Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə5/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   2   3   4   5   6   7   8   9   ...   143

Xəyal cığırı – I cı̇ld

17

sufi mərtəbələrinin ən ali məqamlarina qovuşmuş qüdrətli bir 



Sufi Mürşidinin Təriqət Şahi tərəfindən, «Abdal»liq doktrinasi-

na aid müqəddəs «Abdal», «Pir» elan olunmasi demək idi, onun 

peyğəmbərlərin mənəvi Xələfi (ruhunun daşiyicisi) – Haqqa qo-

vuşmuş Abdal olmasi təsdiq olunurdu. Məhz bu fərmanda, «40 

Abdal», «Qirxlar piri», müqəddəs şəxsiyyətlər, Peyğəmbərlərin 

xələfləri  olan Abdalin  mistik,  metafizik  qüdrətə  sahib  olmasi 

öz əksini tapmişdir. «Abdal»in malik olduğu qeyri-adi, mistik 

məziyyətləri barədə, bu kitabin III cildinə daxil edilmiş, Tofiq 

Hüseynzadənin «Miskin Abdal – Qeyb Ərəni və Təsəvvüf Piri» 

elmi-tədqiqat əsərində ətrafli məlumat verilmişdir. 

Miskin Abdalin tarixin yaddaşinda qalan, haqqinda yaradil-

miş dastanlarda və xalqin hafizəsində daşlaşib qalan, dillərdən 

düşməyən  çoxsayli  kəramətləri, mistik  –  metafizik,  fəvqəladə 

qabiliyyətləri və möcüzələri vardir ki, onlardan bir neçəsini təq-

dim edirik:  

– Göyçədə, yaşadiği Zərgərli kəndində əhali içməli sudan 

əziyyət çəkdiyinə görə, Miskin Abdal haminin yaninda bir neçə 

rükət namaz qilaraq, Allaha dərin zikrdə bulunaraq, dua etmiş, 

«Allahin qüdrəti və qüvvəti qarşisinda hər şey acizdir» – demiş, 

Allah onun duasini qəbul edərək, göy üzü tutulmuş, möhkəm 

ildirim çaxmiş, ildirim Miskin Abdalin yaşadiği evin arxasinda-

ki böyük qayaya düşüb qayani ikiyə parçalamiş, möcüzə olaraq 

həmin qayanin yarilan hissəsindən bir bulaq fişqirmişdir, həmin 

bulaq oğlunun adi ilə «Şadmanli bulaği» adlanmişdir. Bu hadisə 

«Bibliya»da  (Əhdi-Ətiq)  «Saylar»  kitabinin  20-ci  bölməsində 

xalqin sussuz qalaraq Musa Peyğəmbərə və qardaşi Haruna su-

dan  əziyyət  çəkmələrini  bildirmələri,  Musa  və  Harunun Alla-

ha səcdəyə qapanaraq bu xahişi Allaha çatdirmalari və Allahin 

izni ilə və Musaya bildirdiyi kimi, Musanin əsasini qayaya iki 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

18

dəfə vurmasi nəticəsində qayadan bol su fişqirmasi, xalqin su-



suzluğunu  aradan  qaldirmasi  əhvalatini  xatirladir.  «Şadmanli 

bulaği»nin dibində boy atan ağacin dibində müqəddəs günlər-

də gecələr şam yanmasina bənzər nur şölələnmişdir. XX əsrin 

başlanğicinda bir naxələf şəxs deyilənləri eşitməyərək, bu ağaci 

kəsib, odun etmişdir. Bir il keçməmiş, həmin ailədən ancaq bir 

xarabaliq nişanə qalmişdir;  

– Miskin Abdal Qərbi Azərbaycanin Axta (Razdan) rayo-

nunun  Miskin  (sonradan  «Qayği  ocaği»  (yaxud  Qayib  ocaği, 

Qeyb ocaği – bu adin, Miskin Abdalin Qeyb Ərəni – «Ricalül 

Qeyb» olmasi ilə əlaqədar verilməsi ehtimal edilir) və daha son-

ralar M.F.Axundovun adi ilə «Axundov» adlanmişdir) kəndində 

olarkən  yerli  əhali  onun  müqəddəsliyinə  inanmayib,  sinamaq 

məqsədilə gur ocaq qalamiş, Miskin Abdal qucağinda qumral 

bir quzu ocağin içinə girmiş, ocaq yanib qurtarmiş, lakin nə özü, 

nə də quzu heç bir zərər görməmiş, bundan sonra əhali ona inam 

gətirmiş və kəndi onun adina «Miskin» adlandirmiş, sonradan 

SSRİ dövründə həmin kənd «Qayği ocaği» və «Axundov» ilə 

əvəzlənmişdir.  Bu  əhvalat  «Quran»da  «əl-Ənbiya»  surəsinin 

68-70-ci, «Səffat» surəsinin 97-98-ci və «əl-Ənkəbut» surəsi-

nin  24-cü  ayasində  göstərilən  İbrahim  Peyğəmbərin  Nəmrud 

tərəfindən yandirilmasi üçün odun içərisinə atilmasi, lakin Al-

lahin onu qorumasi və zərər çəkmədən xilas olmasi əhvalatini 

 xatirladir;  

– Miskin Abdalin Göyçədə Zərgərli kəndindəki evinin həyə-

tinə qeybdən marallar gəlmişdir; bundan başqa, bir dəfə oğlu 

Şadman quldurlari öldürdüyünə görə həyətdə arvadi Həlimənin 

qaladiği ocağa qazanda qoyulmuş maral südü qan kəsmiş, bu 

əlamətə əsasən, ona, oğlu Şadmanin haradasa «qan salmasi» – 

adam öldürməsi əyan olmuş, Şadman evə qayitdiqda quldurlari 



Xəyal cığırı – I cı̇ld

19

öldürməsini atasina bildirmiş, Miskin Abdal hirslənərək, əlində-



ki çəliyi burum-burum olmuş (hazirda da həmin çəlik saxlani-

lir), o, ocaqdan höyüş bir odun götürüb, Şadmana tərəf atmiş, la-

kin Allah Şadmani, günahi olmadiği üçün, atasinin qəzəbindən 

qorumuş, odun ona çatmamiş yerə sancilaraq, «Yaniq armud» 

ağacina çevrilmiş, ağac hər axşam, sanki yanirmiş kimi, özün-

dən nur saçmiş, yerli əhali tərəfindən ziyarət edilmişdir. Həmin 

əhvalat  Sariyaqub  kənd  əhalisinin  uşaqdan-böyüyə  hamisinin 

dilinin əzbəridir. Qərbi Azərbaycanin indiki Qarakilsə (Quqark) 

rayonunun Haydarli və Hollavar kəndləri və Axta (Razdan) ra-

yonunun Miskin (Axundov) kəndlərinin əhalisi arasinda «Yaniq 

armud» ağaci ilə bağli maraqli əhvalatlar indi də yaşayir

–  Gədəbəy  rayonunda  11  kəndi  əhatə  edən  Miskinli  oba-

sinda  da  Miskin  Abdal  bir  müddət  yaşamiş,  orada  da  onun 

ocaq çatdiği, namaz qildiği yerlər müqəddəs sayilmişdir. Orada 

Miskin Abdalin adina bir neçə «Ocaq» yeri hazirda da insanlar 

tərəfindən ziyarət edilir, həmin obanin əhalisi də Miskin Abdali 

mənəvi cəhətdən «ulu baba»lari sayirlar; 

– Dağistanin Axti rayonunun «Miskinci» kəndi də Miskin 

Abdalin bir müddət yaşadiği yerlərdən olmuş, həmin kənddə də 

onun adina çoxsayli (19 ədəd) ziyarət yerləri olmaqla, bu gün də 

həmin kəndin əhalisi Miskin Abdali özlərinin mənəvi cəhətdən 

ulu babasi kimi yad edirlər

 – Qərbi Azərbaycanin indiki Qarakilsə (Quqark) rayonunun 

Mollaqişlaq, Haydarli və Hollavar kəndlərinin ərazisində Mis-

kin Abdalla bağli 8 ziyarət – Ocaq yeri vardir. Həmin kəndlərin 

əhalisi  arasinda  bu  gün  də  yaşayan  rəvayətlərə  görə,  bir  dəfə 

Miskin Abdal  Maymaq  dağinin  başina  çixmiş,  oradaki  cahil, 

gənc şəxslər Miskin Abdaldan bir möcüzə göstərməsini xahiş 

etmiş,  Miskin  Abdal  Allaha  dua  edib,  çəliyini  yerə  möhkəm 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə