Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə6/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   2   3   4   5   6   7   8   9   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

20

 vurmuş, həmin yerdə həmin vaxtadək heç bir su mənbəyi, bulaq 



olmamasina və bulaq çixmasi üçün ehtimal belə olmadiği, yəni 

çox uca yer olmasina baxmayaraq, çəlik dəyən yerdən su, bu-

laq qaynamağa başlamiş, içindəki xirda daşlar da rəngarəng ol-

muşdur. Həmin gündən bu bulaq «Miskin bulaği» adlanmişdir. 

Sonraki əsrlərdə ora köçürülən ermənilər bulaği murdarladiqlari 

üçün bulaq qurumuşdur

–  Qarakilsə  (Quqark)  rayonunun  Mollaqişlaq  kəndinin 

ərazisində Cəbrayil, Şorax və Xamoy dağlarinin arasinda Şo-

rax dərəsində XVI əsrdən yadigar qalan «Miskin Abdal ocaği» 

1988-ci ilin məlum hadisələrinə qədər dini ziyarətgah kimi in-

sanlarin ümid, pənah yeri olmuşdur. Həmin kəndlərin əhalisi, 

hamisi Miskin Abdali özlərinin mənəvi cəhətdən «ulu baba»si 

hesab edirlər; 

– Miskin Abdal Təbrizdə sarayda olduğu vaxtlarda, Allahin 

lütfü olaraq verilmiş – gözə görünə bilməmək («Tayyi məkan» 

və «Tayyi zaman») kəramətinə görə, Şah İsmayil Xətainin sara-

yinda Şahin otağina keçərkən saray mühafizəçiləri onu görmə-

miş, yəni onlarin gözünə görünməmiş, ona görə də mühafizə-

çiləri Şahi xəbərdar edə bilməmiş, içəri daxil olduqda Şah bu 

işə heyran qalmiş, mühafizəçilərini çağirtdirib, soruşmuş, onlar 

Miskin Abdalin içəri keçməsini görməmələrini demişlər. Bu ha-

disə «Miskin Abdal və Şah İsmayil Xətai» dastaninda, habelə, 

Miskin Abdal və Şah İsmayil Xətainin şeirlərində öz əksini tap-

mişdir (Miskin Abdalin törəmələrindən olan, T.Hüseynzadənin 

babasi  Paşanin  qardaşi  –  XX  əsrdə  yaşamiş  Həsənov Abuzər 

Hüseyn oğlunda da eyni qəbiliyyətlər olmuşdur);  

–  Səfəvilərin  apardiği  döyüşlərin  birində  Miskin  Abdal 

sərkərdə kimi iştirak edərkən, qoşunun azuqəsi qurtarmiş, çixil-

maz  vəziyyətdə  qalmiş,  Miskin Abdal  qoşunu  yeməklə  təmin 



Xəyal cığırı – I cı̇ld

21

edəcəyini  bildirib, Allahi  zikr  edərək,  çoxsayli  dualar  edərək 



kömək istəmiş, Allah onun duasini qəbul buyurmuş, o, bir badya 

qatiq və bir kömbə çörəklə bütün qoşunu doydurmuş, yeyildik-

cə, qatiq qabda bulaq kimi qaynayib, artmiş və çörək də yeyil-

dikcə artmiş, hələ artiq da qalmişdir. Bunu görən Şah İsmayil və 

qoşunu çox heyrətlənmiş və onun böyük kəramət sahibi olduğu-

na qəti iman etmişlər. Miskin Abdalin həmin badyasi (qab) indi 

də «Ocağ»inda saxlanilir. Bu əhvalat «Bibliya»nin tərkib hissəsi 

olan «İncil»də İsa Peyğəmbərin bir dəfə göyə baxaraq Allaha 

dua edib 5.000 nəfər kişini (qadin və uşaqlar istisna olmaqla) 5 

çörək və 2 baliqla doyurmasi, 12 dolu səbətin də artiq qalmasi, 

bir dəfə isə «şükran duasi» edərək 3 gündür ac qalan 4.000 kişi-

ni (qadin və uşaqlar istisna olmaqla) 7 çörək və bir az da baliqla 

doyurmasi, 7 dolu zənbil yeməyin də artiq qalmasi əhvalatlarini 

xatirladir; 

– Şadmanin, atasi Miskin Abdalin vəsiyyətinə uyğun olaraq, 

atasinin əşya və sənədlərini – «Ocağ»i saxlamaq üçün bacisi Mə-

leykəyə verərkən atasinin burum əsasinin evdə qalmasi, qalan 

əşya və sənədləri isə verməsi, həmin gecə «Ocaq»daki əşya və 

sənədlərin Məleykənin evindən, taxçada qoyduğu yerdən qeyb 

olmasi,  yəni  Şadmanin  evinə  qayitmasi,  Şadmanin  «Ocağ»i 

qaytarsa da, yenə də bir neçə gün həmin halin təkrarlanmasi, 

sonradan,  atasi  Miskin  Abdalin  Şadmanin  yuxusuna  girməsi, 

Şadmana, evində atasindan yadigar saxladiği, «harma»ya taxdi-

ği burum əsasini da həmin «Ocağ»in içərisinə qoyub, bacisina 

qaytarmasini bildirməsi və bundan sonra bir daha «Ocağ»in geri 

qayitmamasi – Göyçədə ən çox yayilmiş rəvayətlərdən biri idi;  

–  «Miskin  Abdal»  dünyadan  köçdükdən  sonra  da  onun 

«Ocaği» daim ona inam bəsləyənlərin ümid, pənah yeri olmuş, 

dara düşən, darliqda qalan, bədbəxt tale və hadisə ilə üzləşən 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

22

hər kəs onun vasitəsilə Allahi köməyə çağirmiş, Göyçədə istə-



nilən bədbəxt hadisənin qarşisinin alinmasi üçün əhali Miskin 

Abdalin  «Ocaği»ni  ziyarət  etməklə, Allahdan  kömək  diləmiş, 

Allah da onlarin dua və çağirişlarini eşidərək kömək etmişdir. 

Son illərdə – 1986-ci ildə Sariyaqub kəndinə dəhşətli sel fəlakə-

tinin itkisiz ötüşməsi və 1988-ci ilin dekabr ayinda əhalinin er-

mənilər tərəfindən doğma yurdlarindan zorla çixarilarkən, qişin 

ən sərt çağinda Kiçik Qafqazin keçilməz dağ yollarindan bütöv 

bir elin, mahalin sağ-salamat keçməsi vaxti da hami Miskin Ab-

dalin ocaği vasitəsilə Allahi köməyə çağirirdi, Miskin Abdali öz 

imdad şahpərini, elə bil ki, doğmalarinin üstünə çəkmişdi.  

–  Miskin Abdal  cismən  doğmalarinin  yaninda  olmasa  da, 

Qeyb  Ərəni  –  «Ricalül  Qeyb»  kimi  onun  həmişə  diri  olan 

müqəddəs ruhu və mistik qüvvəsi doğmalarinin yurdunda, oca-

ğinda dolaşirdi. Bu müqəddəsliyin təzahürü kimi vaxtilə Miskin 

Abdalin, sonra isə oğlu Şadman və törəmələrinin, 1988-ci ilin 

məlum  hadisələrinə  qədər  isə,  Tofiq  Hüseynzadənin  ailəlikcə 

yaşadiği ocaqda – evin həyətində həmişə bir «Ocaq ilani» ya-

şayirdi. Bundan başqa, 1988-ci ilin məlum hadisələrindən son-

ra bir dəfə Sariyaqub kəndinə gedən Tofiqin əmisi, qonşuluqda 

yaşayan Lətif  Hüseynov çox maraqli bir faktin şahidi olmuşdu. 

Lətif  Hüseynov  1988-ci  ilin  dekabr  ayinadək  Sariyaqub  kənd 

orta  məktəbində  təsərrüfat  müdiri  vəzifəsində  işlədiyindən, 

1988-ci ilin məlum hadisələri ilə əlaqədar, kəndin Azərbaycanli 

əhalisi doğma yurdlarini tərk etdikdən sonra dövlət xətti ilə kənd 

orta məktəbinin maddi vəsaitlərinin təhvil-təslimi üçün 1989-cu 

ildə Sariyaqub kəndində qayitmali olmuş, orada kəndə yenicə 

köçmüş bir yaşli erməni ona vaxtilə Miskin Abdalin yaşadiği, 

Tofiqin isə 1988-ci ilədək yaşadiği həmin «Ev dami» deyilən 

yerin «Pir» olduğunu demiş (ermənilər ziyarətgahlara,  «Ocağa» 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə