www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
923
E-antologiya:
çağdaĢ filoloji materiallar
Əsərləri dünyanın onlarca dilində iĢıq üzü görmüĢ
Rüstəm Ġbrahimbəyovun Azərbaycan dilində ilk və son iri
kitabı, yanılmıramsa hələ keçən əsrdə, 1987-ci ildə nəĢr
olunmuĢdu. Yazıçının doğma dılimizdə cap olunan yeni
kitabina onun povestləri, hekayələri daxil edilib.
Rüstəm rus dilində yazır, bu bəzən mübahisələr doğurur:
BaĢqa dildə yazıb-yaradan müəllifi nə dərəcədə milli
sənətkar saymaq olar? Ən radikal mövqedə duranlar
ümumən yalnız doğma dildə yaradan yazıçını öz xalqının
sənətkarı sayır. Məncə bu, kökündən yanlıĢ mövqedır.
Əlbəttə, bunu mən də dəfələrlə demiĢəm, yazmıĢam, hər
bir ədəbiyyat ilk növbədə dogma dildə yaranır, nəsrin,
Ģeirin əsas magistral yolu ana dilindən keçir. Amma
müəyyən tarixi, ictimai, hətta, ailə, Ģəxsi tale
səbəblərindən baĢqa dildə təhsil almıĢ, baĢqa dili
mənimsəmiĢ adamları milli ədəbiyyatımızdan ayırsaq, çox
böyük itkilərimiz olar. Onda gərək bütün əsərlərini fars
dilində yazmıĢ Nizamini, Xaqanini, Məhsətini ədəbiyyat
tariximizdən çıxaraq. Füzuli necə? Türkcə yazdığı Ģah
əsərlərində Azərbaycan Ģairi, ərəbcə yazdıqlarında ərəb,
farsca divanında fars sənətçisidir? Mirzə Fətəli
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
924
E-antologiya:
çağdaĢ filoloji materiallar
Axundzadə PuĢkinin ölümünə yazdığı "ġərq poeması"yla
fars Ģairi, "Hacı Qara"sıyla Azər türk dramaturqudur?
Ġyirminci əsrdə yetiĢmiĢ, rus dilində təhsil almıĢ və rus
dilində yazan neçə istedadlı Ģairi, nasiri ədəbiyyatımızdan
xaric etməliyikmi? Yaxud kim rus dilində yazdıqları üçün
Çingiz Aytmatovun qırğız yazıçısı, Oljas Süleymenovun
qazax Ģairi olmadığını iddia edə bilər? Yenə də təkrar
edirəm, dil ünsürü ədəbiyyatda ən mühüm, ən vacib, ən
əsas ünsürdür, amma yeganə ünsür deyil. Müəllifin milli
mənsubiyyəti, əsərlərinin məzmunu, mövzusu, ruhu,
qaldırdığı milli problemlər, yaratdığı milli xarakterlər
onun hansı ədəbiyyata mənsub olduğunun dəqiq
göstəricisidir.
Hər hansı bir ədəbiyyatın fəxri sayıla biləcək Rüstəm
Ġbrahimbəyovun beynəlmiləl mövzularda pyesləri,
ssenariləri də var, bu və baĢqa əsərlərinə görə o keçmiĢ
SSRĠ-nin, indiki Rusiya Federasiyasının, bir çox Avropa
ölkələrinin və ABġ-ın ən yüksək mükafatlarını, o
cümlədən "Oskar" ödülünü qazanıb. Amma Azərbaycan
Xalq yazıçısı, Azərbaycanın Dövlət mükafatı laureatı
Rüstəmin Azərbaycan həyatından yazdığı povestləri,
hekayələri sırf milli və hətta məhəlli koloriti ilə, dedikləri
rus kəlmələriylə ifadə olunmuĢ personajların dilindəki
Azərbaycan özəllikləri hər xarakterin milli səciyyəsi,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
925
E-antologiya:
çağdaĢ filoloji materiallar
əsərlərin ümumi ovqatı, ab-havası bu dəyərli sənət
örnəklərini milli ədəbiyyatımızın qızıl fonduna daxil
etmiĢdir. "9-cu Xrebtovıda", "UnudulmuĢ avqust", "Park",
"Ad günü", "Nəğmə dərsi", "Ezamiyyətdə" mənim
fıkrimcə, çağdaĢ nəsrimizin Ģah əsərlərındəndir.
Hələ çox illər bundan əvvəl Rüstəmin "9-cu Xrebtovıda"
povestini oxuyarkən müəllifin ilk iri əsəri olan bu yazı
məni heyran etmiĢdi: ən ağrılı ictimai və milli məsələlərə
toxunan gənj nasirin cəsarəti, məiĢət səhnələrini bu qədər
müfəssəl və yerli-yataqlı təsvir etmək məharəti, insan
xarakterlərini bunca ustalıqla açmaq bacarığı qibtəyə layiq
idi. Ġlk yazılarından özünü ciddi qələm sahibi kimi tanıdan
müəllif ömrü boyu sadiq qaldığı mənəvi mövqeyi elə ilk
əsərlərindən bəyan etmiĢdi. Mən bu mövqeyi insanda
insanlıq axtarıĢı kimi müəyyənləĢdirərdim. Gördüyü,
tanıdığı, müĢahidə etdiyi hər bir insanda Rüstəm ilk
növbədə onun insani cəhətlərini, bəzən ilk baxıĢda
sezilməyən, çox dərin qatlarda gizlənən insanlığını axtarır
və üzə çıxarmağa çalıĢır.
Eyni zamanda o bu insanlığa qənim kəsilən cəhətləri:
qəddarlığı, əzazilliyi, zoru nəzərə çatdıra bılir. Adi bir
Ģəhər həyətində, yaxud Ģəhər kənarında çöllükdə
yeniyetmələr arasında baĢ verən qarĢıdurma ("UnudulmuĢ
avqust" povesti), təmənnasız fədakarlıqla zülmün
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
926
E-antologiya:
çağdaĢ filoloji materiallar
toqquĢması ("YaĢıl qapı arxasındakı qadın" pyesi) daha
qlobal problemlərin, insanlıqla tutalım elə faĢizmin üz-üzə
gəlməsinin modelidir.
"Ezamiyyətdə" hekayəsində bəhs olunan hadisələr "9-cu
Xrebtovı"da cərəyan edən olaylardan çox uzaqdır.
Məkanlar da fərqlidir. Hekayənin qəhrəmanı elmi iĢçi
Mərdanov Moskvada ezamiyyətdədir, "9-cu Xrebtovı"nın
sakinləri öz məhəllələrindən kənara çıxmır. Beləliklə,
müxtəlif məkanlar, müxtəlif mühit, müxtəlif maraqlar və
müxtəlif davranıĢ qaydaları. Amma buna rəğmən hekayə
də, povest də dəruni mənəvi bağlarla bir-birinə bağlıdır,
bir-birinə calanır, bir-bırini tamamlayır. Onların ümumi
cəhəti müəllifin insanda insanlıq axtarıĢlarının inikasıdır.
Yəni mətləb eynidir: insanın həqiqi mahiyyəti, ona təlqin
olunan yalançı əxlaq və rəftar ülgülərinə qarĢı Ģəxsiyyətin
təbii özlüyü, saxta xətt-hərəkətlərlə pərdələnmiĢ, zahiri
əlamətlərin altında ya arxasında insanın üzvi varlığı, əsl
mahiyyəti...
"Ezamiyyətdə" hekayəsinin sadə süjetini açıqlamayacam,
hekayəni oxuyub orada nədən bəhs edildiyini bilmək olar.
Yalnız ilk oxunuĢda da, sonralar yenə bu hekayəyə
qayıdarkən də məni həyəcanlandıran sonluqdan danıĢmaq
istəyirəm. Mərdanovun Ģaxtalı Moskva küçələrində, qarlı
qıĢ gecəsində balaca oğlanı çağırması:
Dostları ilə paylaş: |