www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
57
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Bunun əksinə olaraq, bilik isə öz məxsusi amacına görə
faydalıdır. İstər əyani, istərsə də qiyabi təhsil alıb bilik
qazanan birisi nəticədə bilikli, ümumiyyətlə, təhsilli şəxsə
çevrilir. Liberal humanitar təhsilin idealı da məhz budur.
Amma postmodern cəmiyyətdə bilik funksional rol
oynayır. Belə ki, öyrənilən biliklər sadəcə, yadda
saxlamaq üçün deyil, onlardan istifadə məqsədilə
mənimsənilir. Sarapın qənaətinə görə, bugünkü təhsil
siyasəti təhsilin anlaşılmaz, humanist idealından daha çox
bacarıqlar və məşğələlər üzərində qərarlaşıb. Bu məsələ
İngiltərədə xüsusilə aktualdır. Orada belə bir sual ciddi
şəkildə tez-tez verilir: "Sən elmi dərəcənlə NƏ
EDƏCƏKSƏN?"
Postmodern cəmiyyətlərdə bilik təkcə faydalılıq
prizmasından xarakterizə edilmir. Burada modern
cəmiyyətlərdən fərqli olaraq, bilik yayınlanır, qorunur və
tənzimlənir. Unutmaq olmaz ki, elektron kompüter
texnologiyalarının zühuru cəmiyyətimizdə biliyin istehsal,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
58
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
yayın və istehlakını kökündən dəyişdirib. Lyotard bildirir
ki, postmodern cəmiyyətlər üçün mühüm məsələ nəyin
bilik (və nəyin "skandal") olması qərarına gəlinməsi və
nəyin lazımlı olması qərarının kim tərəfindən verilməsidir.
Bilik barədə belə qərarlar verilərkən köhnə modern -
humanist keyfiyyətlər buraya cəlb olunmur: misal üçün,
biliyi həqiqət kimi texniki keyfiyyətinə, yaxşılığı və
ədaləti etik dəyərinə, gözəlliyi estetik xüsusiyyətinə görə
qiymətləndirmək. Vitgensteyn kimi, Lyotard da göstərir
ki, kifayət qədər bilgi dil oyununun paradiqmasına gətirib
çıxarır. Mən burada Vitgensteynin dil oyunları ideyasının
təfərrüatına varmaq istəmirəm, ona görə ki, Sarap bir
məqaləsində bu məsələnin geniş izahını artıq verib.
Postmodernizmlə bağlı çoxlu suallar verilir. Və ən əsası
siyasət də buraya cəlb olunur. Ancaq verilən suallar
arasında aşağıda qeyd etdiyimiz sual daha populyardır:
Fraqmentasiyaya, davamsızlığa, performansa və qeyri-
sabitliyə qarşı olan bu cərəyan xeyirlidir, yoxsa zərərli?
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
59
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Bunun müxtəlif cavabları var. Hətta danılmazdır ki,
müasir cəmiyyətimizdə pre-postmodern dövrə (modern-
humanist-maarifçilik) qayıtmaq arzusundan doğan meyllər
mühafizəkar siyasi, dini və fəlsəfi qrupları
postmodernizmə qarşı birləşdirir. Həqiqətən də,
postmodernizm dini həqiqətin "aparıcı mövzular"ını şübhə
altına alıb, dinə müqavimət şəklində təzahür edir. Ona
görə postmodernizmin bir mənası da dini
fundamentalizmə üsyan forması kimi başa düşülür. Bu
məsələ Birləşmiş Ştatlarda bəlkə də ən açıq-aşkar, adi bir
şeydir. Amma müsəlman fundamentalizminin hökm
sürdüyü Yaxın Şərqdə dini, etik, gənələksəl və s. kimi
dəyərləri - aparıcı mövzuları dekonstruksiya etdiyi üçün
Salman Rüşdinin "Şeytan Ayələri" kimi postmodern
kitablar qəti qadağandır. Mühafizəkarlıq və
fundamentalizm ilə postmodern rədd arasındakı
assosiasiya qismən də olsa, postmodern etirafın dolaşıq,
fraqment meyllərinin nə üçün liberallara və radikallara
cəlb olunmasının səbəbini izah edə bilər. Elə bu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
60
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
keyfiyyətlərinə görə də, Sarap, Flaks və Batler kimi bir
çox feminist teoristlər postmodernizmi çox cəlbedici
hesab edirlər. Postmodernizm qlobal mədəniyyətin
istehlakına qoşulmaq üçün alternativlər təklif edən
cərəyan kimi özünü göstərir. Amma burada istehlak
malları və bilik formaları hər hansı bir fərdi nəzarətsiz
şəkildə, güclə istehlakçıya təqdim olunur. Postmodernizm
bu alternativləri hər hansı bir zəruri fəaliyyətin (və ya
sosial mübarizənin) lokal, məhdudiyyətli və partiyalı
(amma effektiv) düşüncəsi üzərində cəmləşdirir. "Aparıcı
mövzular"ı rədd etməklə, spesifik məqsədləri bir yerə
cəmləşdirməklə postmodern siyasət qlobal təmayüllərdən
təsirlənmiş lokal situasiyaları ehtimalsız nəzəriləşdirməyin
üsullarını təklif edir. Deməli, postmodern siyasətin devizi
"qlobal düşünüb, lokal hərəkət et"məkdir. Heç bir böyük
layihədən və aparıcı plandan narahat olmayın.
Müəllifin icazəsi ilə ingiliscədən çevirdi:
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
61
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Elmar Vüqarlı
Qaynaq:
http://xariciedebiyyat.azeriblog.com/2007/09/18/professor
-meri-klages-postmorernizm
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
62
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Dostları ilə paylaş: |