Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə7/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   2   3   4   5   6   7   8   9   10   ...   143

Xəyal cığırı – I cı̇ld

23

«Pir» deyirdilər), əmisi L.Hüseynov bu müqəddəs yurdun – evin 



ermənilər tərəfindən murdarlanacağindan və ya dağidilacağin-

dan çəkinərək, orada Pir olmasni inkar etməyə çalişmiş, lakin 

həmin erməni, bu evdə gözünə «Nur» göründüyü və digər çox 

təsirli  möcüzə  faktlari  ilə  qarşilaşdiğini  («Nur»  görməsindən 

başqa,  digər  nələrin  şahidi  olmasi  barədə  əmisi  L.Hüseynova 

danişmaqdan imtina etmiş) israrla bildirərək, evin «Pir», yəni 

«Ocaq» olduğunu demişdir. Məhz, həmin faktdan sonra ermə-

nilər həmin evlərə,  yəni Tofiqin yaşadiği və qonşuluqda, ona bi-

tişik olan əmisi Lətifin evlərinə toxunmamiş və orada yaşamaq-

dan çəkinmişdilər. Allahin izni ilə, Miskin Abdalin müqəddəs 

ruhu öz möcüzəsi ilə naxələf erməniləri «Ocaği»na ayaq basib, 

orada yurd salmağa imkan verməmişdir.  

Göstərilənlərdən başqa, Miskin Abdalin çoxsayli kəramət-

ləri, möcüzələri barədə 2005-ci ildə nəşr olunmuş, T.Hüseyn-

zadənin müəllifi olduğu «Səfəvilərin böyük övliyasi – Miskin 

Abdal» kitabinda daha ətrafli məlumat verilmişdir. 

Əməkdar rəssam, Miskin Abdalin portretini yaratmiş Cab-

bar  Quliyev  Miskin Abdalla  bağli  bir  möcüzəni  belə  danişir: 

«Xoşbəxtəm  ki,  Miskin  Abdal  kimi  bir  dahi  şəxsiyyətin  ilk 

əzəmətli portretini yaratmaq mənə nəsib oldu. Bu portreti yarat-

mazdan əvvəl çox düşünüb-daşindim. Nəhayət, 15 gündən son-

ra yuxumda Miskin Abdali gördüm və ayilib, gördüyüm kimi 

eskizini  verdim  və  portreti  yaratmağa  başladim.  «Miskin Ab-

dal» mənim şah əsərimdir». 

Vaxtilə Miskin Abdalin olduğu, bir müddət yaşadiği, mö-

cüzələr  göstərdiyi  yerlər  indiyədək  onun  adi  ilə  taninmişdir. 

Tədqiqatçi Yaqub Babayev 18 aprel 1991-ci il tarixdə «Kom-

munist» qəzetində «Miskin Abdalin söz gülüstani» məqaləsin-

də bildirmişdir ki, «Miskin Abdalin bir müddət indiki Gədəbəy 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

24

 rayonunun ərazisində yaşadiğini söyləmək olar». Miskin Abda-



lin adi ilə Gədəbəyin 11 kəndini əhatə edən, mərkəzi isə əvvəlki 

adi  Qarabulaq  və  ya  Böyük  Qarabulaq,  (red.  25.10.2011-ci  il 

tarixdən rəsmi adi «Miskinli») olan böyük bir oba – «Miskinli 

obasi» adlanir. Həmin kənd «Miskinli çuxuru» adlanan coğrafi 

ərazinin ən böyük yaşayiş sahəsidir. Bu kənd son tunc dövrü-

nü əhatə edən Xocali-Gədəbəy mədəniyyəti ərazisinə daxildir. 

Kəndin cənub-qərb hissəsini əhatə edən yüksəklikdə «Koroğlu 

qalasi» adlandirilan müdafiə tikilisi vardir. Həmin kənddən olan 

məşhur şair-aşiq Miskinli Vəli, Fəzail Miskinli məhz Miskinli 

obasindan olduqlari üçün həmin təxəllüsü götürmüşlər. Gədə-

bəy rayonu ilə həmsərhədd olan Şəmkir rayonunda da, Şəmkir 

çayinin sahilində Plankənd inzibati-ərazi vahidliyində Miskinli 

kəndi vardir.

Bundan başqa, Dağistanin ləzgilər yaşayan ərazisində yeganə 

Şiə məzhəbində olan, Dağistanin Axti (Doqquzpara) rayonunda 

ən böyük yaşayiş məntəqəsi olan «Miskinci» («Miskinli») kəndi 

də Miskin Abdalin adini daşiyir. Miskin Abdal bir müddət həmin 

kənddə yaşamiş, çoxsayli möcüzələr göstərmiş, kənd əhalisi Mis-

kin Abdal sayəsində Sufizmin Səfəviyyə təriqətinə (mənbələrdə, 

həmçinin, Şiəlik) keçmiş, Miskin Abdalin möcüzələr göstərdiyi 

yerlər indi də ziyarətgah kimi onun adini daşiyir və ziyarət olunur. 

Tarixi mənbələrdə olan məlumatlara görə, həmin kəndin əhalisi 

Qacar elinin böyük icmasi sayilmişdir, Türk soyludur, kənd daxi-

lində 7 yaşayiş məntəqəsi (qazmalar) xüsusi müdafiə-təsərrüfat 

funksiyalarini yerinə yetirmişdir. Kəndin tarixi Dağistan ərazisin-

də müharibələrlə zəngin olmuşdur. Bu kəndin əhalisi son dərəcə 

igid, döyüşkən və mərd olmaqla Rusiya İmperiyasinin tərkibin-

də olduqlari müddətdə dövlətin apardiği müharibələrdə rəşadət-

lə vuruşmuş,  böyük itkilər vermiş, Rusiya İmperatoru və Cənubi 



Xəyal cığırı – I cı̇ld

25

Qafqazda rus ordusunun komandanliği tərəfindən mükafat olaraq 



kənd əhalisinə Şalbuzdağin bütün qərb yamaclari verilmiş, Sa-

mur çayinin üzərindən körpü salaraq, əks tərəf əraziləri istifadə 

etməyə icazə verilmişdir. II Dünya müharibəsində kənddən 330 

nəfər  döyüşlərdə  iştirak  etmiş,  onlardan  196  nəfəri  qəhrəman-

casina  həlak  olmuşdur.  Kənd  çoxsayli  tarixi  şəxsiyyətləri,  elm 

adamlari – alimləri ilə də məşhurdur. Ərazisində – Şalbuzdağin 

ətəklərində Çexi Pir, Miski Ərənlər, Mir-Süleyman Piri kimi 19 

müqəddəs ziyarətgah olmasi Şalbuzdağa «Şeyx» statusu vermiş, 

həmin  ziyarətgahlarin  olduğu  yaşayiş  məntəqəsi  isə  «Miskidin 

çkyar» adini almişdir. Son dərəcə maraqli və əhəmiyyətli faktlar-

dir ki, Şalbuzdağa gedən yolun üstündə kəndin ətrafinda İmam 

Əlinin abidə daşlari vardir: qilincin gücünü göstərən daş, onun 

namaz qildiği daş və İmam Əlinin and içib, vəd verdiyi yer. 19 

ziyarət yeri (Pir) və məscidlər, İmam Əlinin abidə yerləri, müqəd-

dəslərin məşhur məzarlari bütün müsəlmanlar üçün müqəddəs is-

nadlara  çevrilmişdir. 

Qeyd  etdiyimiz  kimi,  Qərbi Azərbaycanin  (Ermənistanin) 

Axta (Razdan) rayonunun Miskin kəndi də Miskin Abdalin şərə-

finə o cür adlanmişdir. Qərbi Azərbaycanin Qarakilsə (Quqark) 

rayonunun Hollavar kəndində də əhali arasinda Miskin Abdalin 

kəramətləri ilə bağli çoxsayli əhvalatlar indi də yaşamaqdadir. 

Həmçinin, Miskin Abdalin Oğuz rayonunun Xaçmaz kəndində 

da bir müddət olmasi, 20-yə qədər tərəfdarlarinin qəbirlərinin 

orada olmasini da irəli sürənlər vardir. Hazirda Yevlax rayonu-

nun Yuxari Bucaq kəndində də «Miskin Baba piri» mövcuddur. 

Kənd əhalisi arasinda həmin babanin pir olmasi haqqinda çox-

sayli rəvayətlər indi də dolaşmaqdadir. Göründüyü kimi, Miskin 

Abdalin olduğu, ocaq çatdiği, möcüzələr göstərdiyi hər yerdə 

onun adi müqəddəsləşmiş, xalqin ziyarətgahina çevrilmişdir. 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə