www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
80
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
M.Süleymanlının mövzu, ideya, obrazlar sistemi, ən
başlıcası isə ümumi ruhu baxımından "Kitabi-Dədə
Qorqud" dastanı ilə bağlı olan "Köç" romanı haqqında biz
vaxtilə yazmışdıq ki, "romanda eyni adı daşıyan, lakin
müxtəlif zaman kəsiklərində yaşayan və fərqli səciyyələrə
malik obrazlar var. Məsələn, Hürü qarı, Bəkil, İmir həm
ikinci, həm üçüncü zaman kəsiklərində yaşayan, müxtəlif
taleli obrazların adıdır. Buna görə də, obrazlara qiymət
verərkən müxtəlif zamanlarda yaşayan eyni adlı
qəhrəmanları fərqləndirmək lazımdır. Birinci zaman
kəsiyindəki Bəkil obrazı ilə üçüncü zaman kəsiyində
yaşayan Bəkili xarakter, hadisələrə münasibət, əqidə
baxımından ayırmaq lazım gəlir. Roman qəhrəmanları
özlərini təqdim edəndə adqoymadakı bu şərtilikləri hətta
özləri də nəzərə alırlar:
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
81
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
- Adın nədi, mənim adım Çiçəkdi.
- Mənim adım Bəkildi.Dördüncü Bəkiləm,
Babalarımın adıdı, yeddinci Bəkil çox güclü, çox iri adam
olacaq.
- Mən də yeddinci Çiçəyəm, yeddi nənəmin adı Çiçək
olub . " (Bu ba-rədə geniş bax: T,Salamoğlu. Müasir
Azərbaycan romanının poetikası. Bakı. "Elm", 2005, səh,
188-189)
Bu məntiqlə "Yarımçıq əlyazma" romanına yanaşsaq,
yeddi arxa dönəninin adı Bəkil, Çiçək olan bir xalqın
çağdaş həyatından bəhs edən və sücet xəttinin "Kitabi-
Dədə Qorqud" dastanından alan bir əsərin qəhrə-
manlarının adının Bəkil, Çiçək, yaxud Qazan, Dədə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
82
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Qorqud, Burla Xatun olmasında qeyri-məntiqi heç nə
yoxdur. Lakin "Yarımçıq əlyazma" roma-nındakı
qəhrəmanları adlandırmadakı şərtiliyin məntiqi ancaq bu
deyildir. Roman qəhrəmanlarının bu cür adlandırılması
müəllif niyyətinin ciddi-liyindən və əhatəliliyindən irəli
gəlir. Müəllifin gerçək roman təfəkküründən xəbər verir.
Məhz roman qəhrəmanlarının dastan qəhrəmanlarının adı
ilə zühur etməsi ikinciləri də bədii inikas arsenalına daxil
edir. Romanın əhatə etdiyi zamanın hüdudları mifik
keçmişə doğru genişlənir. Mifik zaman qatındakı milli-
tarixi varlığımızla çağdaş zamandakı varlığımız müqayisə
predmetinə çevrilir: "Postmodernistlərin fikrincə, mətn
heç vaxt avtonom şəkildə mövcud olmur. Əslində,
postmodernizmin mətnə bu konseptual münasibətinin
əsası M.Baxtin tərəfindən qoyulmuşdur; tədqiqatçı
F.Dostoyevskinin "polifonik" (çoxsəsli) roman
konsepsiyasını təhlil edərkən onun əsərlərindəki mətnlərin
ondan əvvəl və onunla eyni zamanda mövcud olan
mətnlərlə dialoqa girməsi fenomenini üzə çıxarmışdır."
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
83
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
(Q.Quliyev. Göstərilən məqaləsi. səh.180.) Əslində bu
fikir postmodernizmin nəzəri prinsiplərindən birinin elmi
şərhidir. Belə ki, postmodernizm nəzəriyyəsində mətnlərin
qarşılıqlı şəkildə təsiri mühüm yer tutur və fransız alimi
C.Canet "İkinci dərəcəli ədəbiyyat" əsərində
intertekstuallıq (bir mətndə iki və daha artıq mətnin
mövcudluğu), metatekstuallıq (mətndə özündən əvvəlki
mətnin izahı) və s. kimi beş tipini müəyyənləşdirir. (Bu
barədə geniş bax: İlya İlin. Göstərilən məqaləsi. səh.169.)
"Yarımçıq əlyazma" romanının ("Yarımçıq əlyazma"
mətninin yox) bədii materialı "Yarımçıq əlyazma" mətni
ilə bərabər "Kitabi-Dədə Qorqud" dastanınn mətnindən
ibarətdir. Faktik "Kitabi-Dədə Qorqud" mətni oxucunun
yaddaşındadır. Oxucu yaddaşında "görüşən" "Yarımçıq
əlyazma" mətni ilə "Kitabi-Dədə Qorqud" mətni "dialoqa
girir". Postmodernist romanı "oxuyan" oxucunun əsərin
sücet-kompozisiya siste-minə dekonstruksiya prinsipi ilə
yanaşması zərurəti və romanı destruksiya (sökmə) və
konstruksiya (quraşdırma) əsasında idrakı ehtiyacı da
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
84
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
burdan doğur və məhz bu zaman romanın həqiqi bədii
dərkinə yol açılır.
Romanda mənəvi və real tarixi keçmişimizə nihilist
münasibətlə bağlı tənqidi mövqe, fikrimizcə, keçmişə
ironiyalı və ya şübhəli baxışı postmoder-nizmin nəzəri
prinsiplərindən biri kimi fəhm etməklə də bağlıdır.
Halbuki, postmodernizmdə keçmişə ironiyalı və ya
şübhəli baxış mütləq prinsip deyil. C.Canetin nəzəri
görüşlərində postmodernizmin bu prinsipi metatekstuallıq
adlanır və terminin məzmunu aşağıdakı kimi açılır:
"Mətndə özündən əvvəlki mətnin izahı və çox vaxt ona
tənqidi münasibət". (İlya İlin, göstərilən məqaləsi, səh.)
Göründüyü kimi, postmodernizmində özündən əvvəlki
mətnə münasibət var, amma bu həmişə tənqidi münasibət
demək deyil.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
85
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
"XX əsrin sonunun ruhi konsepsiyası kimi" (İlya İlin)
postmo-dernizmin konseptual əsasında keçmişə (mənəvi
dəyərlərə və irsə) qayıdış əsas istinad nöqtələrindən
biridir. "Çağdaş postmodernist fikrin öncüllə-rindən olan
Umberto Eko (məşhur italyan alimi və yazıçısıdır.
"Qızılgülün adı", "Fukonnu yayı", "Ada" və "Baudolino"
romanlarının, modernizmə və postmodernizmin
estetikasına dair araşdırmaların müəllifi kimi məşhurdur-
T.S.) belə hesab edir ki, postmodernizm modernizmdən
fərqli olaraq keçmiş-dən imtina etmir və onu qəbul edir"
(Q.Quliyev. Göstərilən məqaləsi. səh. 179.) "Yarımçıq
əlyazma"da keçmişə qayıdışı, klassik dəyərlərə istinadı
çağdaş həyatın problemləri doğurmuşdu. Keçmiş çağdaş
zamana, dünyaya təsir vasitəsi idi, obrazlı demiş olsaq,
roman çağdaş dünyanın "çürümüş əzalarını" keçmişin
hesabına bərpa etmək istəyidir.
Dostları ilə paylaş: |