www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
63
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Təyyar Salamoğlu
"YARIMÇIQ ƏLYAZMA" POSTMODERNİZM..."
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
64
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
"YARIMÇIQ ƏLYAZMA" POSTMODERNİZM VƏ
POLİFONİK ROMAN KONSEPSİYALARININ
SİNTEZİNDƏ
Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı 2004-cü
ilin ədəbi prosesinin məhsuludur. Keçən bu az müddət
ərzində ədəbi mü-hitdə romanla bağlı mübahisə və
müzakirələr onu ilin romanı kimi qiymətləndirməyə ciddi
əsas verir. Müəllif özü romanla bağlı otuz yazı çıxması
haqqında məlumat versə də, əsəri "Azərbaycan
ədəbiyyatından olay" kimi qiymətləndirən türkiyəli yazar
İrfan Ülkünün "Azərbaycanın Umberto Ekosu" adlı
internet yazısında qəzetlərdə, ədəbiyyat dərgiləri və
İnternet səhifələrində əsərlə bağlı üç yüzdən artıq yazının
çap olunması, rus və fransız dillərinə tərcüməsinin işıq
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
65
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
üzü görməsi, yaxın zamanda türk dilinə də çevriləcəyi
haqqında məlumat verir.
Azərbaycan ədəbiyyatının, tənqid və
ədəbiyyatşünaslığının bir çox tanınmış nümayəndələri -
T.Hacıyev, N.cəfərov, Anar, A.Hüseynov, Z.Yaqub,
Ə.Cahangir, E.Hüseynbəyli, Ə.R.Xələfli və b. romanla
bağlı müəyyən mülahizələr söyləmişlər. Bu fikirlərdə
romanın sənət faktı kimi təsdiqi və inkarı ilə bağlı
müəyyən polemik mövqe nümayiş etdirilmişdir.
Tənqidçi Ə.Cahangir yazır: "Postmodernist yazıçı kimi
Kamal Abdul-lanın düşüncəsində zamanlar arasındakı
fərq silinib, buna görə onun romanı-nın dilini çıxmaq
şərtilə əsərdə ənənəvi tarixi əsərlər üçün səciyyəvi olan
xüsusi kolorit yoxdur" (Ə.Cahangir. Dəmirbaşlar. "Körpü"
jurnalı, 2005, ¹1, səh. 251). Fikrimizcə, posmodernist
yazıçının əsərində "ənənəvi tarixi əsərlər üçün səciyyəvi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
66
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
olan xüsusi kolorit" axtarmaq məntiqi görünmür. Nəzərə
alsaq ki, "postmodernizm "qaydasız döyüşdür" və bu
zaman rəssam və ya yazıçı qaydasız işləyir, onun əsas
vəzifəsi hazır qaydalar əsasında nəsə növbəti bir şey
yaratmaq yox, hələ yaranmaqda olan əsərin qaydasını
müəyyənləşdirməkdir" (İlya İlin. Postmodernizm XX
əsrin sonunun ruhi konsepsiyası kimi. Tərcümə -
interpretasiya Ə.cahangirindir. "Azərbaycan", 2005. ¹6.
səh.), onda bu romanı ərsəyə gətirən prinsipləri, "qaydasız
döyüş" qaydalarını müəyyənləşdirmək daha elmi variant
kimi görünür.
Fikrimizcə, bu zaman postmodernist estetika üçün çox
səciyyəvi olan cəhətə xüsusi diqqət yetirmək zəruridir.
"Postmodernist konsepsiyaya görə, yaradıcı demiurq
statusundan məhrum olmuş sənətkar əsər yox, mətn
yaradırg Əslində hər bir oxucu mətnin yaradıcısı statusu
qazanır. Məhz buna görə də "hər bir mətn daim (oxucu
tərəfindən - Q.Q.) burada və indi yazılır." (R.Bart)"
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
67
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
(Q.Quliyev. Postmodernizim. "Azərbaycan", 2005, ¹9,
səh.180.)
"Yarımçıq əlyazma" romanı təhlil edilərkən əsərə
yanaşmadakı birinci prinsipial yanlışlıq Kamal Abdullanı
roman mətninin yox, romanın müəllifi kimi qəbul
edilməsi ilə baş verir. Halbuki postmodernist estetikaya
görə, mətn təkcə müəllif oxunuşunda romana çevrilmir, o
həm də hər bir oxu-cunun qavrayışında yenidən "oxunur"
və "yazılır". "Yarımçıq əlyazma"nın bizə məlum
təfsirlərinin hamısında mətnin müəllif "oxu"su əsas
götürül-müşdür. Fikrimizcə, əsərə bütün kəskin tənqidi
yanaşmalar öz başlanğıcını burdan götürür.
Romanın bədii materialını təşkil edən "Yarımçıq
əlyazma" mətninin "Kitabi-Dədə Qorqud" dastanın ilkin
variantı, bu dastanı yazmağa hazır-laşan dastan
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
68
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
müəllifinin hazırlıq qeydləri olması fikri bədii mətnə
münasi-bətdə hər hansı bir tədqiqatçının və ya oxucunun
müstəqil olaraq gəldiyi qənaət deyildir. "Yarımçıq
əlyazma" deyilən mətnin özündə də buna aid heç bir işarə
yoxdur. Bu fikir mətn müəllifinə məxsusdur və bədii
mətnə "ön söz" kimi düşünülmüş parçalarda özünə yer
tapmışdır: "Əslində bu belə olub!" - Yarımçıq Əlyazma
bunu deyir. "Amma gələcək nəsillər bunu belə yox, məhz
bu cür duyub qəbul etməlidirlər!" Dastanın Mətni də bunu
deyir"
Tənqidçi Ə.cahangir yazır: "Kamal Abdullanın bu
kitabı insana qar-şıdır: hamıdan hər şey gözləmək olar.
Kamal Abdulla eyni zamanda Dədə Qorqud haqqında
kitablar müəllifi kimi özü-özünə qarşı çıxır, özü-özünü
inkar edir." (Göstərilən məqaləsi. s.251.)
Dostları ilə paylaş: |