www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
69
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Başqa bir tənqidi-publisistik yazıda isə oxuyuruq: "g
Tarixə saxta münasibət və ideyaca antibəşəri, antiinsani
münasibət, bir sözlə, əgər belə demək mümkündürsə,
ideyaca bu qədər ziddiyyətli və zərərli motivlər üstün-də
qurulmuş, qələmə alınmış əsər ("Yarımçıq əlyazma"
romanı nəzərdə tutu-lur - T.S) yaşarlılıq qazana bilməz,
bədii cəhətdən nə qədər güclü olursa-ol-sun" (Ə.R.Xələfli.
"Yarımçıq əlyazma"nın qalanıg "Kredo" qəzeti, 5 mart
2005-ci il)
Bu "oxu"lar oricinal deyil və öz başlanğıcını müəllif
"oxu"sundan götürür və son nəticədə də romanın yazılma
məntiqini aşkarlaya bilmir. Ona görə də hər iki
tədqiqatçının şərhlərində "Yarımçıq əlyazma" müəllif
"mətn"indən çıxıb bədii əsər statusu qazana bilmir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
70
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Bütün hallarda məqalə müəllifləri "Yarımçıq əlyazma"
mətninin diktə etdiyi bədii həqiqətlərdən yox, "Kitabi-
Dədə Qorqud" mətninin "Yarımçıq əlyazma" mətnindəki
təhrifindən danışmağa üstünlük verirlər. Romanda Dədə
Qorqud, Qazan xan, Beyrək, Burla xatun və b. ədəbi-
mifoloci obraz-ların xarakterinin təhrif olunması, milli-
tarixi varlığımıza xəyanət edilməsi kimi fikirlər roman
mətninin təlqin etdiyi həqiqətlər deyil, "Yarımçıq əlyaz-
ma" mətninə "Kitabi-Dədə Qorqud" mətni kimi qiymət
vermək tendensiya-sından qidalanır.
Romana qarşı kəskin tənqidi münasibətlərdə qoyulan
bədii-estetik tələb ondan ibarətdir ki, milli-mənəvi
varlığımızın dayaqları kimi tapındı-ğımız mifoloci
obrazlar öz təbiətlərindən niyə çıxarılıb? Başqa sözlə,
Kamal Abdullanın Beyrəyi, Qazan xanı, Dədə Qorqudu,
Burla xatunu biz tanıdı-ğımız Beyrək, Qazan xan, Dədə
Qorqud, Burla xatun deyil. Bu, doğrudan da, belədir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
71
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Dastan qəhrəmanları ilə roman qəhrəmanları tamam
başqa-başqa adamlardır. Bu belə də olmalıdır, ilk növbədə
ona görə ki, bu obrazlar fərqli zamanların bədii düşüncə
məhsullarıdır. İkinci bir tərəfdən Dədə Qorqud, Qazan
xan, Beyrək, Burla xatun kimi tanıdığımız bu insanlar
tarixi şəxsiyyətlər deyil, dastan qəhrəmanlarıdır və həmin
qəhrəmanları eyni xarak-terdə, eyni səciyyədə roman
qəhrəmanına çevirmək ciddi yazıçı məqsədi ola bilməz.
Başqa sözlə, bu mahiyyətcə K.Abdulladan dastanın roman
variantını yaratmaq tələbidir və yazıçının bu tələbin
ardınca getməməsi də təbiidir. Ə.cahangirin məqaləsində
oxuyuruq: "Mifik düşüncəyə bütün bələdliyi ilə bərabər
Kamal Abdulla çağdaş insandır və məsələlərə sosial-tarixi
qatdan yüksəkdə duran ilahi bir ucalıqdan baxdığını
düşünsə də, əslində, çağdaş dövrün gözü ilə baxır." (Əsəd
cahangir. Gösətərilən məqaləsi, səh.251) Ə.R.Xələfli də
məsələyə, demək olar ki, eyni baxış bucağından yanaşır!
"g Mən başa düşürəm, "Yarımçıq əlyazma"nı yazdıran bu
günün həqiqətləridir. Siz həyəcan təbili çalmaq
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
72
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
istəyirsinizg Bir də unutmayaq ki, bədii əsərin gücü tarixi
həqiqətə nə qədər söykənməsindən də çox asılıdır."
(Ə.R.Xələfli. "Yarımçıq əlyazma"nın yarısıg "Kredo"
qəzeti, 26 fevral 2005-ci il) "Yarım-çıq əlyazma"da
məsələlərə "çağdaş dövrün gözü ilə" və "bu günün
həqiqət-ləri" ilə baxılması qənaətləri tənqidçilərə bədii
mətnin intuitiv olaraq təlqin etdiyi doğru qənaətlərdir.
Lakin bu mülahizələrdə intuitiv olaraq dərk edi-lənlər
düzgün elmi-nəzəri şərhini tapmamışdır. Tənqidçilər
"Yarımçıq əlyaz-ma"nın bədii həqiqətində ifadə olunan
müasirliyi roman müəllifinin tarixi həqiqəti
"müasirləşdirməsi" kimi qəbul edirlər. Tənqidçilərin bu
mövqeyin-dəki yanlışlıq "Yarımçıq əlyazma"nı tarixi bir
əsər kimi qəbul etmək tenden-siyasından qidalanır.
Halbuki "Yarımçıq əlyazma" bütövlükdə tarixi planda
yazılmamışdır. Romandakı Dədə Qorqudla bağlı hissə
müasir həyat və müa-sir insan kontekstində yazıçı
görümünün ifadəsidir, yazıçının dünyaduyumu-dur.
"Yarımçıq əlyazma"da tarixən saf və bütöv olan
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
73
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
əxlaqımızın (istər sosial-siyasi, istərsə də mənəvi-əxlaqi)
getdikcə daha artıq sapıntıya uğraması, əxlaqi
kataklizimlərin son həddi göstərilir. Bu romanda tarixi
materiala (fikrimizcə daha çox sücet və ya motiv
səviyyəsində) tamam başqa bir estetik funksiya
verilmişdir. Bütün mahiyyət də bu, estetik funksiyanın
düzgün dərk olunmasında, elmi açılışındadır. Etiraz edib
deyə bilərlər ki, o halda tarixi sücetə və ya motivə nə
ehtiyac vardı, müasir həyatı elə müasir həyat materialları
ilə yüksək ideya-estetik bütövlükdə ifadə etmək də olardı.
(Orasını da qeyd edək ki, bu cür mülahizələr artıq
səslənib: "İndi mən düşünürəm: tarixin bir məqamını
açmaq üçün həqiqətən daha gücsüz olan, fiziki cəhətdən
üzə dura bilməyən məqamını qurban vermək gərəkdirmi?
Nə qədər ədalətlidir bunun üçün Dədə Qorqud dövrünün
hədəf seçilməsi?") (Ə.R.Xələfli. "Yarımçıq əlyazma"nın
dörddə biri. "Kredo" qəzeti, 19 fevral 2005-ci il.)
"Yarımçıq əlyazma"da Dədə Qorqud dövrü hədəf
seçilməyib, istinad nöqtəsi seçilib. Dədə Qorqud dünyası
Dostları ilə paylaş: |