www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
939
E-antologiya:
çağdaĢ filoloji materiallar
bu dəsmalı öz kəfəninə qoymaq üçün açdırır. Qan axdığını
görüb yaranı baĢqa dəsmalla bağlayırlar, amma qan
dayanmadığından həmən dəsmalla bağlamağa məcbur
olurlar. Hadisə Hürr haqqındakı pis fikirləri aradan
götürür. ġah Ġsmayıl burada məqbərə tikdirib xidmətçi
təyin edir".
Xətainin bu addımı həm də dərin hərbi-siyasi anlam kəsb
edirdi. Belə ki, qızılbaĢların Ģahı müxtəlif döyüĢlərdə
tövbə edib, onun tərəfinə keçənlərə tarixi nümunə
göstərirdi. Qəzəldən də göründüyü kimi, dini etalon kimi
tövbənin Ġslam əxlaqında müstəsna müqəddəs əhəmiyyəti
var.
Sonralar folklorlaĢmıĢ Xətai qəzəlləri istər folklor, istərsə
də klassik yazılı ədəbiyyatımıza dərin təsir göstərib.
Xətainin qəzəl yaradıcılığındakı folklorizmlər elə biçim və
bədiiləĢdirmə səviyyəsindədir ki, bu təsir tamamilə
təbiidir. Amma digər klassiklərimizdən fərqli olaraq,
Xətai yaradıcılığı tədqiqat baxımından uzun illər
diqqətdən kənarda qalıb. Buna görə Ģairin özünəməxsus
sənətkarlıq keyfiyyətləri vaxtında öz qiymətini ala
bilməyib. Bununla belə, hələ iyirminci əsrin əvvəllərində
Xətai yaradıcılığına, səthi və "mövsümi" də olsa,
müraciətlər olmuĢdu: "ġah Xətai üstündə çox böyük
gurultu, parıltılar qopdu və bir çox par-par parlayan fulad
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
940
E-antologiya:
çağdaĢ filoloji materiallar
qələmlər ikiyə bölündüklərindən dolayı, məsələni
cığırından çıxararaq mübahisədən mücadiləyə keçdilər.
Nəticədə, ġah Xətai bir tərəfin təqdirinə məzhər olaraq,
digər tərəfin də təkdirinə məruz qaldı. "Molla Nəsrəddin"
məcmuəsi müdirinin karikaturasına məruz qalan ġah
Xətai, eyni zamanda, Leninqrad əncümənidaniĢ əzasından
müstəĢriqi-Ģəhir professor Marrın tarixi məktubu ilə
məmcid olundu. Xülasə, müĢadimeyi-əfkardan bu
bariqeyi-həqiqət parladı və hər kəs Azərbaycan tarix
ədəbiyyatında ġah Xətainin ali-əba bir mövqeyi olduğuna
gerçəkdən qənaət hasil etdi."
Salman Mümtazın hələ C.Məmmədquluzadənin
sağlığında dərc olunmuĢ bu məqaləsindən aydın görünür
ki, akademik Marrın münasibəti olmasaymıĢ, müəllifin
təbirincə, nəinki "fulad qələmli" tədqiqatçılar və eləcə də
bir mühərrir kimi Mirzə Cəlil də özünün "Molla Nəsrədin"
jurnalı vasitəsi ilə oxucularda Xətai barəsində yanılıĢ rəy
yarada bilərmiĢ. 1924-cü ildə "Maarif və mədəniyyət"
jurnalında dərc olunmuĢ həmin məqalənin tarixi-filoloji
əhəmiyyəti bir də ondadır ki, S.Mümtaz Xətai irsinin
toplayıcılarından olmuĢ, el ədəbiyyatı nümunələrini
qələmə almaqla bərabər, Xətainin "Nəsihətnamə"sini də
yazıya almıĢ Dərgahqulu Kirmani barəsində də məlumat
vermiĢdi: "Dərgahqulu ġah Xətaiyə xitabən bir rübai
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
941
E-antologiya:
çağdaĢ filoloji materiallar
söyləyərək özünün Hüseyni məzhəb, yəni Sadat
Hüseynidən və ġah Səfiəddin Ərdəbilinin dərgahı
qullarından olduğunu bildirir və bu münasibətlə adının
Dərgahqulu qoyulduğunu bədahətən söyləyir:
Mən Hüseyni məzhəbəm, Ģahın qulu,
Yəni kim mən də allahın qulu.
Ey Xətai, padiĢahımız kiĢi,
Olmayınca uĢ bədrgahın qulu.
Bu fikirlərdən, eləcə də Dərgahqulu Kirmaninin
rübaisindən aydın görünür ki, təkcə yaxın dövrlərin
tədqiqatçıları deyil, eyni zamanda, Xətai çağlarına yaxın
yaĢamıĢ təzkirəçilər də Ģairin xalq dilinə, xalq
ədəbiyyatına, səfəviyyənin folklorlaĢmıĢ sufi-qızılbaĢ
ənənələrinə və rəmzlərinə sadiqliyini açıq-aydın görmüĢ
və buna öz münasibətlərini bildirmiĢlər.
Klassik üslubun tələblərindən daha çox xalq ədəbiyyatının
üslubuna yaxın olan Xətai qəzəlləri Səfəvi hakimiyyətinin
nüfuz dairəsində olan bütün ərazilərdə özünün novator
qəzəlçilik ruhu ilə seçilirdi. Təkcə sufi dərviĢlərin təbliğ
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
942
E-antologiya:
çağdaĢ filoloji materiallar
xarakterli ədəbi materialları yox, dil və üslub imkanlarına
görə də Xətai qəzəlləri bir örnək sayılırdı. Bu funksiyanı
stimullaĢdıran əsas amil folklorlaĢmıĢ dini-mifoloji
mündəricənin klassik qəzəl üslubu ilə birləĢməsi idi.
PüxtələĢmiĢ qəzəl Ģairi Füzulinin digər Ģairlərə deyil,
əsasən Xətaiyə meyl etməsinin səbəbi də məhz yeni dil
imkanları və xalq ədəbiyyatı prinsiplərini özündə əks
etdirən ġah Xətai qəzəlləri idi. Yəqin buna görə Füzulinin
bir çox qəzəlləri Xətai qəzəlləri ilə səsləĢir:
Gözüm yaĢın tökərmən ayağinə,
Bəli, sərv ayağində su gərəkdir.
Xətai
Mərdümi-çeĢmim əyağinə rəvan su tökdü
Ki, gərək su tökülə sərvin əyağinə müdam.
Füzuli
Ġçi doludur əz abi-heyvan,
Aləmdə nisanı biniĢandır.
Xətai
Dostları ilə paylaş: |