www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
91
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
keçməyən, hamı ətrafına öz şahlıq və mürşid mərtəbəsin-
dən baxan bir sahibəzzaman, bir şəxsi-müqəddəs idisə və
özü də buna sözsüz inanırdısa, Xətai (Xızr olmalıdır -
T.S.) bir o qədər həlim, xoşxasiyyət, sülhməramlı insan
idi." Lələ Hüseyn bəyin düşüncələri ona görə reallığın
bədii ifadəsi kimi səslənə bilir ki, biz onun hər bir
hərəkətində və əməlində Şah İsmayıla sonsuz rəğbətini və
sədaqətini müşahidə edirik. Çaldıran döyüşündən sonra on
il əsirlik həyatı yaşayan Hüseyn bəy Lələnin həyatın hər
cür əzablarına sinə gərmək, dözmək gücü verən Şah
İsmayıla məhəbbəti, ona qovuşmaq istəyidir. Əsirlik
həyatından qurtarıb Şah İsmayılın ayaqları altında ölmək
onun üçün ən müqəddəs arzudur. O daim bu arzuya can
atır. Lakin "xoşbəxtlik" məqamında faciə ilə üzləşəndə
isə- həqiqi Şah İsmayıl əvəzinə oxşarı ilə görüşəndə
aldandığını, bütün ümidlərinin puç olduğunu görür. Bu
məqamda Lələ Hüseyn bəy cismən ölməmişdən qabaq
mənən ölür.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
92
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Lələ Hüseyn bəyin bu hərəkəti bir insan və hökmdar
kimi Şah İsmayılın bütövlüyünü, daxili zənginliyini, başqa
sözlə kamil insan xarak-terini təcəssüm etdirir.
Şah İsmayılla bağlı sücetin real plandakı "oxu"nuşu
belədir, lakin bu sücetin yeganə "oxu"nuşu deyil
Romana yazdığı "ön söz"lərin birində müəllif Şah
İsmayılla bağlı sücetin "daha çox tarixi yox, bədii bir
rəvayəti" xatırlatması mülahizəsini də irəli sürür.
Bu mülahizə qətiyyən təsadüf kimi irəli sürülmür və
demək lazımdır ki, dəqiq müşahidədən doğur. Eyni
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
93
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
zamanda, sücetin mənası ilə bağlı həqiqəti açmaq əvəzinə
bir qədər də örtüyə bürüyür, gizləyir.
Şah İsmayılla bağlı sücetdəki bioqrafik məzmun
müəllif bədii ifadə-sində məqsəd yox, vasitədir. Bu
sücetdə müəllif niyyəti başqa bir məzmun qatını önə
çıxarır.
Şah İsmayılla bağlı sücetin qəhrəmanı polifonik
səciyyəlidir. M.Baxtin Dostoyevskinin roman
qəhrəmanlarından danışarkən yazır ki, "əgər xəyalən
onların içərisində yaşadıqları (yaşatdıqları olmalıdır -
T.S.) ideyanı onlardan ayırsaq, onda onların obrazları
tamamilə dağılar. Başqa sözlə, qəhrəman obrazı ideya
obrazı ilə ayrılmaz şəkildə bağlıdır. Biz qəhrəmanı
ideyada və ideya vasitəsilə g ö r ü r ü k, ideyanı isə
qəhrəmanda və onun vasitəsilə g ö r ü r ü k". (M.Baxtin.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
94
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Dostoyevski poetikasının problemləri. Bakı. 2005,
səh.124). Şah İsmayılla bağlı sücetdə onun Çaldıran
döyüşündən sonra qeybə çəkilməsi bir çox hallarda tarixi
həqiqətin təhrifi kimi mənalandırılmışdır. O mənada ki,
tarixi mənbələrdə Çaldıran döyüşündən sonra Şah
İsmayılın bir neçə il hökmranlıq etməsi faktı mövcuddur.
Lakin söhbət tarixi yox, bədii materiala münasibətdən
gedir. "Yarımçıq əlyazma"da Şah İsmayıl tarixin yox,
daxilindəki ideyanın yükünü çəkir, Dostoyevskidə olduğu
kimi, "qarşımızda ideyanın obrazı yaranır (Baxtin). Şah
İsmayılın bütün hərəkətlərinin məntiqi onun daxilində
gəzdirdiyi ideya ilə izah olunandır. Batini saflıq və
bütövlük onun əqidəsidir. Bu əqidə onun bütün varlığına
hakim kəsildiyi üçün bu əqidə-ideyadan kənarda Şah
İsmayıl yoxdur. İnsan batinən saf və bütöv olmalıdır. Şah
İsmayılın bu ideyası mənbəyini mənsub olduğu dindən
götürür və mahiyyətcə insan həyatının mənası Mütləq
başlanğıca bağlılığındadır izahına gəlir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
95
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Şah İsmayıl Çaldıran döyüşündə məğlub olur. Tarixi
mənbələrdən də məlumdur ki, Sultan Səlimin qələbəsi
daha çox odlu silahın - xüsusən topların hesabına təmin
olunur. Şah İsmayıl Sultan Səlimin məhz bu cür qələbəsi
ilə barışa bilmir. Şah İsmayıl Sultan Səlimin qələbəsində
"şeytani" qüvvənin iştirakını dünyanın nizamının
pozulması kimi başa düşür və belə həyatı qəbul etmir.
Şahlıq taxtını öz oxşarına verəndə hərəkətinin
mənasını belə izah edir:
- Biz bir kimsəni aldatmırıq. Batilin bir mənası
yoxmuş, əsl məsələ zahirdə imiş. Saxla bunu huşundag
Mən bu boyda məmləkəti fəlakətdən saxlaya bilmədim.
Mən aradan çıxıram. Niyəsini heç sorma. Bilirsən, qula-
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
96
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
ğıma səs gəldi göydən: "Hamı səni sevənlər burdadı" dedi.
Şahi-Mərdanın səsiydi."
Bu sözlər ilk növbədə Şah İsmayılın Zamana etirazını
ifadə edir. Şah İsmayılın hiylə və məkrdən uzaq təbiəti
hiylə və məkr zamanının gəldiyini dərk edincə,
hökmdarlıq taxtında oturmağı özünə rəva bilmir. Bu
xarakterlə və bu zamanda "bu boyda məmləkəti fəlakətdən
saxlaya bilməyəcəyini" başa düşdüyü məqamda "mən
aradan çıxıram" deməsi tamamilə məntiqidir və türkün
xarakterini dolğunluğu ilə əks etdirir.
K.Vəliyev Şah İsmayılı Çaldıran döyüşündəki
məğlubiyyəti ilə Koroğlunun "indi bic əyyamıdı" deyib
"koroğluluğunu" yerə qoyması arasında məntiqi əlaqə
görməkdə tamamilə haqlıdır: "Çaldıran döyüşü və
ümumtürk faciəsinin bir dövrünün dastan dilindəki ifadəsi
Dostları ilə paylaş: |