Tofiq Məhəmməd oğlu Hüseynzadə
228
Gecə aydin... Al-əlvan,
Ulduzlardir çiraqban.
Deyirəm ki, bu dövran
Mənim doğma Bakimdir,
Mənim doğma Bakimdir.
1966 sentyabr
Xəyal cığırı – I cı̇ld
229
ÖMÜR
Yaşasaq yüz də, min də,
İllər ömrə bəzəkdir.
Düşün dayaz, dərin də,
Yenə ömür gödəkdir.
Doymuruq heç dadindan,
Doğmasindan, yadindan...
Əl çəkmirik adindan,
Hər animiz diləkdir.
Qəlbimdə sonsuz muraz,
Həyat bir ömrə siğmaz,
«Bir güllə bahar olmaz»,
Neçə ömür gərəkdir.
Kainat bağli, nihan,
Hər əməli sirr, pünhan,
Bir qəlbdə iki cahan,
Bunun nəyi fələkdir!?
Bu can zamandan böyük,
İnsan cahandan böyük,
Ömür insandan böyük...
Görən, bu nə kələkdir?
20.09.1966
Tofiq Məhəmməd oğlu Hüseynzadə
230
MƏNƏ DEDİLƏR
Dedilər: can alir bir gözəl canan,
Dedim: o qilinca mənəm toxunan.
Dedilər: bəxtini eyləmə qara,
Dedim: can onundur, getsəm də hara.
Dedilər: bu nazi çəkən sağalmaz,
Dedim: aşiqlərə can şirin olmaz.
Dedilər: yaziqsan, bu işdən əl çək!
Dedim: yaraşiqdir ömrə o çiçək.
Dedilər: qəm çəkmə, sən hədər yerə,
Dedim: bəlkə, insaf gəldi dilbərə...
Dedilər: yoxdurmu başqa bir afət?
Dedim: həyatimdir o, ilk məhəbbət.
Dedilər: insafi yox o mələyin,
Dedim: vurğunuyam belə ölməyin!
1966 oktyabr
Xəyal cığırı – I cı̇ld
231
TAR
(qəzəl)
Muğam üçün yaraşir, görün necə gözəl tar,
Dindirir öz telində neçə-neçə qəzəl tar.
Musiqinin şahidir, sultanidir taxtinda,
Zənginlikdə xəzinədir, yaranibdir özəl tar.
Varliğima, hissimə güc verir, qanad verir,
Hər şey sussun, deyirəm, qoy danişsin əzəl tar.
Öz yaniqli mahnimi oxumaq istəyirəm,
Deyirəm, bəmi burax, indi zilə düzəl, tar.
Çox mahnilar yaranmiş, ürəklərdə yeri yox,
Sənə bəzək vurubdur mirvaridən yüz əl, tar.
Şeriyyət dünyasinda sənsiz yaşamaram mən,
Alsa başim üstünü tale, qədr, əcəl, tar.
Ancaq səni düşünüb, söz yazmaq istəyirəm,
Bu eşqə, bu qüdrətə, bu ilhama tez gəl, tar.
1966 noyabr
(«Gənc müəllim» qəzetinin 30.12.1967-ci il
tarixli sayında dərc olunmuşdur.)
(Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
pedaqoji fakültəsinin II kurs tələbəsi)
Tofiq Məhəmməd oğlu Hüseynzadə
232
QURBANAM
(qəzəl)
Eşqin olsa yarimçiq, parasina qurbanam,
Mən sənin gözlərinin qarasina qurbanam.
Xəyallar içindəyəm, danişmağa yox tabim,
Qəlbimin naləsinin çarasina qurbanam.
Əzəl gündən vurğunu olmuşam saçlarinin,
Bulud kimi zülfünün arasina qurbanam.
Həsrətini çəkirəm, olmuşam xəstə, tamam.
İncimirəm, qəlbimin yarasina qurbanam.
Kirpiyinin, qaşinin qarasina qurbanam,
Eşqin olsa yarimçiq, parasina qurbanam.
1966 noyabr
Xəyal cığırı – I cı̇ld
233
AYRILIQ NƏ YAMANDIR
(qəzəl)
Mən bilmirdim, dilbərim, ayriliq nə yamandir...
Bir də məni buraxma gözlərindən, amandir!
Həsrətini çəkirəm, dolaniram kimsəsiz,
Səndən ayri olali, qəlbim tamam dumandir.
Nə səhra var, nə də ki, məhəbbətə bir əngəl,
İndi başqa bir dünya, indi başqa zamandir.
Çatdiriram sənə ki, ayriliq nə yamandir...
Bir də məni buraxma gözlərindən, amandir!
1966 noyabr
Tofiq Məhəmməd oğlu Hüseynzadə
234
OLMASAYDINIZ
Nə Məcnun, nə Kərəm doymadi yardan,
Məhəbbət doğulub bir ilk bahardan.
Şerimə ilhami alardim hardan,
Ey eşqim, ey gözüm, olmasaydiniz?
Yuxusuz qalaraq qaranliq gecə,
Könlümdə karvan tək çəkilən köçə
Ürək sözlərimi açardim necə,
Ey şerim, ey sözüm, olmasaydiniz?
Aydinliq deyərək zülməti yardim,
Yüz hicran yurduna sevinc apardim.
Bəlkə də, böhtana məğlub olardim,
Ey məslək, ey dözüm, olmasaydiniz.
1966 dekabr
Xəyal cığırı – I cı̇ld
235
ANARSAN MƏNİ
Düşsə yolun bir çəmənə,
Salam yetir hər sevənə.
Mən olmasam, dönə-dönə
Anarsan məni.
Sənə yeni eşq oxunsa,
Əllərinə əl toxunsa,
Deyirəm ki, susa-susa
Anarsan məni.
Günlər bir-bir ötüşəndə,
Pəncərədən gün düşəndə,
Günəş ilə görüşəndə
Anarsan məni.
Məhəbbətə olma yaman,
Ömrün çəkər hey dad, aman,
Yada salib, zaman-zaman
Anarsan məni.
1966 dekabr
Tofiq Məhəmməd oğlu Hüseynzadə
236
HEYKƏL
Dünən ömür sürən insan
Bu gün daşdan durur heykəl.
Hər ağrini bu dəm ansan,
Nalələr də hey qoparsan
Anlamayib susur heykəl,
Bir daş kimi durur heykəl.
– O insanla tez ol, dalaş!
Dil vermədi neçün əzəl.
Bacarmirdi heykəltəraş,
Qəlbi niyə edir təlaş?!.
Desəm, yenə susur heykəl,
Bir daş kimi durur heykəl.
Ürək doğma öz ananin,
Pis gününə hey yananin.
Sən qirmisan bir sözünü,
Osa deyib «Sən, dön daşa!»
Bax bu günkü axan yaşa,
O, didərək bərk özünü,
Deyir: «Oğul! Aç gözünü.
Bircə addim atsan, bari,
Könlüm düşər dərddən ayri.»
Deyib, daş tək düşür yerə,
Bir dağ çəkir görənlərə.
Anlamayib, susur heykəl,
Bir daş kimi durur heykəl.
1966 dekabr
Dostları ilə paylaş: |