www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
911
E-antologiya:
çağdaĢ filoloji materiallar
məqamlarına müraciət etməklə əsəri istintaq səpkisində
yazmaq görəsən yazıçıya hansı mətləbləri açmağa kömək
edib? Kiçik bir məqalədə bütün bu suallara cavab
verməyin müĢkül bir məsələ olduğunu nəzərə alıb, bizi
daha çox düĢündürən mətləblər ətrafında fikirlərimizi
cəmləĢdirməyi lazım bildik.
Əvvəla, yazıçının böyük tarixi keçmiĢimizi, igid
babalarımızın yaĢam, du-yum və qəhrəmanlıqlarla dolu
həyatını əks etdirən Dədə Qorqud dastanının
qəhrəmanlarına müraciət etməsi təqdirəlayiq bir haldır.
Maraqlısı budur ki, tarixi qəhrəmanlıq dastanından müəllif
onu düĢündürən sorğularına cavab almaq üçün məharətlə
faydalana bilmiĢdir.
Təkzibedilməz faktdır ki, düĢmənlərimizin həmiĢə türk
torpaqlarında gözü olmuĢ, türklərin yaĢadıqları əraziləri
mənimsəmək üçün yollar axtarmıĢ, bəzən öz içimizdən
zəif iradəliləri, təkəbbür və mənəmlik xəstəliyinə
tutulmuĢları, bizə qarĢı çevirməyi bacarmıĢlar. Bu isə çox
zaman türk dünyasının daxildən zəifləməsi, qardaĢın
qardaĢa qarĢı qoyulması ilə nəticələnmiĢdir. HəmiĢə içimi
yeyən bir sual əsəri oxuyandan sonra məni daha çox
düĢündürdü. Doğrudanmı, biz bu qədər sadəlövh olmuĢuq
ki, bütün olub-keçənlərdən nəticə çıxara bilməmiĢik?!
Bunu isə tarix heç zaman bağıĢlamır. Təəssüf ki, biz bu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
912
E-antologiya:
çağdaĢ filoloji materiallar
gün də babalarımızın səhvlərini təkrar etməkdə davam
edirik. Səhvlərimizin kökü isə tarixin daha dərin qatlarına
gedib çıxır.
Romanda Bayandır xanın casusu qaçırdanları və Oğuzda
daxili düĢmənləri üzə çıxarmaq üçün çalıĢdığını görürük.
Əsərin sonrakı hissələrilə tanıĢ olan oxucu tədricən
Oğuzda baĢ verənlərdən məlumatlanır, çox mətləblərdən
hali olur. Məlum olur ki, Qazan xan Oğuzun bölünməsinin
əsasını qoyur. Hadisələri qələmə alan gənc Qorqud həmin
mənzərəni belə ifadə edir. "Ölüm, bir tək ölüm, ancaq
ölümdü onun mükafatı, Ģaqqalamaq, ikiyə bölmək, asmaq,
kəsmək, yox olmaq, məhv eləmək, tək onu yox, hələ
Ģübhəli bir çox adam var Oğuzda. Dəli Dondar var, Alp
Rüstəm var, Bəkil var... Aruz var, Xanım. DıĢ oğuz
baĢdan-baĢa düĢmən ocağıdı, ağızlarına gələni danıĢırlar,
nə istirlər edirlər. Onlar bizi Ġç oğuzu yox etmək dilərlər,
amma heç vədə! Olmayacaq. Biz onları məhv edəcəyik.
Hamısını, bircəciyinə qədər hamısını...".
Ġstintaqı xatırladan bu hadisələri qələmə alan gənc Qorqud
ürəyində öz-özünə deyir: "Qadir Tanrı, xeyrə cala. Qadir
Tanrı, sən böyüksən. BağıĢla, bağıĢla bizi. Mən Qazanı
heç düz-əməlli tanımamıĢam. Qadir Tanrı, bağıĢla, bağıĢla
onu, özü də duymadı nələr söylədi, beləcəsinə Oğuzu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
913
E-antologiya:
çağdaĢ filoloji materiallar
bölmək istədi. Ayrı-seçkilik salmaq dilədi. BağıĢla onu.
Qadir Tanrı, sən bağıĢla".
Daha sonra oxuyuruq: "Qazan düĢündüyünü bir qədər
sonra həyata keçirəcək idi. Bayandır xan barıĢ üçün ona
"...evini Ġç oğuz, DıĢ Oğuz bəylərinə yağmalat"
buyruğunu verəcək idi. ...Əməl eləməyəcəkdi. Evini
yağmaladacaqdı. Amma DıĢ Oğuz bəylərini
çağırmayacaqdı. Bu səbəbdən də düĢmənçilik get-gedə
artmağa baĢlayacaqdı".
DüĢməni kənarda deyil, öz içimizdə aramaq, var-dövlət,
mənsəb və hakimiyyət üçün toplumu parçalamaq, ən
böyük səhvimiz və qəbahətimiz deyildimi? Tariximizdən,
babalarımızın yaĢadıqlarından nəticə çıxara
bilməməyimiz, səhv üstündən səhvlər buraxmağımız ən
böyük bəlamız deyildimi?
Bəlkə Bayandır xanın gənc Qorquda dediyi: "Oğul, bir
gün gələcək, bütün bu əhvalatlar, qəziyyələr, vaqeələr,
duĢlar sənə gərək olacaq, lazım olacaq. Odur ki, diqqətin
olsun. Diqqətin olsun, amma ondan da öncə ədalətin
olsun. Ədalətli olmaq asan bir iĢ deyildir - biləsən".
Bayandır xanın dediyi "bir gün gələcək bütün bu
əhvalatlar, qəziyyələr, vaqeələr, duĢlar sənə gərək olacaq,
lazım olacaq" sözlər dediklərimizi bir daha təsdiq edir.
Göründüyü kimi, Bayandır xanın tövsiyələrindən biri də
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
914
E-antologiya:
çağdaĢ filoloji materiallar
ədalətli olmaqdır. Ədalətli olmaq mənəvi-əxlaqi
keyfiyyətdir. Bayandır xan üçün ədalət həm də dövlətin
dayağıdır. Ədalət olmadan çağdaĢ və gələcək nəsil heç bir
nailiyyət və yükĢəliĢ yoluna çıxa bilməz.
Qorqudun əsil dedikləri əlyazmada xarici təsir nəticəsində
pozulub ya da oxunmur. Müəllif bunu kiminsə etdiyini
düĢünür, sonra isə buna inanmadığını söyləyir.
Biz isə hesab edirik ki, yazıçı nəticə çıxarmağı oxucunun
öhdəsinə buraxır. Müəllif çox uğurlu bədii gediĢlə daha
qlobal məsələlərə toxunur, demədiklərini oxucunun
özünün dərk etməsinə səy edir. "Yarımçıq əlyazma"
deyərkən, həm də orada qoyulan problemlərin əsərin özü
kimi yarımçıq qaldığını, onların davamının bu günümüzə
qədər gəlib çıxdığını göstərir. Əvvəl oxucu doğrudan da
müəllifin yarımçıq bir əlyazma ilə rastlaĢdığına,
əlyazmalar fondunda çalıĢan qızın son dərəcə həvəssiz bir
Ģəkildə onunla (müəlliflə) soyuq davranıĢına az qala
inanır. Sanki oxucu bədii bir əsər deyil, əlyazmalar
fondunda çalıĢan bir alim-tədqiqatçının gündəliyini
oxuyur. Həmin əlyazmanı çox illər əvvəl kimlərsə
oxuyub, sovet dönəmində bir çox hadisələr və əlyazmalar
kimi, həmin hissələr də əbədi olaraq tarixdən silinib. Nə
üçün? Ona görə ki, DıĢ Oğuzla Ġç Oğuzda baĢ verənləri
türk olaraq dərk edəcək, ayılacaq, nəticə çıxaracaqdıq.
Dostları ilə paylaş: |