www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
86
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
"Yarımçıq əlyazma"da Şah İsmayıl dövrünə qayıdış
da, Şah İsmayıl obrazı da yazıçının bu istəyi
gerçəkləşdirmə təşəbbüsünün variasiyalarından biridir.
Tənqidi ədəbiyyatlarda romanın bu xəttində Şah
İsmayılla bağlı tarixi həqiqətlərin, onun şəxsiyyətinin
təhrif və ya inkarı ilə bağlı çox ciddi tənqidi fikirlərin
səsləndiyini nəzərə alaraq, öncə bədii mətn materialı
əsasında tarixi həqiqətin bədii həiqətə çevrilməsinin
xüsusiyyətlərini aşkarlamağa çalışaq.
Romanda Şah İsmayılın həyatı və hökmdar kimi
fəaliyyəti bütün-lükdə yox, fraqmental olaraq təsvir
obyektinə çevrilmişdir. Şah İsmayıl Çaldıran döyüşü
ərəfəsində və zamanında bədii təsvir və təhlilin mərkəzinə
çəkilir. Şah İsmayılla bağlı hissələrdə sücet xətti üç əsas
obrazın taleyinə işıq salır: Şah İsmayıl, Lələ Hüseyn bəy,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
87
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Şah İsmayılın oxşarı Xızr. Hadisələr isə Şah İsmayılın bir-
birinin ardınca əldə etdiyi tarixi qələbələrdən faciəvi
Çaldıran döyüşünə doğru inkişaf edir. Əlbəttə, romanda
Şah İsmayılın Çaldıran döyüşünə qədərki tarixi
qələbələrinin təfsilatlı təsviri yoxdur. Ümumiyyətlə, epik
təfsilat bu roman üçün səciyyəvi deyil. Əsərdə Şah
İsmayılın tarixi qələbələrinə müəyyən işarələr var. Həmin
işarələr bizə Çaldıran döyüşü ərəfəsinə gəlib çıxan
hökmdarın böyük bir zəfər yolu keçməsi haqqında
təsəvvür yaratmağa qadirdir (əlbəttə ki, bu zaman
oxucunun Şah İsmayıl haqqında tarixi həqiqətlərə, onun
böyük qələbələrinə dair məlumata malik olması nəzərə
alınır). Şah İsmayılın Şeybani xan üzərindəki tarixi
qələbəsi hökmdarın döyüşqabağı düşüncələrində oxucu
yaddaşını oyadır və onunla birləşərək tarixi hadisənin
kifayət qədər əhatəli məzmunda idrakına imkan verir:
"Sabah ağır gün idi. Hərbi məşvərət çağırmışdı.
Düşüncəsi, fikri-zikri Şahın son zamanlar ancaq özbək
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
88
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Şeybani idi. Bilmirdi nə üçün, amma onun əlindən zəncir
çeynirdi."
Romanda Şah İsmayılın Şirvan səfərinə də işarə var.
Lakin bu işarə olub-keçmişlərin müəyyən münasibətlə
xatırlanmasından ibarət olsa da, məntiqi idrakın gücü ilə
bu nüans oxucuya(söhbət intellektual oxucudan gedir) çox
şey deyir. Lakin "Yarımçıq əlyazma"da Şah İsmayılın və
onun yaratdığı dövlətin taleyində böyük iz buraxan
Çaldıran döyüşü ən müxtəlif rakurslardan bədii təhlilin
predmeti olur. Bu döyüşlə bağlı epizodlarda biz Şah
İsmayılı sözün həqiqi mənasında öz tarixi xarakterində
görürük. Həm də Kamal Abdulla bu tarixi xarakteri
konkret çizgi və detalların rəsmi vasitəsilə tamamilə canlı
şəkildə təqdim edə bilir. Romanda oxuyuruq: "Osmanlı
Sultan Səlimlə Şahın döyüşü Çaldıran adında bir kənd
vardı, orda başladı. Şah özü döyüşə rəhbərlik edir,
sərkərdələri cinahlara bölür, hücum, yaxud geri
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
89
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
çəkilmələri barədə əmrlər verirdi." Çaldıran döyüşündəki
məğlubiyyətin obyektiv və subyektiv səbəbləri tarixçilərin
əsərlərində bütün təfərrüatı ilə öz əksini tapmışdır. Oxucu
da bundan xəbərdardır. K.Abdulla romanda Şah İsmayılı
son dərəcə ağıllı, hərbi işi bilən, ən çətin məqamlarda belə
özünü itirməyən cəsur bir sərkərdə kimi təsvir edir.
Gözümüzün önündə vəziy-yətdən asılı olaraq qəti qərarlar
qəbul edən, qoşunun döyüş taktikasını tez-tez dəyişən, son
ana qədər məğlubiyyətlə barışmaq istəməyən qəhrəman
bir sərkərdənin obrazı canlanır. Döyüşün ən ağır
məqamlarında kimsəyə hiss etdirmədən vuruş meydanına
atılıb, cəsarətlə döyüşməsi və belə döyüşlərin birində
düşmənin ən şöhrətli pəhləvanı Malbaşoğlunu qılıncla
ikiyə parçalaması epizodları Şah İsmayılın tarixi
xarakterini nəinki ən aydın cizgilərlə göstərir, həm də bu
tarixi xarakteri bir qədər də dolğunlaşdırır və tamamlayır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
90
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Nəzərə alsaq ki, Şah İsmayılın cəsur döyüşçü və
sərkərdə xarakteri haqqında eyni döyüş epizodu haqqında
müxtəlif səciyyəli insanlar - Şah İsmayıla fərqli münasibət
bəsləyən Lələ Hüseyn bəy və Xızr (epizodun danışıldığı
məqamda isə Şah) danışır, onda bu epizodun çılpaq
həqiqət olmasına heç bir şübhə qalmır. Yeri gəlmişkən,
orasını da deyək ki, həqiqətin bu şəkildə təqdimi
K.Abdullanın romanının davamlı üslub xüsusiyyətlərin-
dən biridir.
Şah İsmayılın tarixi şəxsiyyət və hökmdar kimi
xarakterinin dolğunluğu ilə təqdimində ətrafdakıların ona
münasibəti də əhmiyyətli rol oynayır.
Bu baxımdan Lələ Hüseyn bəy obrazı romanda xüsusi
məna yükünə malikdir: "Lələ göz qoyub fikir vermişdi.
Şah nə qədər kəskin, cəsarətli, heç kimin günahından
Dostları ilə paylaş: |