Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə11/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   7   8   9   10   11   12   13   14   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

44

1873-cü il siyahiya alinmasina əsasən, Sariyaqub kəndinin 



əhalisinin sayi 294, 1886-ci ildə 416, 1897-ci ildə 436 nəfər ol-

muşdur. Qafqaza heç bir aidiyyatlari olmayan, Balkan yarima-

dasindan  Van  gölünün  ətrafina  köçüb  gəlmiş  frigiyalilarin  bir 

kantonu olan, Fridiya dövləti dağildiqda indiki Suriya ərazisinə 

köçmüş, bizim eranin əvvəllərində isə çox az sayda olmaqla Ər-

mən bölgəsinə də gəlmiş (Heredota görə), XIX əsrdən Rusiya 

İmperiyasi tərəfindən İran və Osmanli ərazilərindən Qərbi Azər-

baycan (indiki Ermənistan) torpaqlarina, o cümlədən Göyçə ma-

halina köçürülmüş ermənilərin törətdikləri qirğinlar nəticəsində 

kəndin  əhalisi  digər  kəndlərin  əhalisi  kimi  qaçqin  vəziyyətinə 

düşərək, Azərbaycanin bölgələrinə pənah gətirmişdir. Təsadüfi 

deyildir ki, ermənilər Azərbaycanin Dağliq Qarabağ ərazilərinə 

İranin Marağa şəhərindən köçürülmələrinin 150 illiyi münasibə-

tilə 1978-ci ildə Ağdərə rayonunun Şixarx qəsəbəsi ərazisində 

«Marağa-150» adli abidə də ucaltmişdilar ki, münaqişə zamani 

– 1988-ci ildə həmin abidəni qəsdən dağitmişlar. Ermənistan ad-

lanan ərazilərdən Azərbaycanlilarin ilk kütləvi köçü 1905-ci ildə 

olmuşdur. Sonradan kənd əhalisinin bir hissəsi doğma vətəninə 

qayitmişdir. 1908-ci ildə kənddə 385, 1914-cü ildə 675, 1916-

ci  ildə  651  nəfər  yaşamişdir.  1918-1919-cu  illərdə  baş  vermiş 

yeni  «erməni-müsəlman   müharibəsi»  nəticəsində  1919-cu  ilin 

13-20 aprel tarixlərində kəndin əhalisi doğma yurdlarini tərk et-

məyə məcbur olmuş, 1920-ci ildə Sovet hakimiyyəti qurulduq-

dan sonra əhalinin yalniz bir hissəsi kəndə qayitmişdir. 1922-ci 

ildə kənddə 343, 1926-ci ildə 377, 1931-ci ildə 471, 1987-ci ildə 

1780 nəfər yaşamişdir. Bundan başqa, 1946-ci ilin köçürmə si-

yasəti  nəticəsində  həmin  və  sonraki  illərdə  kənddən  ayri-ayri 

ailələr Azərbaycanin müxtəlif rayonlarina köçmüş, sonuncu dəfə 

1988-ci ilin məlum hadisələri nəticəsində kəndin 1800-ə yaxin 



Xəyal cığırı – I cı̇ld

45

sakini doğma yurdlarini tərk etməyə və Azərbaycanin rayon və 



kəndlərinə pənah aparmağa məcbur olmuşlar.

Tofiq Hüseynzadənin mənsub olduğu Zərgərli – Şadmanli 

tayfasi Göyçə mahalinda ən taninmiş, ziyali, çox nüfuzlu tayfa-

lardan biri olmuşdur. Tofiq «Şadmanlilar»in «Məşədi Hasanli» 

nəslindən olmuşdur. Məşədi Hasanin oğlu –  ulu babasi Miskin 

Abdalin  (Hüseyn  Məhəmməd  oğlunun)  adini  daşiyan  Hüseyn 

1836-ci ildə Sariyaqub kəndində doğulmuş, Göyçənin çox nü-

fuzlu şəxslərindən olmuş, 110 il ömür sürmüş, 1946-ci ildə vəfat 

etmiş və kənd qəbristanliğinda dəfn olunmuşdur. Hüseynin 17 

övladi (oğlu) olmuş, ilk 12 oğlan uşağinin heç biri həyatda qal-

mamiş, körpə yaşlarinda vəfat etmiş, 5 oğlu, o cümlədən 13-cü 

oğlu – Paşa və ondan sonra 4 oğlu: Hasan, Abuzər, Ziyad və 

İsrafil isə sağ qalmişlar. Oğlanlarinin hamisi öz dövründə məsul 

dövlət vəzifələrində çalişmiş, Göyçə mahalinda böyük hörmət 

və nüfuz sahibi olmuşlar. 

Tofiqin babasi Həsənov Paşa Hüseyn oğlu – 1903-cü ildə 

Basarkeçər rayonunun Sariyaqub kəndində doğulmuşdur. Paşa 

evin  böyük  övladi  olmuş,  əvvəllər  ticarətlə  məşğul  olmuş, 

sonralar  Basarkeçər  rayon  poçt  və  rabitə  şöbəsində  işləmiş, 

28.03.1942-ci il tarixdə II Dünya müharibəsi ilə əlaqədar  keçmiş 

SSRİ-nin  «Qizil  Ordu»  siralarina  çağirilib,  cəbhəyə  yollanmiş, 

Şimali Qafqaz cəbhəsində döyüşlərdə böyük şücaətlər göstərərək 

müxtəlif orden və medallarla təltif olunmuş, sonuncu xidmət yeri 

19 sayli hərbi hissə olmuş, 04.12.1942-ci il tarixdə faşistlərlə qiz-

ğin  döyüşlərin  birində  onlarla  faşist  hərbi  qulluqçusunu  məhv 

edərək, qeyri-bərabər döyüşdə özü də qəhrəmancasina həlak ol-

muş, Rusiyanin Şimali Osetiya Respublikasinin Darkqox rayo-

nunun Darq-Kox stansiyasindan 2 km cənubda böyük ehtiramla 

dəfn olunmuşdur. Paşanin 4 övladi olmuş, oğlanlari: Məhəmməd 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

46

(Tofiqin atasi) və Lətif, qizlari isə Sürəyya və Lalə olmuşlar, on-



larin hamisinin nəvə, nəticə və kötücələri vardir. 

Paşanin  kiçik  qardaşlari  Hasan,  Abuzər,  Ziyad  və  İsrafil 

olmuşlar.  Hasan  və  İsrafil  də  II  Dünya  müharibəsində  iştirak 

edərək, hər biri çoxsayli faşist hərbi qulluqçularini məhv edərək, 

böyük qəhrəmanliqlar göstərməklə müxtəlif orden və medallar-

la təltif olunmuş, düşmənlə açiq döyüşlərdə qəhrəmancasina hə-

lak olmuşlar. 

Belə  ki,  Həsənov  Hasan  Hüseyn  oğlu  –  1904-cü  ildə  Sa-

riyaqub  kəndində  doğulmuş,  çox  savadli  mühasib  olmuş,  əv-

vəlcə  Basarkeçər  rayonunun  Zod  kəndində  mühasib,  sonra-

dan Basarkeçər rayon maliyyə şöbəsində baş mühasib işləmiş, 

28.08.1942-ci il tarixdə səfərbərliklə əlaqədar Qizil Ordu sira-

larina çağirilaraq, Şimali Qafqaz cəbhəsində döyüşlərdə iştirak 

etmiş, sonuncu xidmət yeri 131 sayli hərbi hissə olmuş, 1943-

cü ilin dekabr ayinda faşistlərə qarşi döyüşdə qəhrəmancasina 

həlak olmuş, Krasnodar vilayətinin Slavyansk rayonunun «Ot-

rub-7»  məntəqəsindən  400  metr  qərbdə  dəfn  olunmuşdur.  İki 

qiz övladi olmuşdur. 

Həsənov Abuzər Hüseyn oğlu – 1907-ci ildə Sariyaqub kən-

dində doğulmuş, II Dünya müharibəsi illərində Sariyaqub kənd 

kolxozunda  briqadir  vəzifəsində  çalişmişdir.  Ulu  babasi  Mis-

kin Abdalda olduğu kimi, Abuzərdə də Allahin ən sevimli bən-

dələrinə, Peyğəmbərlərə, onlarin yer üzündə mənəvi varisləri, 

xələfləri sayilan Vəlilərə – Abdallara əta etdiyi böyük kəramət 

olan, təsəvvüfdə – sufizmdə «Tayyi-zaman» və «Tayyi-məkan» 

adlandirilan, zaman və məkan sərhədlərini aşaraq, eyni vaxtda 

iki zaman daxilində və ya iki yerdə görülə bilmək qabiliyyətləri 

– möcüzələri olmuşdur. Bu barədə Sariyaqub kənd ağsaqqallari 

və ağbirçəklərinin söyləmələrinə əsaslanaraq Göyçə folkloruna 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə