www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
232
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
sərgüzəştlər romanistikasını, qotik romanlarını,
tənqidçilərin nifrət etdiyi, lakin əsatirlər yarada biləcək və
bir neçə nəslin xəyallarını əyləndirən bir çox əsərləri
tərifləyir. Fidler, həm mətbəxtə, həm qonaq, həm də uşaq
otaqlarında eyni maraqla oxunan ―Tom dayının daxması‖
ilə müqayisə edilə biləcək bir ədəbi əsərin yaranacağını
guman edir. O, Şekspiri ―əyləndirməyi bacaranlar‖
siyahısına daxil edir və ―Küləklə aparılanlar‖la bir
cərgəyə qoyur. Fidleri çox nəcib tənqidçi tanıyanlara,
bilənlərə bu fikir inandırıcı görünmür. Sadəcə o,
incəsənəti əyləncədən ayıran divarı uçurmaq istəyir. O,
instinktiv olaraq duyur ki, geniş kütləyə çatmaq və onun
röyalarını ələ almaq heç də insanları yatızdırmaq deyil
fikrinə gəlib çatmağımıza bütöv bir imkan yaradır. Bəlkə
də əksinə: röyaları ələ almaq — müəmma, sirr
yollamaqdır.
1.Lalmanacc Bompiani, 1972. Ritorno dellintreccio.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
233
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
2.Ponson dü Terrayl P.-A. (1829-1871) —―Rokambolun
sərgüzəştləri‖ və s. roman-felyetonların popular müəllifi.
3.Syü E. (1804-1857) - fransız yazarı, ―Paris sirləri‖,
―Əbədi yəhudi‖, ―Yeddi bağışlanmaz günah‖ və s. çox
maraqlı romanların müəllifi.
4.Nişçe F. (1844-1900) - alman filosofu, ―Həyat
fəlsəfəsi‖nin banislərindən biri, ―Vaxtsız düşüncələr‖
kitabının müəllifi.
5.Berrouz U. (1914) hər hansı bir təhkiyə, hekayə və s.
quruluşunun dağıdılmasına can atan Amerikalı yazar-
superavanqardist.
6.Keyc C.(1912). Postmodernist musiqiçi, alim.
7.Liala, XX əsrin 30-40-cı illərində tanınmış İtalyan
yazarı Liana Neqrettinin ləqəbidir.
8.Qris X. (Qonsales X.V.) (1887-1927) – İspaniyalı kubist
rəssam.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
234
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
9.Brak C. (1882-1963) - Fransalı kubist rəssam.
10.Ernst M. (1892-1976)-Almaniya rəssamı, dadaistlər
dəstəsinin yaradıcılarından biri.
11.Barth C. The Literature of Exhaustion.-Athlantic
Monthly, aug. 1967, p. 29-34.
12.Miçener C. (1907) - tarixi populyarlaşdıran romanların
müəllifi, Amerika yazarı
13.Uolles İ. (1916) - Amerika kütlə mədəniyyətinin
klassiki, Hollivud həyatı haqda saysız romanların müəllifi.
14.Fidler L. (1917) - ―Ədəbiyyat nə idi‖ essesinin
müəllifi, freydist yönlü tanınmış Amerika yazarı və
ədəbiyyatşünası.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
235
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Qaynaq:
http://xariciedebiyyat.azeriblog.com/2009/03/12/umberto-
eko-postmodernizm-istehza-eylencevilik
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
236
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
237
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Vaqif Yusifli
"Xaqani Hassın şeirləri"
Xaqani Hassın şeirlərini çoxdan oxuyuram. İlk dəfə
«Sənət qəzeti»ndə bu şeirlərin poetik ovqatına köklənmək
istədim. İndi eşidirəm ki, kitabı da çıxıb. Amma mən o
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
238
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
kitabla tanış deyiləm. Bu qeydlərim isə öncə oxuduğum
şeirləri barədədir. Amma şairin ŞAİRLİYİNİ təsdiq edə
biləcək bircə şeiri də kifayət edər.
Xaqani mənim bölgümə görə «ikiminincilər»dəndir.
Sonuncu poetik nəslin yaradıcılığına diqqət yetirəndə heç
şübhəsiz, həyatımızdan, ömrümüzdən keçən illərin əks-
sədası ilə də qarşılaşırıq. Onların şeirlərində həyatda,
gerçəklikdə baş verən ictimai-siyasi hadisələr, olaylar bu
və ya digər dərəcədə öz əksini tapır. Lakin bunu onların
yaradıcılığı üçün stimul saymaq olarmı? Sovet
poeziyasının acı təcrübəsindən də məlumdur ki,
cəmiyyətdə baş verən hadisələr axın-axın şeir
məmulatlarının, əksəriyyəti yazıldığı illərin zaman
sərhəddini aşa bilməyən minlərlə nəzm nümunələri kimi
çox keçmədən yaddaşlardan silindi. O dövrün
poeziyasında gözəl şeirlərin, poetik nümunələrin
yarandığını və o əsərlərin indinin özündə də bədii
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
239
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
təravətini itirmədiyini də inkar eləmək olmaz, ancaq bir
həqiqət indi gün kimi aydındır ki, şairlərimiz Sözə, bədii
dilin yaradıcı qüdrətinə deyil, daha çox və daha artıq
Məzmuna, nəyi demək məsələsinə diqqət yetirilirdi. Necə
yazmaq, Sözün potensial imkanlarını aşkara çıxarmaq
məsələsi bir qədər arxa plana keçirilmişdi.
Mən sonuncu poetik nəslin yaradıcılığında Sözə
münasibətin yeni çalarlarını hiss edirəm. Bu fikri
söyləyərkən heç də iddia etmirəm ki, onlar sözün poetik
ifadəsində tam bir inqilab yaradırlar. Amma hər halda hiss
olunur ki, sözlə yaxşı mənada «oyun» oynamaq, fikri,
deyəcəyin mətləbi bu «oyun»un çərçivəsinə sığışdıra
bilmək maraqlı alınır. Burada Söz fikirlə eyni dərəcədə
qaynayıb-qovuşur, nəticədə ŞEİR YARANIR.Bax belə:
sözləri gecəyə
Dostları ilə paylaş: |