www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
52
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
"düzən" və "düzənsizlik" arasında qərarlaşan davamlı,
ikiqat ziddiyyətlərə etibar edilir. Ona görə də, belə
cəmiyyətlərin havadarları bundan çıxış edib, "düzən"in
üstünlüyünü iddia edə bilirlər. Əslində modern
cəmiyyətlərin aparıcı qüvvələri davamlı "düzənsizliy"i
özləri yaradır. Bunun da səbəbi "düzənsizliy"i təcəssüm
etdirən halları əldə əsas tutub, özlərinə bəraət və rəğbət
qazanmaqdır.
Rasional modern cəmiyyət ağıldankənar hər bir halı
"düzənsizliy"in tərkib hissəsi kimi göstərir və bunu
düzənə əngəl adlandırıb aradan qaldırır. Yenə də əsas son
məqsəd sosial sabitliyə nail olmaqdır. Françoys Lyotard
belə sabitliyi (stabilliyi) "totalitarlıq" ideyası və ya
totalitarizm sistemi ilə bərabər tutur. Və Lyotard
inandırmaq istəyir ki, modern cəmiyyətlərdə totalitarlıq,
stabillik və düzən mövcud siyasi sistemin tələbindən
doğan "aparıcı mövzu"nun və ya "siyasi süjet-tematik
mənzərə"nin əksini, praktika və inanc səviyyəsinə qaldırıb
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
53
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
özündə sərgiləyən spesifik mədəniyyətlər vasitəsi ilə
qoruyur. Əgər Amerika mədəniyyətində "aparıcı
mövzu"nu nəql etmək istəsək, o zaman görərik ki,
demokratiya dövlətin daha çox maarifləndirmə (rasional)
modelidir və bu demokratiya bəşəriyyəti ümumbəşəri
xoşbəxtliyə yönəldəcək. Ümumiyyətlə, Lyotarda görə, hər
bir ideologiyanın və inanc sisteminin öz aparıcı mövzusu
var. Məsələn, marksizmdə "aparıcı mövzu"nu özündə
ehtiva edən ideya budur ki, kapitalizm özü öz içindən
dağılacaq və utopik sosialist dünyası inkişaf edəcək.
Aparıcı mövzunu meta-nəzəriyyə, yaxud meta-ideologiya
kimi başa düşmək lazımdır. Çünki onun özü elə hər hansı
bir ideologiyanı izah edən ideologiyadır (marksizmdə
olduğu kimi). Lyotard inandırmağa çalışır ki, biliyin ali
forması olan elm də daxil olmaqla, modern cəmiyyətlərin
bütün aspektləri belə aparıcı mövzulardan asılıdır.
Bunun əksinə olaraq, postmodernizm isə aparıcı
mövzuların tənqididir. Eyni zamanda da postmodernizm
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
54
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
belə doqmatların mövcud ziddiyyətləri və dayanıqsızlığı
yalnız və yalnız maskalamağa xidmət göstərdiyini xəbər
verir, başqa sözlə desək, həmişə "düzən" yaratmağa edilən
hər bir təşəbbüsün, eyni dərəcədə də "düzənsizliy"in
yaradılmasını tələb etdiyini göstərir. Amma "aparıcı
mövzu" bu kateqoriyaların konstruksiyasını
"düzənsizliy"in HƏQİQƏTƏN xaotik və zərərli,
"düzən"in isə HƏQİQƏTƏN rasional və faydalı nəticələr
verdiyini hökm şəklində əlində əsas tutub, bu istiqamətdən
izah edərək, maskalayır.
Postmodernizm "aparıcı mövzular"ı rədd edib, "mini
mövzular"a üstünlük verir və geniş miqyaslı, universal,
qlobal məsələlərdən daha çox kiçik təcrübələri, lokal
olayları əks etdirir. Postmodern "mini-mövzular" adətən
situasional, ötəri, gözlənilməz və müvəqqəti olur. Belə
mövzular ümumbəşəriliyi, həqiqəti, səbəbi və stabilliyi
iddia etmir. Maarifçi fikrin digər mühüm aspektini
(mənim əlavə etdiyim 9-cu bəndi) təşkil edən "sözlər
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
55
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
fikrin və obyektin təcəssümünə xidmət göstərməli, onun
(yəni sözün) arxasında heç bir başqa funksiya
durmamalıdır" prinsipini müəyyənləşdirir. Ona görə də,
modern cəmiyyətlər hər zaman proqnozlaşdırılmış
ehtimallara bildirilən münasibətlərin reallığına əsaslanır.
Amma postmodernizmdə sözlə fikir və obyekt arasında
əlaqə pozulur. Çünki burada daimi, sabit reallıq ideyası
yoxa çıxır. Daha doğrusu, postmodern cəmiyyətlərdə
yalnız mahiyyətsiz zahir, ehtimalsız münasibət bildirənlər
olur. Bunu başqa yolla izah edən Cean Baundrillarda görə,
postmodern cəmiyyətdə orijinallıq olmur, yalnız
kopyalama, köçürmə, özünün dili ilə desək, "zahiri
oxşarlıq" olur. Siz misal üçün, rəssamlıq və heykəltəraşlıq
əsəri barəsində düşünüb, bir tərəfdə Van Qoqun orijinal
bir əsərini, digər tərəfdə isə onun minlərlə surətini
(kopyasını) təsəvvürünüzə gətirə bilərsiniz. Amma dəyər,
xüsusilə valyuta dəyəri baxımdan orijinal əsər ən yüksəyi
və ən qiymətlisidir. Əslində rəsm əsərlərinin üzü onları
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
56
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
divardan asmaq və ya zirzəmidə saxlamaq üçün
köçürülmür. Bunu cd-lər və lent yazıları ilə müqayisə
etsək, eynən rəsm əsərlərində olduğu kimi görərik ki,
onlar da orijinal deyil. Daha doğrusu, bu surətlərin hamısı
eynidir, sadəcə, onların bəlkə də milyonlarla surətləri
vardır və hamısı da (təxminən) eyni məbləğdə pula satılır.
Baundrillardın başqa "zahiri oxşarlıq" versiyasına misal,
virtual reallıq konsepsiyasıdır. O, əsaslandırmaq istəyir ki,
burada da orijinal olmayan zahiri oxşarlıqla virtual
"reallıq" yaradılır və o, buna dəlil kimi, xüsusilə
kompüterlərdəki oyunları ("Sim Şəhərinin düşüncəsi",
"Sim Qarışqa" və s.) göstərir.
Postmodernizm biliyin təşkilatı məsələsi ilə də məşğul
olur. Modern cəmiyyətlərdə bilik elmə bərabər tutulur və
bədii əsərlərə qarşı qoyulur. Bildirilir ki, elm faydalı
bilikdir, bədii əsər isə zərərli, primitiv və irrasionaldır.
Çünki özündə qadınları, uşaqları, ruhi xəstə - qeyri-
normal insanları, bir sözlə, primitivlikləri əks etdirir.
Dostları ilə paylaş: |