Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə8/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   4   5   6   7   8   9   10   11   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

26

Miskin Abdal Səfəvilər dövründə təkcə diplomatik fəa-



liyyəti ilə kifayətlənməyib, Azərbaycan ədəbiyyatşünasliği-

na çox dəyərli töhfələr verməklə, onu zənginləşdirmişdir. O, 

sağliğinda Azərbaycan folklorşünasliği üçün çox qiymətli in-

cilər sayilan «Yetim Hüseyn» və Şeyx Heydər övladlarinin, 

o  cümlədən,  Şah  İsmayil  Xətainin  mərhum  qardaşi  İbrahi-

min şərəfinə «Aslan şah və İbrahim» dastanlarini yaratmiş-

dir. Təd qiqatçilarin qənaətinə görə, bu dastan Şeyx Heydər 

övladlarinin taleyinə həsr olunmuş, dastanda Şah İsmayil –

Aslan şah, Miskin Abdal isə Şah İsmayilin qardaşi İbrahim 

kimi, Ağqoyunlu ögey dayi isə Rey padşahi – Ata Zülal şah 

kimi verilmişdir. Rəvayətlərə görə, Şah İsmayil Xətai Mis-

kin Abdala o qədər böyük məhəbbət və hörmət bəsləmişdir 

ki, onu qardaşi İbrahimə əvəz saymiş, çox vaxt ona «qarda-

şim İbrahim», «şahim İbrahim» deyə xitab etmişdir. Əslində, 

«Şah İsmayil dastani»nin süjet xətti ilə «Aslan şah və İbra-

him dastani»nin süjet xətti o qədər yaxindir ki, əksər folklor-

şünaslar onu «əkiz qardaşlar», eyni kökdən  olan dastanlar 

hesab edirlər. Taninmiş folklorşünas Abbas Vəfadağlinin kita-

binda oxuyuruq: «Miskin Abdal məktəbinin dərin köklərə malik 

olmasina şübhə ola bilməz. Bu məktəbin Şah İsmayil Xətaiyə 

təsiri öz izlərini açiq-aydin göstərir. Şah İsmayilin Miskin Abda-

la hüsn-rəğbətinin səbəbi də bu keyfiyyətlərdən irəli gəlmişdir.»

Miskin Abdal şeirlərində bir çox təxəllüslərdən istifadə et-

mişdir ki, bunlardan, «Miskin», «Abdal», «Qulam» (Miskin Ab-

dal, Miskin Qulam və ya sadəcə Miskin, Abdal)  onun təsəvvüf-

də tutduğu ən yüksək dərəcəsi, mövqeyi ilə əlaqədardir.  Digər 

təxəllüsləri, yəni «Qərib» və «Cüda» (Qərib Hüseyn, Qərib Mis-

kin, Cüda Miskin) təxəllüsləri isə onun həyatinin böyük hissə-

sinin doğma Vətəni – Göyçədən uzaqlarda keçməsi  səbəbindən, 



Xəyal cığırı – I cı̇ld

27

doğma yurdundan, elindən, obasindan, doğmalarindan uzaqda 



qalmasi nəticəsində Vətən niskili, həsrəti ilə yaşamasi ilə bağli 

olmuşdur. Miskin Abdal şeirlərinin birində «Ocaqzadə» olduğu-

nu qeyd edir:

 «Ocaqzadə bir təb əhli nökərəm,

Kuyində qələndər, sinə dəftərəm,

Mimnən Məhəmmədəm, cimnən Cəfərəm,

Ləqəbi çox olan Miskin Abdalam.»

«Ocaqzadə»  termini  təsəvvüf  terminidir.  Hərfi  mənada 

«ocaq»  -  içində  odun,  kömür  yandirilan,  dumani  üst  bacadan 

çixan xüsusi od yandirma yerinə deyilir. Məcazi olaraq, «Ocaq» 

–  «quruluş,  boy,  soy,  kök,  dirlik,  düzənlik»  mənalarini  verir.  

Ocaqzadə, bu baximdan, «Ocaq oğlu» deməkdir. Sufi cərəyani 

olan «Ələvilər»də «Dədə» deyilən mürşidin Seyyid nəslindən 

gəlməsi, yəni Məhəmməd Peyğəmbərin, onun nəvəsi Hüseynin 

nəslindən olmasi şərt sayilmişdir. Onlara görə, Bəktaşi ənənə-

sinə girmiş, Tofiq Hüseynzadənin ana tərəfdən ulu babasi olan 

Sari  Saltuq,  Pir  Sultan Abdal  və  sair  də  seyyiddirlər.  Onlarin 

soyundan gələn Dədələr də o Ocaqdandir. Buna görə də Ələ-

vilərdə «Dədə»lərə «Ocaqzadə» deyilmişdir, hazirda da belədir. 

Ələvilər də bu Ocaqlardan birinin talibi – tələbəsi sayilirlar. Bu 

Ocağa mənsub olanlar da bir başqa Ocaği «Pir» adlandirirlar. 

«Ocaq» sözü «Bəktaşi» cərəyaninda da istifadə edilmişdir. Bək-

taşi təkkələrində meydan odalarinda (Göyçənin Sariyaqub kənd 

orta məktəbində məhz «müəllimlərin oturduğu» otağa – «Müəl-

limlər odasi» deyilirdi) qiblənin olduğu yerdəki Ocaği nəzərdə 

tutmuşdur. Ocaq olmayan meydandaki guşənin biri ocaq halina 

salinirdi. Ocağin bir tərəfində Seyyid Əli Sultan postu  (məqami), 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

28

digər tərəfində Xorasan postu (məqami) olurdu. Miskin Abdalin 



şeirində özünün təsəvvüf anlayişi kimi «Ocaqzadə» olmasi ilə 

bağli misra, həm onun Seyyid olmasi – İmam Hüseynin nəs-

lindən olmasi, həm də, «Qirxlar piri», «Qirxlar ocaği»nin nü-

mayəndəsi olduğunu göstərən bir anlayişdir. 

1524-cü  ildə  Şah  İsmayilin  ölümü  Miskin Abdali  bərk 

sarsidir.  O,  sarayla  biryolluq  vidalaşaraq,  doğma  Göyçə-

sinə,  Zərgərli  (Sariyaqub)  kəndinə  qayidir.  Burada  məktəb 

açib, maarifçilik işləri ilə məşğul olur, xalqinin övladlarinin 

elm,  təhsil  almasi  qayğisina  qalir.  Onun Sariyaqubda açdiği 

ilk məktəb Göyçənin elm, ürfan və sənət dünyasinda qazandiği 

bütün sonraki uğurlarda çox mühüm və həlledici rol oynamişdir. 

Miskin Abdal, təxminən,  1535-ci  ildə  105  yaşinda  dün-

yasini dəyişir, Zərgərli (Sariyaqub) kənd qəbristanliğinda öz 

ulularinin yaninda hörmətlə dəfn olunur. Özündən sonra Zər-

gərli  (Sariyaqub)  kəndində  Miskin Abdalin  adi  ilə  iki  tayfa: 

«Şadmanli» – oğul və «Ocaqli» – qiz tayfalari qalir. «Şadman-

li» tayfasi, eyni zamanda, Tofiq Hüseynzadə və Rafiq Hüseyn-

zadə qardaşlarinin mənsub olduğu «Məşədihasanli», həmçinin 

«Barxudarli», «Yaqublu», «Abdullauşaği», «Məşədi Qədimli» 

və digər qollardan – nəsillərdən ibarətdir. Miskin Abdal vəfatin-

dan əvvəl, oğlu Şadmanin vaxtilə 10 qulduru öldürdüyünə görə, 

hər bir halda «qan» etdiyini bildirərək, özündən sonra əşya və 

sənədlərinin  qorunub-saxlanilmasini  pakliq,  təmizlik  mücəs-

siməsi sayilan qizi Məleykəyə tapşirir və bu barədə oğlu Şad-

mana vəsiyyət edir, Şadman atasinin vəsiyyətinə əməl edir.      

Sariyaqub  kəndində  hamiya  məlum  olan  fakt  idi  ki,  Mis-

kin Abdalin  qizi  Məleykə  həmin  kənddə  yaşayan  əmisi  oğlu 

ilə evlənmişdir. Zərgərli (Sariyaqub) kəndində 1988-ci ilin mə-

lum hadisələrinə qədər də Miskin Abdalin oğlu Şadman və qizi 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə