvi hiss-

ləri bölüşür, şeirlərini Vətən sevgisi ilə qələmə aldiğini, öz iki 

gözünü də Vətənə verməyə hazir olduğunu bəyan edərək, qəlb 

kuzəsindən axan qaynar vətən sevgisini qələmə alir:



Tofiq Məhəmməd oğlu Hüseynzadə

112


«Doymuram yurdumun gözəlliyindən,

Saxlaya bilmirəm bu həyəcanı.

Dəyişə bilmirəm heç şey ilə mən,

Vətənim, vətənim Azərbaycanı.

Öz şirin kəlməmi, şirin sözümü

Vətən eşqi ilə yazıram hər dəm.

Daha çox sevdiyim iki gözümü 

Vətənə verməyə hazıram hər dəm».

T.Hüseynzadə  şeirlərində  Vətən  sevgisi  ilə  yanaşi,  fəlsə-

fi mühakimələr fonunda yüksək əxlaqi dəyərləri, sonsuz həyat 

sevgisini,  düzlüyün,  həqiqətin,  safliğin  yaninda  olduğunu  da 

tərənnüm  edir,  alçaq  insani  hiss  və  niyyətləri,  xüsusiyyətləri 

kəskin dillə qamçilayir. Onun «Doymaram mən» adli şeirinin 

(10.02.1969) əsas ideya məzmununu insanlara, həyata məhəb-

bət, namus, vicdan, həqiqəti uca tutmaq, vətən məhəbbəti, hə-

mişə yaşamaq, var olmaq arzusu təşkil edir:

«Varlığımda el adəti,

İnsan, həyat məhəbbəti!

Namus, vicdan, həqiqəti

Quru yerdə qoymaram mən.

El qədrini bilməyəni,

Sevinməyən, gülməyəni

Vətən! –  deyib, ölməyəni

Ürəyimə qoymaram mən.



Xəyal cığırı – I cı̇ld

113


Aylar keçib, il aşsam da

Əsrləri dolaşsam da,

Zaman-zaman yaşasam da

Yaşamaqdan doymaram mən».

«Gülməyəcəkdir»  adli  şeirində  (21.11.1968)  şairin  fəlsəfi 

düşüncələr işiğinda vətən və həqiqət sevgisi, ömrün, həyatin fa-

niliyi, dünyanin fani var-dövlətinə, şöhrətinə nifrət açiq  duyulur:



«Dünyada hər bir şey ölüb, getsə də 

Həqiqət heç zaman ölməyəcəkdir.

Vətəni canından artıq sevməyən,

Min il yaşasa da, gülməyəcəkdir.

Dünyanı səyyar tək gəzib, dolansan

Vara nifrət edən tapılmaz asan.

Şöhrətə qul olan, satılan insan 

Payını qardaşla bölməyəcəkdir.

Ömür nə şirindir, şirindən şirin,

Bəlkə də, eşqidir bir al səhərin.

Ömür mənasını lap dərin-dərin

Düşünün. O, bir də gəlməyəcəkdir».

«Azərbaycan  dilində»  adli  şeirdə  (28.02.1969)  o,  doğma 

Ana dilinə dərin sevgisini, bu dilin xoşbəxt gələcəyini ən ülvi 

hisslər və ifadələrlə tərənnüm edir:



«Bəxtiyaram, bəxtiyar!

Dillərə düşüb adım.


Tofiq Məhəmməd oğlu Hüseynzadə

114


Gözəl bilir hər diyar,

Biliyi, elmi aldım

Azərbaycan dilində.

Xoş ahəngli səsimi 

Sinə dolu deyirəm:

–  Millətlərin səsini

Eşitmək istəyirəm

Azərbaycan dilində!»

 «Günahkaram» adli şeirində (01.02.1972) isə, –



«Ana dili, 

              ey böyük!

Sən, ey qəlb açarımız!

Səni atıb-tutmağa 

Varmı ixtiyarımız?

Verdim sənə qəlbimi,

Məni nadan saydılar...»

– deyərək, yaşadiği mühitdə – keçmiş SSRİ dövründə Azər-

baycan dilinə göstərilən ikinci dərəcəli münasibəti, doğma dilini 

dərin məhəbbətlə sevənlərin «nadan» sayildiğini şeirinin dili ilə 

kəskin qinayir.

Əksər şairlərdə olduğu kimi, onun da ilk şeirləri və yara-

diciliğinin  böyük  hissəsi  gəncliyinin  ilhami,  yaşadiği  mənəvi 

dünyasi – şeirlərində tez-tez andiği, vəsf etdiyi, «Dilbər» adli 

qiza  dərin  sevgisi  ilə  bağli  olmuşdur.  Lakin  Tofiq  Hüseyn-

zadənin  sevgi  şeirləri  də  yalniz  sadəcə  sevgi,  eşq,  məhəbbət 

məzmununda güclü estetik zövqə əsaslanan təsir imkanlari ilə 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə